bu yazardan oxuduğum ilk kitab oldu, daha doğrusu səsli kitab olaraq dinlədim. Nə yaxşı ki, bu şəkildə etdim. Çünki fiziki olaraq oxusaydım, yarım qoyma ehtimalım çox idi. Kitabda Adalet xarakterinin içsəl səyahətinə çıxırıq. Bir ölümcül xəstəliyi olur və kitab boyu xəstəxəna otaqlarının, düşüncələrinin, sorğulamalarının şahidi oluruq. ümumilikdə psixoloji analizlər çox gözəl işlənmişdi, dili mənə çətin gəlsə də son səhifələrə görə bu kitab oxunar...sonu çox düşündürdü məni. Özümü sorğuladım. Həyatımı gözdən keçirdim, nə edə bildiklərimə dönüb baxdım sonra edə bilmədiklərimi fikirləşdim, gələcəyin o müəyyənləşməmiş rənglərlə qarışmış parlaqlığını xəyal etdim. Duyğulandırdı məni bu kitab
hər xarakter bir iz buraxır məndə bu il isə o UNUDAMAYACAĞIM obraz ADALET oldu.