Puan vermedi·66 syf.··
2026 116. kitabı
“Geç Gelen Ağıtlar” dilin sərhəddində yazılmış, yasın klassik formasını dağıdan, səssizlik və boşluqla danışmağa cəhd edən poetik bir parçalanmadır. Hər oxucuya yox, amma itirdiklərini sözlə yox, sözlərin susduğu yerdə anlamaq istəyənlərə…. Səhifələrə səpələnmiş sözlər, boşluqlar, kəsilmiş cümlələr… Sanki kimsə danışmaq istəyir, amma səsi çıxmır – ya da səsini qəsdən udur. Aruoba mənim üçün şair deyil, bir növ səssizliyin memarıdır. Bu kitabda o, itirilmiş bir varlığa – sevgiliyə, dosta, bəlkə də öz keçmişinə – bir ağıt qoşur. Amma ağıt gec gəlir. Niyə? Çünki ağrını tam zamanında yaşaya bilməmisən. O an donub qalmısan, indi isə geriyə baxıb “yetə bilmədim, yetişə bilmədim” deyirsən. Mənə ən çox maraqlı gələn şey kitabdakı dilin parçalanmış olmasıdır. Adi şeirlərdə qafiyə, ritm, ahəng axtarırsan – burda yox. Bunun əvəzində: · boşluqlarla ayrılmış hecalar (son ra: git tin), · sözün ortasında nöqtələr, · bəzən bircə söz bir səhifəyə yayılır. Bu, məncə, şairin içindəki dağıntının əksidir. Ağıt deyəndə ağlayan, düşünən bir kəs düşünürük. Aruoba isə ağıtını elə qurur ki, səs boğazında qalır. Oxuyursan – və birdən hiss edirsən ki, bu boşluqlar, bu səssizlik əslində qışqırıqdan da güclüdür. Kitabın bir yerində deyir: “Təpə qaranlıqda. Quşlar yüksəkdə. Kolluq yorğun. Yarpaq quru” – sadəcə təbiət təsviri kimi görünür, amma altında tərk edilmişlik hissi var. Hər şey insanlarsız, hər şey bitmiş. Fəlsəfi baxımdan bu kitab mənə Vitgenşteyni xatırladır: dilin hüdudları var, bəzi şeyləri sözlə ifadə etmək mümkün deyil. Aruoba da sözü qırmaqla, onu susdurmaqla bəlkə də daha çox şey söyləyir. O, ağıtını mənasızlıq həddinə qədər aparır ki, orada ağrı öz təmiz formasına çatsın. Ancaq etiraf edim ki, bəzi şeirlərdə bu qırıqlıq mənə bir az süni gəldi. Sanki hər şey qəsdən çox
Şiir
Geç Gelen AğıtlarOruç Aruoba · Mephisto Yayınevi · 19941,131 okunma
Mən dözməsəm də, qanadlarım dözər
8/10
·112 syf.·
2025 45. kitabı
Bu kitabı çox uzun müddətdir ki, oxumaq istəyirdim və gözləntilərim məni yanıltmadı. Əsərin obrazlarının "qağayı" olması, təbiətlərinə zidd şəkildə uçmağa cəhd etməsi kimi məqamlar təsadüfi deyil. Quşlar, səma və uçmaq hər zaman azadlıq hissiylə assosiasiya edilir. İndi kitabı bəhanə edərək öz düşüncələrimə keçmək istəyirəm. İnsanın qanadları yoxdur, aydın məsələdir. Lakin bu onun səmaya, kosmosa çıxmasının qarşısını ala bilməyib, bilməyəcək də. Məsələ də budur, özünə, öz gücünə inanmaq. Hər birimiz içimizdəki "alınmayacaq", "bacarmayacaqsan", "sən kimsən ki" kimi bizi dayanmadan, yorulmadan qınaq obyektinə çevirən səsi eşidirik. Eşitmək normaldır, dinləməyi isə biz özümüz seçirik. Bəlkə kimlərəsə həsəd aparmaq, ayağının altını qazımaq əvəzində, onların uçuşlarına baxıb ilham almaq lazımdır? Bəlkə onların bunu bacarması, mənim də bacara biləcəyimin bir sübutudur? Hamının qarşısına onu aşağı çəkən, əməyini alçaldan adamlar çıxır. Mən bu tərəfdən özümü çox şanslı hesab edirəm, çünki hər addımımda məni dəstəkləyən insanlarla əhatələnmişəm. Lakin içinizdəki qınayan səsi dinlədiyiniz müddət ərzində, çöldəkilər istəyir qulağınızın dibində meqafonla qışqırsın, xeyri yoxdur. Kitabdakı məsələlərdən birisi də, insanların nəyisə bacarmış insanın izindən getmək, ondan öyrənmək əvəzində onu "ilahiləşdirməsi", "bütləşdirməsi" məsələləri idi. Qağayılar simvolik olduğu üçün onları insanlarla əvəz edərək danışıram, çünki yazılanlar məhz elə cəmiyyəti əks edir. Guya peyğəmbərin adını çəkən kimi salavat gətirənlər, xaçları boynunda daşıyıb öpənlər - o dini gətirən peyğəmbərin əməllərini örnək alır, sözlərinə əməl edir? Mən dini aspektdən yanaşdım, çünki ilahiləşdirmək deyəndə ağlıma peyğəmbər gəldi. Bu hansısa məşhur müğənni, prezident, diktator və s. ola bilər. Beləcə, ideyalogiyalar
Qağayı Conatan LivinqstonRichard Bach · Parlaq İmzalar-Simurq Nəşriyyatı · 201980,2bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·400 syf.··
2025 3. kitabı
Uzun bir şükürdən, vəsfdən sonra başlayan bir yolçuluğun hekayəsi. Oxucunu özünə doğru aparan bir hekayəsi var. Kitabın ön sözündə müəllif əgər yazılanları fəhm edə bilsən hər şey dəyişəcək deyir) Quşlar öz ölkələri üçün digər ölkələrdə olduğu kimi bir başçı seçir və bu "Huthut" adında bir quş olur. Səadətə gedən yolda əhvalatlar, hekayələr nəql olunur. Onlardan biri də Azərbaycanın böyük dramaturqu Hüseyn Cavidin "Şeyx Sənan" pyesində leytmotiv kimi işlətdiyi, yeni əsrə uyğunlaşdırıdığı əfsanədir. Daha nə qədər fərqli hekayələr var.
Mantıku't-TayrFerîdüddin Attâr · Sufi Kitap Yayınları · 20256,4bin okunma
3/10
·48 syf.··
2025 5. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Ocak 2025 00:00
Gülten Akın’ın Sessiz Arka Bahçeler kitabı, Türk ədəbiyyatının poetik dərinliyini əks etdirən önəmli əsərlərdən biridir. Şairin insan təbiəti, tənhalıq, sevgi, cəmiyyət və təbiətlə bağlı hisslərini poetik üslubda ifadə etdiyi bu kitab, onun lirizm dolu üslubunun ən yaxşı nümunələrindən biridir. Kitabın əsas mövzularından biri tənhalıq və itirilmiş zaman anlayışıdır. Şeirlərdə şairin daxili dünyasının qaranlıq və işıqlı tərəfləri təsvir edilir. Bir çox şeirində tənhalıq qəlbin dərinliklərində gizlənmiş "sessiz bir arxa bağça" kimi təqdim edilir. "Kimse bilmez ki bahçemde Saklı eski bir şarkı, Gölgeler örter geceleri..." Bu misralarda şair keçmişin xatirələrini “gizli bir arxa bağça” metaforası ilə təqdim edir. “Gölgeler” insanın özündən qaçışını və qaranlıq düşüncələri simvollaşdırır. Şairin təbiətə olan sevgisi, kitabdakı bir çox şeirdə öz əksini tapır. Təbiət insanın ruh halını əks etdirən bir güzgü kimi istifadə edilir. Ağaclar, çiçəklər və quşlar insanın daxili vəziyyətini izah edən bir vasitəyə çevrilir. "Rüzgârda salınan dallarım, Köklerim derinlere inmiş, Ama kim görür, kim bilir?" Bu misralar təbiətlə insanın qarşılıqlı əlaqəsini vurğulayır. Şair, insan ruhunun təbiət qədər mürəkkəb və dərin olduğunu göstərməyə çalışır. Kitab boyunca simvolik dillə yazılmış şeirlər üstünlük təşkil edir. "Bağça", "kölgə", "külək", "yarpaq" kimi simvollar insan duyğularını təmsil edir. Məsələn, “sessiz bağça” yalnız fiziki bir məkan deyil, həm də insanın tənhalıqda tapdığı daxili sakitliyi göstərir. Gülten Akın şeirlərində yalnız fərdi duyğularla məhdudlaşmır, eyni zamanda cəmiyyətin problemlərini də önə çəkir. O, məzlumları, unudulanları və təbəqələr arasındakı uçurumu poetik dillə təsvir edir. "Bahçemde bir taş, Kim bilir kimin ayak izleri? Geçmişin yükü ağır, Ama konuşmaz
Sessiz Arka BahçelerGülten Akın · Yapı Kredi Yayınları · 1998536 okunma
Yaşamaq, onda da quşlar kimi azadə…
Puan vermedi·120 syf.··
Beğendi
·
2024 46. kitabı
·
23 saatte okudu
·
Okunma: 15 Eylül 2024 14:42
Bəzən belə kiçikhəcmli kitablar, oxduğum yüzlərlə səhifəli irihəcmli kitablardan daha təsirli olur. Şeirlər kimi… Bu kitab da onlardan biridir. Kiçik cümlələrə sıxışdırılmış dərin mənalar, quşların diliylə insanlara göndərilən mesajlar. Səma, uçmaq, qanadı olmaq, uzaqlar azadlıq kimi gəlir adama. Amma azadlığın mənasının qanadın varlığıyla ölçülmədiyini, iki ayağımızı yerə möhkəm basaraq, özümüzün, gücümüzün fərqinə varmağımızla azad ola biləcəyimizin bir başqa sübutudur bu əsər. Amma insan təbii ki, özünün olanlarıyla yox, heç vaxt sahib ola bilməyəcəyi qanadların azadlıq vasitəsi olduğuna inandırır özünü. Buna görə də, əzizim Con, təkcə quşları yox, insanları da azad olduğuna inandırmaq çox çətin məsələdir.
Conatan Livingston Adlı QağayıRichard Bach · Parlaq İmzalar · 080,2bin okunma
Puan vermedi·336 syf.··
2023 27. kitabı
Kitab müharibənin dəhşətlərini balaca bir uşağın dilindən danışır.Oxuduqca insan dəhşətə gəlir.Yəni həqiqətən mi dünyanın harasındasa bu cür vəhşi insanlar var?Kitabın arxasında əgər həssasınızsa oxumayın yazmışdı .Mən düşünürdüm ki insanları cəlb etmək üçün belə yazılıb amma çox uzun müddət təsirində qalacağım kitab olacaq.Bir çox yerdə yazarın öz həyatını yazdığını qeyd edirlər,amma yazar inkar edir.İnsan özü yaşamadığı şeyleri bu cür dəhşətlə necə izah edə bilərdi ki?Yazarın intihar etməsidə məncə bunu izah edir.Kitabın adı mənə həmişə maraqlı gəlirdi görəsən niyə boyalı quş? Kitabda belə bir hissə var kənd sakini Lex hobi olaraq quşları tuturdu.Və o,quşları müxtəlif rənglərə boyayırdı - ta o vaxta qədər ki , quş çöl çiçəklərindən yığılmış çələng kimi yüz rəngə çalırdı.Sonra həmən quşu meşədə öz dəstəsinə yenidən buraxardı amma quşlar onu qəbul etməz hətta onu öldürərdilər,yəni sadəcə rənginə görə.Həmən uşaqda kənd kənd gəzdi amma heç kim qəbul etmədi onu.Niyə?Oda insan idi axı.onlardan tək fərqi rəngi idi. Buna görədə həmişə şiddətə məruz qalırdı.İnsanlar belə idi gözünün, saçının,dərisinin rənginə görə yaşından asılı olmayaraq bir-birlərinə şiddət göstərir,hətta öldürmək istəyirlər.Bəyaz dərini qara dəridən üstün edən nə idiki?
1000Kitap
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,6bin okunma