Qurbankən,cani oldun.
8/10
·368 syf.··
2025 13. kitabı
Sədaqətin bəzən sözdən ibarət olduğunu düşünürəm.İnsanlar bir-birlərinə sadiq olmaq üçün əsla çabalamırlar.Deyilənə görə insanın ən sadiq dostları itlərdir.Lakin Atlar qədər vəfalı heyvan görülməyib.İtə bir tikə çörək verdikdən sonra yenidən o çörəyin verilməsi üçün yüz dərədən su gətirər.Veysəldə deyəsən özünü o it qədər aciz bilib hər yerə qaçırdı.Cavadın vəhşiliyini alqışlamıram,lakin sənin adına namusuna dayaq duran birini belə yaralamaq nakişilikdir.Dost deməkdən keçib qardaş dediyin şəxsin ömrünə qara gün gətirmək elə səni bir heyvan qədər aciz edir gözümüzdə.Humayın günahsız olduğuna əminlik gətirsəkdə,oda bir yerdə eşqinin qurbanı olur.Cavad insanın ən ali varlıq olduğunu unudub,uşaqlara zalımca işgəncə çəkdirib.Atalarının günahlarını körpələr çəkəcəkdi ki,Rəbbim bu zülümə susmayıb Veysəli aldı qurban olaraq.İki dodağının arasında Tunar kəlməsi nalə fəryad kimi çıxırdı.Vaxtında sahib çıxsaydın oğluna qara dərya çəkməzdi səni ağuşuna.Adi ölümlüsən,tamahın uçbatından özünü ləkələdin.Qurbankən,cani oldun bu məsum çarəsiz evlərə…
1000Kitap
Ölümsüz QətlElhan Elatlı · TEAS Press Nəşriyyatı · 2024150 okunma
10/10
·125 syf.··
2024 8. kitabı
·
106 günde okudu
·
Okunma: 20 Aralık 2024 17:54
Nefs Terbiyesi ve Ahlâkı Güzelleştirme kitab bir sözlə möhtəşəm,kitabı dərs niyyəti ilə oxudum deyə uzun zamana oxudum.İlk dəfə idi ki,İmam Gazalinin kitabın oxuyurdum.Həqiqətən,möhtəşəm baxış,möhtəşəm,kitab,dilidə o qədər gözəldir ki.Hətta bu kitabı oxuduqdan sonra İmam-ı Gazalinin İhyâ-u Ulumi'd-Din (4 Cilt Takım) kitablarına niyyətləndim,İnşallah. İnanıram ki,neçə dəfə oxusam hər birində yeni nələrisə öyrənsəm yenə də öyrənmədiyim,anlamadığım(yəni,ruhuma işləməyən)nələrsə olacaq,çünki,məna dərindir,məna o qədər də hekayə deyil ki,oxudum anladım deyə insan.Uzun sözün qısası,oxuyun sizdə.Rəbbim müstəfid olanlardan etsin.Amin
Din İslam
Nefs Terbiyesi ve Ahlâkı Güzelleştirmeİmam Gazali · Çelik Yayınevi · 20214,607 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·224 syf.··
2024 7. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Aralık 2024 22:46
Öncə fesleğeni oxumuşdum,sonra seyyahı oxudum.Fesleğeni necə bəyənmişdimsə seyyahdə elə.Kitab barədə düşüncələrim o qədər çoxdu ki,bilmirəm nə yazım.Obrazların məsumluğu mu desəm,gərçəklik mi desəm,Seyyah danışdıqca ağlımda canlanan Tahir Amcanın atolyesi mi,Seyyahın pəncərəsi çox zaman açıq olan mətbəxtində çay dəmləməsi mi,Fesleğenle oturduqları pəncərə kənarındakı masamı desəm,küçələr mi, hamsı beynimdə o qədər canlanıb ki,sanki,hekayəni mən yaşamış kimi oldum.Kitabı oxuduqca özümdən yola çıxdım və anladım ki,yazmaq üçün yazmaq istəmək lazm deyil,yazmaq üçün bişmək lazımdı,bəzən dərdlənmək.Əgər,sizi anlamayan insanların arasında isəniz,bu kitabı oxuyun və doğurdanda anlamadıqlarını düşünüb,uzaqlaşın.Uzaqlaşın deyərkən onların daha xoşbəxt olacaqları yerdə olmaları yaxşıdır.Həyatınızda sizi anlayan insanların olması gözəldir,danışmasaz belə anlayarsız ,inanarsız,o dərdini deməsə belə anlayarsız ya elə insanlar. Sadi Şirazinin çox bəyəndiyim sözün əmanət edirəm sözlərimin sonuna doğru "Anlaşılmak nimet.Anlayacak insanla karşılaşmak ise büyük kısmet." Rəbbim həs kəsə müstəfid olmağı nəsib etsin.Amin.
Duygu ve Düşünce
Eyvallah 1Hikmet Anıl Öztekin · Hayy Kitap · 201712,4bin okunma
Dəxi nə deyim, ay qardaş?
10/10
·96 syf.·
2024 4. kitabı
Düşünməyi bacaran insan cahillikdən yaxa qurtarmış insandır. Ali təhsili var ya da yox, kitab oxuyur ya oxumur, araşdırır ya araşdırmır-fərq etməz. Düşünməyi bacarmaq riyaziyyatda vurma cədvəlini bilmək kimidir; səni çox məsələlərlə, misallarla tanışdırır, həmişə önplanda görünməsə də, həmişə önplanda durur. Hansısa bir məsələnin həllindəki hesab səhvlərini görmək üçün həmin məsələnin həll yolunu, dərinliyini bilmək gərəkmir. Cavab səhvdirsə yekunda "FALSE". Eynilə bu kitabda da qabağa çıxarılan din və onun gətirdiyi fəsadlar. Ola bilər ki, bir kəs Allahın qüdrətindən xəbərsizdir, ola bilər ki, o ümumiyyətlə, Allahın etdiklərindən və edə biləcəklərindən xəbərsizdir. Amma əgər düşünə bilirsə.. "Ölü insanları dirildən adam", xalqın gözündə ilahiləşmiş və Tanrının da seçilmişləri siyahısında olan o kəs. Buna inanan yüzlərlə insan.. (Kitabı oxumayan insanların olduğunu nəzərə alıb ümumi bir yanaşma edəcəyəm ki, hər kəsə aydın olsun). Əhvalat avam kütlə, avam kütləyə qarşı gələn, bir qədər ağıllı, kefli olan İskəndər və ölüləri diriltmə bəhanəsi ilə əhalinin pulunu və qızlarını alan Şeyx Nəsrullah arasında baş verir. Cəlil Məmmədquluzadənin təxmin edə biləcəyiniz kimi əsas vurğulamaq istədiyi insanların bu qədər bisavad və avam olmasıdır. Əsərdə qızlara olan yanaşmanı günlərlə tənqid edə bilərəm(həmin dövrdəki insanların düşüncələrini). Amma bu mövzuda heç danışmaq istəmirəm (yaşadıqlarımı yazmaq məni usandırır.) Gəlin bir az da səbrli olun yazdıqlarımı oxuyun və yazarın "Ölülər" deyəndə kimi nəzərdə tutduğunu bir az da dərindən düşünək. Quran'i Kərim, Əl-Bəqərə surəsindən 260-cı ayəyə baxaq: «(Ya Rəsulum!) Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!-dedikdə(Allah): "Məgər(ölüləri diriltməyimə) inanmırsan?-buyurmuşdu.(İbrahim): "Bəli,
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,274 okunma
Varis bəylə növbəti bir dramatik S O N
8/10
·479 syf.··
Beğendi
·
2023 10. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Aralık 2023 00:00
Əslində Varis bəyin qələmiylə keçən il tanış olmuşdum. Əsərləri çox duygusal olsa da, təsvir olunan səhnələri hər nə qədər həqiqətən yaşayırammış kimi oxuyub üzülsəm də çox bəyənmişdim. Hətta ilk əsərindən sonra özümə hər nə qədər bir müddət artıq Varisin əsərlərini oxumaq qadağası qoysam da qadağalara məhəl qoymayıb ard arda 3kitabını oxumuşdum. Bir müddət də özümə gələ bilməmişdim. Aradan uzun zaman keçəndən sonra dedim bir kitabını daha oxuyum. Bu kitabın pdfi əlimə keçdi oxudum maraqla baxdım ki, kitab yarımçıq imiş. O qədər pis olmuşdum pdfin bütöv formasını tapana qədər. Nəhayət aylar sonra kitabı tamamlamaq nəsib oldu. Ən sonunda isə kaşki axıra qədər oxumasaydım deyə özümü danladım, çünki ürək parçalayan bir sonla Varis bəy bu əsərində də bizi paramparça etməyi bacardı. Əsər boyu bəzi hadisələr baş tutmasın deyə hər səhifədə yalvarırdım, əlimdə olsaydı Varis bəyə yazardım ki, xahiş edirəm əsərin sonunu dəyişin. Amma təəssüf ki oxuyanda qorxduğumuz bütün hadisələr baş tutdu. Hələki fata detayını həyatım boyu heç vaxt unutmayacam. O səhnə o qədər içimə işlədi ki, qanım donmuşdu, həmin insanı yerin dibindən də olsa tapıb öz əllərimlə məhv etməyi çox istərdim. Əsərin adına gəlincə tam olaraq anlamadım mənim gözümdən nəsə yayınıbmı, yoxsa həqiqətən 77ci günə qalmadan həyatlarına günəş doğdu? Uşaqlar haqqında belə əsərlər oxuduqda o qədər pis oluram ki, bəzən rahat yaşadığım üçün utanıram. Kaşki əlimizdə şansımız olsa da hər uşağın gözəl bir mühitdə, qaniçən, pis xislətli insanlardan uzaqda xoşbəxt böyüməsinə vəsilə ola bilsək.... Hal-hazırda ölkəmdə 12yaşlı bir qızın nişanlandığı xəbərini oxudum, keçirtdiyim əsəbi, hissləri ifadə edə bilmərəm. 12yaşlı bir qızı özündən dəfələrlə böyük birisiylə məcbur evləndirib, təhsilinə mane olanlarla bu kitabdakı
Yetmiş Yeddinci GünVaris · "Apostrof" Çap Evi · 2012250 okunma
Parlaq İmzalar - Düşünərək yaşayanlar üçün...
10/10
·264 syf.··
Beğendi
·
2022 41. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Kasım 2022 00:00
Tarixi təcrübələrini bir yerə toplamayan, onlardan dərs çıxardıb gələcək nəsillərə ötürməyən xalqalar eyni təcrübəni təkrar yaşamağa məhkumdurlar. Kitabda şahidi olduğumuz bir neçə insanın çəkdiyi işgəncə və əzablar belə dözülməzdir. Onu yaşayanlar nələr çəkib, təsəvvür etmək mümkün deyil. Rəbbim bizə ikinci bir represiya yaşatmaması diləyiylə.
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019270 okunma