Elxan Elatlı '' On dördüncü adam'' kitabı
4/10
·332 syf.·
2026 3. kitabı
Ə.S da oxuduğum kitablar. Kitab 3 - Elxan Elatlı '' On dördüncü adam'' kitabının təhlili. Müəllifin qələmindən oxuduğum ikinci kitab olan On dördüncü adam qısa müşahidə ilə anlaşılır ki , müəllif özünü inkşaf etdirib və bu dəfə ədəbiyyat adına daha ortalama əsər ortaya çıxarıb.Fəqət mən yenədə kitabın yetərsiz olduğun düşünürəm.Əsər marketdən çıxan bir müəllimənin və ondan əvvəlki gün qətlə yetirilən adamın araşdırması ilə başlanğıc götürülür fəqət əsas hekayə bu marketin tam önündəki evinin balkonunda saatlarla oturan axsaq kişinin həyatı ilə bağlıdır. Ali təhsil almaq üçün Bakıya gələn gənc tələbə Firdovsi öz taleyi ilə qumar oynmaq istəyir və bunu edir.O universitet qapısından girəcək 14 cü adamın (qadının) həyatının qisməti taleyi olacağına inanır və bu vəclə addım atır.Əsər buradan təməl hekayəsini alır .İndi gənc obrazımıza görəsən Tanrı necə birini qismət edəcək o məhv olmağın ilk addımını atmış olacaq yoxsa xoşbəxtliyin ? Əsər əslində insana ilk növbədə onu öyrədir ki insan öz taleyi ilə heç bir halda qumar oynamamalı və bunun kimi həyati məsələləri şansa buraxmamalıdr.Ümumən insan qumar oynamamalıdır....Həqiqətən də bu həyatda seçdiyimiz hər şey , atdığımız ən xırda addım bellə öz kəpənək effekti ilə bizim həyatımıza inanılmaz dərəcədə təsir edir.İstər oxuduğumuz məktəbi seçmə qərarı istər işimizi və istərsə də gələcək həyat yoldaşını seçmə qərarı...Tolstoyun ''Kreyçer Sonatasi'' , ''İvan İliçin Ölümü'' İvan İlyiç'in Ölümü '' , Mc Evanının ''Fındıq qabığı Fındık Kabuğu və.s əsərlərdən yaxşı bilirəm ki bu həyatda gələcək həyat yoldaşı seçimi nə qbir seçimdir.Həqiqətən də insan öz müqəddəratını bəlkə də həmin zaman müəyyən edir.Kitabda bu məsələnin vacibliyi kifayət qədər təsirli əks olunub. Həmçinin SSR dövrünün vətənimizə vurduğu zərbələrdən də bəhs olunub.Məsələn BDU'nun
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,202 okunma
Ruletka yalnız masada deyil.
10/10
·175 syf.··
Beğendi
·
2025 1. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Mart 2025 10:23
Ruletka yalnız masada deyil. Dostoyevskinin "Qumarbaz" əsəri ilk baxışda qumar bağımlılığı üzərində qurulmuş bir hekayə təsiri bağışlasa da, əslində çoxqatlı və dərin psixoloji mövzulara toxunur. Hekayənin mərkəzində sadəcə ruletka masasında uduzan və ya qazanan bir adam deyil, özünü hiss etdirməyə çalışan, emosiyalarla və qürurla boğuşan bir insan durur. Burada insan iradəsinin zəifliyi, ehtirasın qarşısında aciz qalması, və ən əsası – insanın öz daxili xaosuna məğlub olması mövzusunda yazılmış çox güclü bir nümunə var. Alekseyin davranışlarında təkcə qumar asılılığının deyil, eyni zamanda insanın özünü sübut etmə ehtiyacının, alçaldılma qorxusunun və sevgi ilə qürur arasında qalan ziddiyyətli duyğuların izlərini görmək mümkündür. O, yalnız pulla deyil, münasibətlərlə də “oynayır”. Polina ilə olan münasibət bu ziddiyyətin ən parlaq nümunəsidir: nə tam yaxınlıq, nə də tam uzaqlıq – sadəcə içində boğulmaqdan başqa çıxış yolu olmayan bir əlaqə. Onun üçün bu qadın həm ideal, həm işgəncə, həm də sınaq vasitəsidir. Əsərdə maraqlı bir cəhət də var: pul anlayışı yalnız maddi deyil, simvolik bir güc formasında təqdim olunur. Pul vasitəsilə kiminsə hörmətini qazanmaq, kiminsə gözündə yüksəlmək və ya kimisə özündən asılı etmək istəyi ön plandadır. Bu baxımdan "Qumarbaz", təkcə qumar stolunda deyil, bütün sosial münasibətlərdə “oyun”ların necə oynandığını göstərən bir əsərdir. Qəhrəmanlar bir-biri ilə daim oyun içindədirlər: hisslərini gizlədir, aldatır, manipulyasiya edirlər. Əsərin ən təsirli tərəflərindən biri də budur ki, hər şey real həyatdan kənar təsəvvürlərlə yazılmayıb. Dostoyevski özü də eyni dövrdə borclar içində boğulub, ruletka masalarında vaxt keçirib və bu romanı çox qısa müddətdə, maddi çətinliklər səbəbilə qələmə alıb. Bu da əsərin hər sətirində bir növ şəxsi
Edebiyat
QumarbazFyodor Dostoyevski · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201888,7bin okunma