Samig Alatoran

Samig Alatoran
@samig_04
"Şunu iyi bil ki, Bassanio, işine geldiğinde Şeytan da Kutsal Kitap'tan örnekler verebilir." - Antonio; Venedik Taciri; William Shakespeare
“Yolda hər şeylə maraqlanmağa aludə olmaq bəlaya düşməyə zəmin yaradar” (cırtdanlardan, II Fəsil. Qoyun əti qovurması). “Qəribə işdir: yaxşı əhval-ruhiyyə, xoş keçirdiyin günlər barədə danışmağa vaxt tələb olunmur və buna qulaq asmaq da bir o qədər maraqlı olmur. Ancaq xoşagəlməz bir hadisə, səndə qorxu və nifrət oyadan hekayələr isə uzun və cəlbedici alınır” (III Fəsil. Fasilə). “Belə (şiddətli) qəzəb hissini adətən ömür boyu onlara lazım olmayan, ancaq çoxdan malik olduqları əşyanı tapmayanda var-dövləti başından aşan varlılar keçirir” (XII Fəsil. İçəridə onları nə gözləyirdi). “Eldə deyilənlər heç də həmişə özünü doğrultmur” (Esqarot adlı Göl şəhərinin adamlarından, XIV Fəsil. Alov və su). “Ən pis külək belə yaxşı xəbərlər gətirir” (Torin Oukenşilddən, XIV Fəsil. Alov və su).
Qanun Nəşriyyatı·Kitabı okudu
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
“İndi qorxu, nifrət, ağrı var, lakin hisslərdəki ləyaqət yoxdur, dərin, yaxud hər şeyi ehtiva edən kədər yoxdur” (Birinci Hissə - III Fəsil). “Keçmişə hökm edən gələcəyə də hökm edir. Bu günə hökm edən keçmişə də hökm edir” (İngsos partiyasının şüarlarından, Birinci Hissə - III Fəsil). “Tarix sanki köhnə perqament parçası idi; onu qaşıyıb təmizləyir və tələbə uyğun şəkildə yenidən yazırdılar. Bu iş başa çatdırılandan sonra saxtakarlığı sübuta yetirmək üçün əldə daha heç bir tutalqa, heç bir dəlil qalmırdı” (Birinci Hissə - IV Fəsil). “İnanclı olmaq – şüursuz olmaq deməkdir” (Filoloq Saymdan, Birinci Hissə - V Fəsil). “Yaşadığı mühitdə gerçək məhəbbət romanı təsəvvürə gətirilməyəcək macəra sayılırdı” (Birinci Hissə - VI Fəsil). “Adi həqiqətlər həqiqətdir” (Birinci Hissə - VII Fəsil). “Bəlkə, ən xoşagəlməz şeylərdən başlamaq məhəbbət izharının qəribə üsullarından biri sayıla bilərdi” (İkinci Hissə - II Fəsil). “Heç vaxt gəldiyin yolla qayıtma!” (Culiyadan, İkinci Hissə - III Fəsil). “Şəxsi həyat son dərəcə qiymətli şeydir. Hamı nə vaxtsa tamam tək qala biləcəyi bir yerin olmasını istəyir” (Mister Çarrinqtondan, İkinci Hissə - IV Fəsil). “Doxsan doqquzun ardınca yüz gəldiyi kimi, can atdığın təhlükəli macəranın ardınca da ölüm gəlir” (İkinci Hissə - IV Fəsil). “Anlamamaq xoşbəxtliyi onları dəli olmaqdan xilas edirdi” (İkinci Hissə - V Fəsil). “Kimisə sevirsənsə, deməli, onu bütün varlığınla sevməlisən. Ona artıq heç bir şey vermək iqtidarında deyilsənsə, son zərrəsinə qədər sevgini verməlisən” (İkinci Hissə - VII Fəsil). “Şəxsi münasibətlər son dərəcə qiymətli idi: əhəmiyyətsiz görünən bir jest, kimisə qucaqlamaq, göz yaşları, ölüm ayağındakı adama deyilən söz öz-özlüyündə böyük dəyərə malik idi” (İkinci Hissə - VII Fəsil). “Mühüm olan hisslərdir. Əgər onlar sənə
TEAS Press·Kitabı okudu
Alıntı
“Qaranlıq – Şərin gəlişi yox, Xeyirin gedişidir” (Ekro atalar sözü, 16. Qara Atəş). “Dayandığın yolda təksənsə ətrafına bax, doğru yolda olmadığına əmin olacaqsan” (Şimal qəbilələrindən, 19. Sərhəddən 8 Gün Uzaq). “Müqəddəs kitabı xatırla. Yaradıcı insanları edəcəkləri üçün yox, etdikləri üçün cəzalandırır. Sabahın qatili bu günün oğrusundan təmiz və alnı açıqdır” (Aqrendən, 27. Tanrıların Erası).
Pan Nəşriyyatı·Kitabı okudu
Kitap Alıntısı

Samig Alatoran

, bir kitap okudu
6/10
·437 syf.·
42 günde okudu
·
Okunma: 17 Şubat 2023 00:00
·
2023 2. kitabı
Zaur Pənahov
7.5/10 · 15 okunma
Azərbaycanda İlk Dolğun Bədii-Fantastik (Epik) Janr Nümunəsi
8/10
·398 syf.··
Beğendi
·
2023 1. kitabı
·
37 günde okudu
·
Okunma: 06 Ocak 2023 00:00
(Qeyd: Spoyler!) 27 fəsildən ibarət olan (400 səhifəlik) Qaranlıq Günəş seriyasının birinci kitabı Xeyrin Çöküşü Azərbaycanda epik-fantastik, yüksək fentezi və ya fantastik-qurğu janrında yazılmış ilk ədəbi nümunədir. Romanın ilk fəslində baş qəhrəmanlarımıza çevriləcək iki xüsusi təyinatlı döyüşçü ilə - Etrak və Aqrenlə qarşılaşırıq. Onlar verilmiş tapşırığın dalınca daima irəliləyirlər. Lakin gözləmədikləri, bilmədikləri bir şey - mübhəm mənzərə onları gözləməkdədir... Bu aləmdə biz üç nəhəng bölgənin adını eşidirik: Şimal dağları, Raqa (şərqdə) və Yeni Azar (qərbdə). Əsaslı olaraq hadisələr ilk əvvəllərdə cəngəlliklərdə cərəyan etsə də, sonradan Raqa dövləti sərhədlərində davam edir. Bu dövlətlərin başında dayananlar Üçlük adlı birlikdir. Üçlüyün nümayəndələri üç müdrik ekrodur, hansı ki bu ekrolar görünüşcə insandan fərqlənməyən, paralel dünyadan gəlmiş uzunömürlü, sehirli güclərə sahib bir irqdir. Onları xeyirxah canlılar adlandırmaq olar, hər nə qədər təqsirləri, nöqsanları olsa da. Şərin şahzadəsi Draqzinin pis xislətli mövqeyinə vidralar və xain ekrolar daxildir. Vidralar paralel dünyadan gəlmiş və yalnız gecələr üzə çıxan vəhşi məxluqlardır. Bir də kölgələr var ki, onlar da Qaranlıq şahzadənin yaxın adamlarıdır (xain ekrolar). Yeni Azarın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü nakradır, Raqada isə qazza. Məqsəd həyatı nizamda saxlamaq olsa da, bu nizam dəfələrlə pozulur və sonda Şər oyanır. Əsər sirrlə başlayıb suallarla bitir. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Bəzi oxucular üçün kitabın əvvəli maraqlı, sonu daha maraqlı və həyəcan dolu, lakin ortası cansıxıcı ola bilər. Lakin bu məsələyə bir az geniş aspektdən baxılmalıdır. Əslində əsərin ortası da darıxdırıcı deyil, əksinə o hissə süjeti kifayət qədər irəlilətməyi
Edebiyat
Qaranlıq GünəşZaur Pənahov · Hədəf Nəşriyyat · 201453 okunma