Puan vermedi·586 syf.··
2025 8. kitabı
sonunda insanların əlimdə görəndə adından qorxuqları kitabımı oxuyub bitirdim, çox axtardığım niyə nəşr olunmadığı sualına cavab da elə burda gizli imiş, yarım saatdır ki, tavanla baxışıram... onsuz da qarışıq dini fikirlərimi daha da qarışdırdığı üçün, dəyərli yazarıma təşəkkürlərimi bildirirəm... heç nə bilmirəm, bir onu bilirəm ki, kitabı yarım buraxsam heç yaxşı şeylər olmuyacaqdı
1000Kitap
Şeytanın KitabıQaraqan · 2020686 okunma
Selam sana maceracı!
4/10
·416 syf.··
2025 9. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Şubat 2025 17:10
𝙂𝙚𝙘𝙚𝙣𝙞𝙣 𝙣𝙖𝙨ı𝙡 𝙗𝙞𝙧 𝙠𝙖𝙧𝙜𝙖𝙨̧𝙖𝙙𝙖𝙣 𝙞𝙗𝙖𝙧𝙚𝙩 𝙤𝙡𝙙𝙪𝙜̆𝙪 𝙤̈𝙣𝙚𝙢𝙨𝙞𝙯𝙙𝙞, 𝙝𝙚𝙧 𝙯𝙖𝙢𝙖𝙣 𝙨𝙖𝙗𝙖𝙝 𝙤𝙡𝙪𝙧𝙙𝙪. Konusu: Eira Morwen ailesi ile yaşayan genç bir kız. Bir gün annesi ve kardeşi Kona ile Gümüştepeye, büyükannelerine gidiyorlar. Burada Eira kardeşi Kona ile yürüyüşe çıkarken, büyük bir köprü buluyorlar. Ve Eira merdivenleri çıkmaya karar veriyor. Aşağıya indikten sonra aynı dünyada olmadığını ve başka dünayaya ışınlandığını anlıyor. Bundan sonra ise tanıştığı insanlar ile arkadaş olup evine geri dönmenin yolunu arıyor. Ancak her şey sanıdığı kadar kolay değildir. Kendi dünyasına gitmek için sevdiği kişiyi -Nos'u- feda etmek zorundadır. Spoiler var! Selam size maceracılar! Bu cümleyi aşırı derecede çok sevdim. Ve bundan sonra incelemelerimde özel olarak kullanacağım bir hitap bulacağım. Bizim sembolümüz haline gelsin diye. Sevmediğim kitaplara inceleme yazmakta o kadar zorlanıyorum kii *ağlayan emoji* Ama merak etmeyin her detayına kadar size bu kitabı neden sevmediğimi anlatacağım. ! İnceleme çok uzun olduğu için, eğer bunların hepsini okumak istemiyorum, kısa tut diyorsanız, incelemenin sonuna gidin. Orada kısa şekilde neden sevmediğimi anlatacağım.! Öncelikle ben Damla'yı çook seviyorum arkadaşlar. Gerek booktube'r, gerek arkadaş gibi, gerek bir dost gibi ve diğerleri olsun, çok seviyorum. Çok anlayışlı, samimi ve tatlış biri. Onu bir yazar gibide seveceğimi düşünmüştüm ama maalesef öyle olmadı. Ama yinede imza gününe gitmek istiyorum (hangi yüzle istiyorsun diye sorarsınız şimdi hshshsha) Kendisi mükemmel bir insan olduğu için kitabıda öyle olur sandım... Kesinlikle yazarını seviyorum diye, kötü kitabı övmeyeceğim!! Kötüyse, kötüdür bunu söylemenin yazara bir saygısızlığı yoktur! Şidmi geçelim detaylı inceleme kısmına *Bismillah* Sevdiğim şeyler... Ee aslında yoktu AHHSHSHAH. Ya
1000Kitap
Gümüş Yürek 1D. N. Archeron · Guardian Yayınları · 20241,678 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi·185 syf.··
2024 20. kitabı
Hekayə cəmiyyətin stereotiplərini qıran, kimsəsiz sayılan amma hamının səadətinin bir parçası sayılan Nuriyyənin mübarizəsindən; İki kənd--Quzey və Güney Qışlağı birəşdirəcək olan "Söyüdlü arx", onun uğrunda kəndlilərin konfliktlərindən bəhs edir. Nuriyyə obrazı ilə yazıçı insan psixologiyasına təsir edib, onun vurucu monoloqları, insan psixologiyasına incə-incə yeridilən, özünü sorğulmaq məcburiyyətində qoyan vəziyyəti, sualları ilə bizi özümüzlə qarşı-qarşıya qoyur, sorğuladır. Empatiya nöqtəsinə çatdırır. Oxucu özünə bir sual verir: "Mən Nuriyyə qədər böyük ola bilərdimmi?" Nuriyyə kimsəsi yalnızca qan bağı olmayan Ələsgər dayı ilə Güllü xala olan güclü, mübariz bir qız idi. Mədəniyyətə özünü fəda edib, fəaliyyət göstərmək üçün yola çıxır. Həyat ən ağrılı faciənin baş rolu seçir Nuriyyəni... Elə doğulduğu gündən... Bu sahəni seçməsi də təsadüfü deyildi. Nuriyyənin tale elə ilk uğursuzluqdan--pullarını vaqonda itirdikdən sonra Muradla qarşılaşdırır. Bəlkə də, yazıçı burada Nuriyyənin acı taleyinə, bədbəxtliyinə işarə edir. Doğrudur, baş qəhrəman özünü belə- "bədbəxt" adlandırmır, hətta nifrət edir bu sözə amma elə hər şey də bu kiçik bədbəxtlikdən sonra kiçik xoşbəxtliyə ardınca isə bunun gətirdiyi, böyük əzablara dönməsi ilə başlayır... -- Nuriyyə, biz heç vaxt bir-birimizdən ayrılmayacayıq. -- Elə deyilmi?Sən deyirsən demək elədir. Mən sənin səsində mərdlik hiss edirəm. -- Mənim əzizim cavan leytenant, sən də məndən heç nə soruşma, heç nə. Sən hər şeyi bilirsən... Sən hiss etməyə bilməzsən. Doğrudur, biz iki-üç saatdır tanışırıq. Ancaq zaman, zaman mənim üçün öz hökmünü vermişdir. Mənə elə gəlir ki, səni tanıdığım, sənə bağlandığım, sənin boy-buxununda, mərdan görkəminlə fəxr etdiyim tam bir əsrdir. Bir əbədiyyətdir. Elə bil min ildir ki, mən sənin nəcib
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,310 okunma
Bu hekayəni tam qərəzsiz oxuya bilərsinizmi?
Puan vermedi·71 syf.·
2024 32. kitabı
67 yaşlı bir qadının 42 yaşında yaşadığı sadəcə iyirmi dört saatının hekayəsini o qadını mühakimə etmədən oxuya bilərsinizmi? O qadın öz dinləyicisinə tam güvəndiyi qədər sizə də güvənə bilərmi? Dinləyicisinə verdiyi həm özünə,həm ona ancaq və ancaq doğruları danışacağı ,hətta duyğuları barədə tam dürüst olacağı sözünü sizə də eyni cəsarətlə və əminliklə verə bilərmi? Bu elə bir iyirmi dört saatdır ki, bu qadın həyatında yaşaya biləcək bütün duyğuların ən yüksək həddini yaşayır. Sevgi, güvən, mərhəmət, empatiya, kədər, qorxu, itirmə, xoşbəxt hiss etmə, peşman olma, utanc kimi duyğuları. Necə unuda bilərdi ki, o günü? Heçkimə hətta bəlkə də, sonradan özünə belə danışmadığı, qınaq obyektinə çevrilməkdən qorxduğu üçün səsləndirmədiyi o günü ancaq iyirmi beş ildən sonra tanımadığı birinə danışır. Çünki dinləyicisinin obyektiv fikirlərinə güvənir. Heç kimə danışmamasının səbəbi isə özünü o qədər mühakimə edir ki, hər kəsin onu mühakimə edəcəyini düşünür. İnsan özünə qarşı bu qədər qərəzlidirsə, başqa biri necə olmasın ki? Mən bu qadının öz həyatının o unudulmaz iyirmi dört saatını danışarkən bu qədər səmimi və dürüst olmasından çox təsirləndim. Qadınlarımıza həmişə güclü olmağı arzu edirəm amma heç bir qadının sevgi ilə sınanmasını oxumaq və görmək istəmirəm.
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024151,1bin okunma
Puan vermedi·235 syf.··
2024 17. kitabı
Bir neçə saatdır fikirləşirəm ki, birinci haradan başlayım, necə başlayım. Sadəcə onu deyim ki, kitabı bəyəndim və axıcı olduğuna görə rahat bir şəkildə oxuyub qurtardım. Ağlamadan bitirəcəm dedim, amma olmadı. Xüsusilə, Nemecsek obrazı ən sevdiyim kitab obrazları arasına daxil oldu. Pál küçəsində yaşayan həmin bu uşaqlar cəsarətləri ilə insana zövq verirlər. Hər zaman oyunlar oynadıqları bir torpaq sahəsini öz vətənləri kimi qoruyurlar. Başqa küçənin sakini olan uşaqlar bu sahəni ələ keçirmək istədikdə də, əllərindən gələn hər şeyi edirlər. Həmin bu torpaq sahəsi üçün cəsur, ədalətli bir şəkildə mübarizə aparırlar. Vicdanlı bir şəkildə necə qalib gəlmək lazımdır onu da oxuculara göstərmiş oldular. İnsanlar üçün vacib olan dəyərlər uğruna aparılan mübarizədə şərəfli bir şəkildə Boka, Nemecsek kimi obrazlar cəsarəti, dürüstlüyü, mərhəmətləri ilə seçilirdi. "Arkadaşlarımın düşmanlarıyla ittifak kurmaktansa, bir yıl bu soğuk suyun içinde kalmaya razıyım ben! Ne olmuş suya batırdınızsa? Geçen gün kendim düştüm bu göle." Bu cümlələr Nemecsek tərəfindən deyilmişdi. Nemecsek, sən necə mərhəmətli, cəsur, sadiq idin həqiqətən. Necə böyük və gözəl ürəyin var idi.♡ Uşaq ədəbiyyatı kateqoriyasında olsa da, bu kitabdan hər kəsin ala biləcəyi dərs olduğuna əminəm. Yaşları kiçik olsa da, ürəkləri böyük olan "Pál sokağı çocukları" ♡♡
1K
Pal Sokağı ÇocuklarıFerenc Molnar · Yapı Kredi Yayınları · 202536,2bin okunma
10 üzərindən 10
10/10
·249 syf.··
Beğendi
·
2023 10. kitabı
·
9 günde okudu
·
Okunma: 23 Temmuz 2023 06:20
İngilis yazıcısı olan Thomas More əsərində mükəmməl dövləti təsvir edir. Thomas More 14-15ci əsrdə yaşamasına və qatı dindar olmasına baxmayaraq yaratdığı Utopia olduqca yaxşıdır. Təsvir etdiyi dövlətdən — Utopiadan danışım. Burada Thomas More'un sosialist olduğu açıqca görünür. Çünki Utopia sosialist dövlətdir. Burada hamı bərabərdir. Mal ,mülk, pul kimi şeylər yoxdur. Utopia olduqca güclü və xoşbəxt dövlətdir. Ölkədə sinif ayrımı yoxdur. Bütün insanlar işləyir və iş saatları 6 saatdır. Thomas More'a görə aşağı təbəqə zorlu iş saatlarında işləyib, yuxarı təbəqənin isə bu insanların sayəsində işləməyib onlardan qat-qat pul qazanmaları böyük ədalətsizlikdir. Utopiada hamının əkinçiliyi öyənməsi və 2 il əkinçilik etməsi məcburidir. Beləliklə, kəndli və şəhərli sözləri ortadan qalxır. Bundan əlavə insanlar öz istədikləri ixtisasları seçə bilərlər. İnsanlar burada çox xoşbəxtdirlər. Utopiada əgər kimsə dövlətə qarşı gəlsə və ya cinayət işləsə onlara ölüm cəzası verilməz, kölə kimi işlədilir. Kölələrə isə pis işləri verirlər. Pis işlər sırasında heyvan kəsmək vardır. Utopialılara görə heyvan kəsmək insanı heyvanlaşdırır, insanlıqdan çıxarır. Burada kölələr qızıl, gümüşlə bağlanır, çünki Utopiada qızıla, daş-qaşa, gümüşə dəyər verilməz. Onların düşüncəsinə görə günəş, ulduzların işığın qoyub qızılın, gümüşün işığına dəyər verilməməlidir. Utopiada qadın, kişi hər zaman bərabərdir. Aşırı dindar olmasına baxmayaraq Thomas More qadın və kişini hər mövzuda bərabər görmüşdür. Bu da Thomas More'un irəli düşüncəli olduğunu göstərir. Qadının da, kişinin də xəyanətini pisləyir. Utopiada insanlar istədikləri dini seçə bilər. Və digər dinləri təhqir etmək, pisləmək böyük cinayət sayılır. Thomas More qatı Xristian olduğu üçün Utopiada Xristian dini üstünlük təşkil edilir.
UtopiaThomas More · Türkiye İş Bankası Kültür Yayınları · 202024,7bin okunma