Samig Alatoran

Samig Alatoran
@samig_04
"Şunu iyi bil ki, Bassanio, işine geldiğinde Şeytan da Kutsal Kitap'tan örnekler verebilir." - Antonio; Venedik Taciri; William Shakespeare
Bakü Devlet Üniversitesi, Tarih Departamenti
Bakü, Azerbaycan
5 Ağustos 2004
24 okur puanı
Ocak 2024 tarihinde katıldı
Tazə qələm, tazə hekayələr
8/10
·121 syf.··
Beğendi
·
2024 8. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Eylül 2024 21:42
Deməli belə: "Halqa" - çağdaş yerli ədəbiyyatdan oxuduğum qısa, amma özündə bir dərinlik daşıyan kitab. Bəzilərinə görə siyasi mahiyyət daşıyan və siyasi məqsədlər güdən, bədii-siyasi kitablar ciddi sayılmamalıdır. Ola bilər, onda gərək "1984" romanı da ciddi hesab edilməsin (yeri gəlmişkən, belə düşünənlər və hətta onun əsər olmadığını müdafiə edənlər də var)... "Halqa" Azərbaycan cəmiyyətinin sosial-siyasi problemlərini ələ alan nəhəng əsərdir. Kitabdakı kiçik hekayələrdə böyük cəsarətin və ümidin gizləndiyini azca təcrübəli olan bütün oxucular görə, sezə bilər. "Halqa" roman deyil, sadəcə hekayələr toplusudur. Hər bir hekayənin ortaq yanı dili boğazında düyünlənmiş cəmiyyətdə baş verənlərin çeşidli mistik-qarışıq ssenariləri ilə oxucunu düşündürməsidir. 3 hekayə var. Hər hekayə bir ideyaya xidmət edir, baxmayaraq ki, hər biri bəşəri, cahanşümul xarakter daşıyır (öz lokallığını qoruyaraq). Əsər(lər)in mövzusundan danışaq. Sonuncu hekayə xaric, digər ilk iki hekayə distopiya-zad deyil, gerçəklikdir; mistisizmlə gerçəkliyin iç-içə keçdiyi reallıqdır. Birinci hekayədə (hissədə) hüquq-mühafizə orqanlarındakı məmur özbaşınalığını görürürük. İkincidə seçki müşahidəsi zamanı saxtakarlıqları, üçüncü distopik hekayədə isə gələcəkdəki potensial aqibəti, boynu halqalı xalqı görürük. Şübhəsiz, qısa hekayələr olduğundan hər biri haqqında, mövzuları haqqında yazmaq çətindir - ən azından bu məndə belədir. Ən yaxşısı, şans verib oxumaq lazım. Yalan deməyəcəm: yüksək gözləntim yox idi, amma gözləntimi dəfaətlə aşdı... mövzular çox qəşəng, yerli-yerində işlənmişdi; hər hekayənin sonluğu faciə ilə yox, mistik ürəkaçanlıqla bitməsi mənimçün sözün əsl mənasından qəribə bir təcrübə oldu. Yox, yəni sonu "yaxşı" bitən çox hekayə və s. oxumuşam, fəqət sonu "mistik nikbinlik" ilə qurtaran
Edebiyat
HalqaRamazan Rizvan · Owl Neşriyat · 202436 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
The Dispossessed - Mülksüzlər (URSULA K. LE QUİN)
7/10
·446 syf.··
2024 7. kitabı
·
124 günde okudu
·
Okunma: 18 Ağustos 2024 18:54
Yazıçının çıxışlarına baxdım. Ən sonuncusu "Ursula Le Guin at Portland Community College" başlıqlı YouTube videosu idi. Le Quin çox səmimi, həlim təbiətli və düşüncələri bərraq (əksəriyyəti ilə razılaşdım) bir xanımmış: Eqalite Nəşriyyatının azərbaycanca çap etdiyi "Mülksüzlər"in (The Dispossessed) annotasiyasını oxuduğum zaman isə xanım Le Quinin feminist aktivist olduğunu düşündüm və məndə bu, ciddi ikrah hissi oyatmışdı. Qərəzli yanaşmaq mənim günahım idi və bunu boynuma alıram. Lakin bir yandan da əsəri oxuyanda güclü yorulma hissi məndən əl çəkmirdi. Maraqsız idi? Yox. Amma çox sıxılırdım. Çox sıxılırdım deyə də "süjet yaxşı axmır və ya mövzu maraqsızdır" söyləyə bilmərəm. Çünki oxumaq üçün özümü sıxanda görürdüm ki, aha nəsə maraqlı şeylər var - hələ heç yerdə kəşf etmədiyim. Nəysə çox uzatmayım, əsərin mövzusu: "Siyasi utopiya və roman janrı nümunəsi olan bu əsərdə iki planet var: Anarres və Urras. Anarresdə anarxizm, azadlıq, bərabərlik, mülksüzlük hökm sürərkən, Urrasda arxizm, kapitalizm, fərdiyyətçilik ön plana çıxır. Baş obraz Anarresli fizik Şevekdir. Bundan başqa Takver, Bedap, Sabul kimi mühüm obrazlar da vardır. Şevekin səyahəti azadlıq, təcridlik və bilik axtarışı üzrədir. Anarresdə o, kommunal yaşayışı qiymətləndirən, lakin şəxsi ifadəni (fərdiyyətçiliyi) məhdudlaşdıran cəmiyyətin məhdudiyyətlərini təcrübə edir - yaşayır. O, Urrasa səyahət etmək qərarına gəlir və burada daha çox maddi sərvətə malik, lakin əhəmiyyətli sosial bərabərsizliklərin olduğu bir cəmiyyətlə qarşılaşır. Öz təcrübələri ilə Şevek hər iki dünyanın ideologiyalarına meydan oxuyur və nəticədə daha balanslı və ədalətli cəmiyyətə gətirib çıxara biləcək ideyaların sintezini müdafiə edir. Roman fərdilik, cəmiyyət və azadlığın mahiyyəti ilə bağlı dərin fəlsəfi sualları araşdırır". Kitabın
Edebiyat
MülksüzlərUrsula K. Le Guin · Egalite Nəşriyyat · 202115,6bin okunma
Müasir Azərbaycan Ədəbiyyatı
9/10
·248 syf.··
2024 6. kitabı
·
13 günde okudu
·
Okunma: 20 Mayıs 2024 19:21
İndiyə kimi oxuduğum müasir Azərbaycan Ədəbiyyatının ürəyiyuxa nəsri - sən, sadəcə gözəlsən! Romanda ağlı həm dabanının altında, həm də təpəsinin üstündə olan bir "küçə uşağı" ilə işinə həvəsi olmayan pedaqoq arasındakı münasibətlərdən bəhs edilir. Dağılmış ailənin övladı olan yeniyetmə əvvəl cibgir olsa da, sonradan daha kriminal dünyanın oğlu olmağa doğru addımlayır. Pedaqoq isə ona yol göstərib "adam olmağa" çağırır. Amma sonda... Sonda mürəkkəbləşən münasibətlər tamam fərqli məcraya yol alır. Yazıçımız işinin ustası olduğunu ilk əsəri ilə sübut etdi. Əhsən! Kitabın mövzusu maraqlı və doğma idi, eləcə də bizim ədəbiyyatda orijinal bir əsər olaraq yer tutdu mənim üçün (2 xal). Obrazlar dərinliklə işlənilib, əsasən inandırıcıydılar (2 xal). Müəllifin dili səlis idi, üslubunu da xoşladım (2 xal). Süjet axıcı başladı, amma birinci kulminasiya nöqtəsindən sonra bəzi fəsillərdə durğunluq sezdim. Ancaq kitabı darıxmadan oxuduğumu da deməliyəm. Sadəcə sonda hadisələr o qədər sürətlə (sanki normal səs yazısını 2x -a qoymusan və daban 56 gedirsən) baş verdi ki, bu bir az oxucunun mətni, daha doğrusu, final hadisələri həzm etməsinə mane ola bilər (1 xal). Kitab ümumən təsirli idi. Oxuduqdan sonra bəzi yeniyetmələrə qarşı düşüncələrimi dəyişdi (2 xal). Kitab mənə emosional olaraq da təsir etdi (2 xal). Kitabdakı personajlarla əlaqə qurmaqda çətinlik çəkmirdim. Lakin Firuz bir az mənə yad idi. Amma Şahmar... o qədər doğma idi ki! Sadəcə kitabdakı hadisələrdən bir neçəsi mənə o qədər də real görünmürdü deyə onlara isti yanaşa bilmədim (1 xal). Kitabın mənə yaddaqalan ciddi öyrətdiyi nəsə olmadı bəzi yeniyetmələrə qarşı yanaşmadan başqa (1 xal). Oxuduqdan sonra kitab məni bir müddət düşündürdü və öz ədəbiyyatımızın belə bir nümunəsi məndə silinməz iz buraxdı desəm yalan olmaz (2
Edebiyat
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202356 okunma
Şəxsi inkişaf, yoxsa şəxsi aldadan?!
8/10
·250 syf.··
Beğendi
·
2024 5. kitabı
·
70 günde okudu
·
Okunma: 16 Nisan 2024 18:31
Şəxsi inkişaf, motivasiya xarakterli kitablarla çox da aram yoxdu. Amma bəzən belə kitablara şans verib vaxtımı oğurlamaqlarına izin verirəm. "Bir Şey" kitabı isə indiyə kimi oxuduğum sözügedən janr tipinin nümunələri içərisində ürəyimdən tikan çıxaranı oldu. Həqiqətən, bu kitab sadəcə bir şeyə fokuslanır və bir çox məsləhət-məlumat gipnozundan ibarət "populist manevrləri" ilə növbəti qurbanlarını ələ keçirən digər fərdi inkişaf kitablarına - əsasən! - bənzəmir. Oxudum, mənimsədim, indi isə tətbiq edirəm.
Kişisel Gelişim
Bir ŞeyGary Keller · Teas Press · 2022376 okunma
Azərbaycanda İlk Dolğun Bədii-Fantastik (Epik) Janr Nümunəsi
8/10
·398 syf.··
Beğendi
·
2023 1. kitabı
·
37 günde okudu
·
Okunma: 06 Ocak 2023 00:00
(Qeyd: Spoyler!) 27 fəsildən ibarət olan (400 səhifəlik) Qaranlıq Günəş seriyasının birinci kitabı Xeyrin Çöküşü Azərbaycanda epik-fantastik, yüksək fentezi və ya fantastik-qurğu janrında yazılmış ilk ədəbi nümunədir. Romanın ilk fəslində baş qəhrəmanlarımıza çevriləcək iki xüsusi təyinatlı döyüşçü ilə - Etrak və Aqrenlə qarşılaşırıq. Onlar verilmiş tapşırığın dalınca daima irəliləyirlər. Lakin gözləmədikləri, bilmədikləri bir şey - mübhəm mənzərə onları gözləməkdədir... Bu aləmdə biz üç nəhəng bölgənin adını eşidirik: Şimal dağları, Raqa (şərqdə) və Yeni Azar (qərbdə). Əsaslı olaraq hadisələr ilk əvvəllərdə cəngəlliklərdə cərəyan etsə də, sonradan Raqa dövləti sərhədlərində davam edir. Bu dövlətlərin başında dayananlar Üçlük adlı birlikdir. Üçlüyün nümayəndələri üç müdrik ekrodur, hansı ki bu ekrolar görünüşcə insandan fərqlənməyən, paralel dünyadan gəlmiş uzunömürlü, sehirli güclərə sahib bir irqdir. Onları xeyirxah canlılar adlandırmaq olar, hər nə qədər təqsirləri, nöqsanları olsa da. Şərin şahzadəsi Draqzinin pis xislətli mövqeyinə vidralar və xain ekrolar daxildir. Vidralar paralel dünyadan gəlmiş və yalnız gecələr üzə çıxan vəhşi məxluqlardır. Bir də kölgələr var ki, onlar da Qaranlıq şahzadənin yaxın adamlarıdır (xain ekrolar). Yeni Azarın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü nakradır, Raqada isə qazza. Məqsəd həyatı nizamda saxlamaq olsa da, bu nizam dəfələrlə pozulur və sonda Şər oyanır. Əsər sirrlə başlayıb suallarla bitir. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Bəzi oxucular üçün kitabın əvvəli maraqlı, sonu daha maraqlı və həyəcan dolu, lakin ortası cansıxıcı ola bilər. Lakin bu məsələyə bir az geniş aspektdən baxılmalıdır. Əslində əsərin ortası da darıxdırıcı deyil, əksinə o hissə süjeti kifayət qədər irəlilətməyi
Edebiyat
Qaranlıq GünəşZaur Pənahov · Hədəf Nəşriyyat · 201452 okunma