Quşlar qorxmasın deyə yolunu dəyişən insanı dünya əlbəttə incidər.
İsa İsmayılzadə - Necə Deyim?
Neyləyim? Mən səni sevə bilmədim, Adsız çiçəkləri, otları sevdim, Tanışları sevdim, yadları sevdim, Ürəyimə yatan adları sevdim, Neyləyim? Tək səni sevə bilmədim. Sızladım qarışqa yuvası üstə, Göynədim "Sarıtel" havası üstə. Dünyanın məhəbbət davası üstə Tək səni, tək səni sevə bilmədim. Ağacın üstündə budaqlar qoşa, Budağın üstündə yarpaqlar qoşa, Dağlar da, quşlar da verib baş-başa, Nə olsun? Mən səni sevə bilmədim. Qol-qola söykənən budağı sevdim, O dərəni sevdim, Budağı sevdim, Məni haraylayan ocağı sevdim, Tək səni sevə bilmədim. Bir baxışdan dağ çayına vuruldum, Bulaq gördüm, ağ suyuna vuruldum, Sənə şer yazım dedim, yoruldum, Mən nə deyim, mən nə deyim? Bilmirəm.
Şiir
Etimoloji Defteri
Mücellit Nedir ?
"Arpanı islatmaq vaxtıdır" Dünən doğum günüm idi. Fevral ayında havaların bu cür günəşli və isti keçməsi qəribədir. Heç xeyrə əlamət deyil. Elə bil təqvim fevralın üstündən atlayıb mart ayına keçib. Hər şeyin öz vaxtı olduğunu bilsələr də səbrini basa bilməyən insanlar kimi erkəndən yaz gəlib təbiətə. Dünən doğum günüm idi. Hə onu deyirdim, alça ağacları da artıq çiçək açıb, nərgizlər də. Nərgiz gülü onsuz da iki gün günəş görsə, dərhal çiçəkləyir. İki xoş münasibət görüb aldanan qadınlar kimi. Amma yenə də ən sevdiyim çiçək olaraq qalır. Dəyişməz olaraq qalan hər şey kimi... Balaca cücələr də toyuğun arxasınca düşüb yem axtarır, arada xırda dimdiklərini uzadıb nərgizlərin ləçəklərini yolaraq yerə səpələyirlər. Hə, dünən doğum günüm idi axı. Quşlar necə də gözəl oxuyur. Bir azdan axşam çağları cırcıramalar da, çaydakı qurbağalar da onlara qoşulacaq. Səs-səsə verib ilıq yaz axşamlarına xüsusi abu hava qatacaqlar. Çəmənlər yaşıllaşacaq, dağlarda bənövşələr açacaq. Bənövşə demişkən, səməni cücərtməyi də unutmuşam bayrama az qalır. Məğribin qızaran yanaqları gecənin yenə küləkli olacağından xəbər verir. Hə, dünən doğum günüm idi axı, nəysə, bu elə də vacib deyil. Durum, arpanı isladım.
Sanki bu dünyadakı vəzifən elə Simurq ömrüdür...Ayrılmış zamanın içində özünü yandıraraq, küllərindən yenidən doğulmaq...Yəqin ki, elə kamil insanın həyat fəlsəfəsi də sadəcə bundan ibarətdir: Özünü tap, nəfsini yandır və qovuş... Fəridəddin Əttar "Məntiq üt-Teyr" əsərində, bu fəlsəfəni ilahi zərifliklə açır: Bütün quşlar Simurqu axtarmağa çıxır, amma sonda anlayırlar ki, Simurq onların özüdür... Yəni həqiqət insanın öz içindədir. Yol da, axtarış da, mənəvi zirvə də, hikmət də ordadır...Bunu görə bilənlər kamilliyə doğru daim dəyişər, görə bilməyənlər isə yox olar...
Qəfəsin içində doğulan balaca quşlar Uçmağı xəstəlik zənn edər ~İşıq(Yap10&Jasur Nematov)
Müzik
Niyə günün gündüzündə, Quşlar azır göy üzündə? Göz yaşları quş gözündən, Tökülür dən-dən aşağı. Ramiz Rövşən
Şiir