-Əli xan, sən mənim gözlərimi, burnumu,alnımı,- hər yerimi sevirsən.Amma sən bir şeyi yaddan çıxardırsan.Sən mənim ruhumu da sevirsənmi? Yorğun halda cavab verdim ki,hə, mən sənin ruhunu da sevirəm.Qəribədir: Seyid Mustafa iddia edəndə ki, qadının ruhu olmur,mən gülürdüm: amma indi Nino onun ruhunu sevdiyimi bildirməyi tələb edəndə,hirslənmişdim.Axı bu qadın ruhu nə deməkdir?