Görəsən neçə kişi gecəsini sevdiyi,heç bir məcbyriyyət hiss etmədən özünü ona bəxş edən qadını ilə keçirir? Allah bilir.Bəlkə də bu gecə Səmərqənddə ancaq bir qadın və bir kişi bu cür bir birini sevir.Soruşacaqsan ki,niyə sən? Niyə mən? Necə ki Rəbbim bəzi çiçəkləri zəhərli yaradıb,bizi də aşiq olaraq dünyaya gətirib.
Ya rəbbim, arabir düş yanımıza, Arabir ölçü qoy vicdanımıza. Harda dinimiz var, İmammız yox, İmana gəlməyə gümanımız yox; Gəlsən tufanla gəl, Tufanla qayıt, Bu yeri, bu yurdu səhmanla, qayıt... Ya rəbbim, bu dünya sən quran deyil. Qudurğan sən görən qudurğan deyil, İndi quduranın altında yatır... İndi qudurğanlar uzun ömürlü, Meymunlar yenə də ağacda yatır, Fağırlar yenə də quzu Ömürlü... Ya rəbbim, sərhədlər sən görən deyil! Bu sədlər, bu dünya sən hörən deyil. Adını, soyunu dəyiş dünyanın, Odunu, suyunu dəyiş dünyanın, Yolunu, yönünü dəyiş dünyanın, Ya rəbbim, bu dünya sən quran deyil, Fəzada yerini dəyiş dünyanın...
Sayfa 126 - “Ya rəbbim, bu dünya sən quran deyil”·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Ya Rəbbim sənə bir şikayətim var, Bir bəndən yaşatdı kədər qəm mənə. Mən ona dünyanı cənnət eylədim, O etdi dünyanı cəhənnəm mənə. Sən məni bilirsən, necə sevmişəm, Bu sevgi çox gözü belə kor edib. Görənlər soruşur nə olub gözə, Deyə də bilmirəm bir nankor edib. Qıymaram mən ona bir zərər gələ, Sevgidə mən ona bel bağlamışdım. Bir dəfə barmağı çox ağrımışdı, Xəbəri yox idi çox ağlamışdım. Demirəm sən ona bənzəri yaşat, Gözünün önünə gəlim sadəcə. Baxsan ki, düzəlmir canı sağ olsun, Sən mənə ölüm ver, ölüm sadəcə.
Bilirdin, sən mənim zəif nöqtəmi, Düz məni o yerdən yaralamısan. Mən səni təmiz bir vərəqə yazdım, Sən məni üstümdən qaralamısan. Bağladın yolumu, gəlməyim sənə, Yenə də mən sənin izində idim. Eybi yox, yarala, zülmətə döndər, Mən səndən öncə də pis gündə idim. Mən səni hər kəsdən fərqli bilirdim Və fərqli sevirdim, Allahın olsun. Rəbbimə şikayət etmədim səni, Qoymaram, üstündə günahın olsun. Gör necə sevirəm hələ də səni, Dəlimi olmusan, yoxsa kormusan? Nə isə, boş verək, canın sağ olsun, Ay şair, boş yerə xəyal qurmusan.
Mənə şikayət yaraşmaz,Allahım! Ayıb olar ki,deyim: "Sevmirəm mənə verdiyin bu həyatı". Niyə sevməyim ki? Suallarım var sadəcə; Nə edim, Dərk etmirəm bu qəliz kainatı! Sənə deməyəcəm ki,məsələn, Niyə ölür insanlar? Sənə qovuşmaq üçün niyə illah ki,ayrılmalıdır bədənlərdən canlar? Niyə var axı hər başlanğıcın bir sonu...?! Şikayət etməyəcəm, Yox! Deməyəcəm ki,İlahi, Çox çətindi bizim üçün qurduğun bu həyat oyunu. Məni anlamazlığıma bağışla,Rəbbim! Dünyanla müqayisədə nə yaşım var ki,mənim? Nə olar,uşaqlığımın əlindən tut: Həftə-həftə,ay-ay. Şübhə-şübhə,inam-inam böyüt məni! Mən dərdlərimi yerin dibinə pıçıldayıram, Sən göyün üzündə eşit məni! Allah haqqı,düz sözümdü; Sənə deməyəcəm ki, niyə axı Belə-helə,filan və sair və ilaxır... Ağlayacam sadəcə, İçin-için susacam, Sən onsuz da halımdan anlayacaqsan məni; Mənsə qərar vermişəm
Sayfa 238·Kitabı okudu
Şiir
"Həzrəti Əli buyurub: "Sənin kimi Rəbbim olması mənə yetər". İndi bütün dünya məndən üz çevirib, qoy çevirsin, mənim Allahım var; O, qeyri-mümkünü bir arada mümkün edə bilir.
Din