Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021239 okunma
7/10
·303 syf.··
2026 2. kitabı
·
20 günde okudu
·
Okunma: 20 Ocak 2026 00:00
Albert Camusun oxuduğum ilk kitabı idi və bu qədər ağır olacağını düşünməzdim. Mövzusu ilk baxışdan çox cəlbedici görünür, amma oxumaq həqiqətən böyük səbr tələb edir. İnsan əsəri oxuduqca sanki həmin ağır atmosferi, vəbanın yaratdığı ümidsizliyi və boğucu hissi özü də daxilində yaşayır. Xüsusilə kitabın orta hissələrində bu ağırlıq daha dərindən hiss olunur. Kitabdan isə çox absurd və düşündürücü bir məna ortaya çıxır. Bəlkə də müəllif insanın həyatda tam qalib ola bilməyəcəyini, amma bütün absurdluğa baxmayaraq yenə də mübarizə aparmağın vacibliyini göstərmək istəyir. Gələcəkdə əsəri yenidən oxuya bilərəm, amma uzun müddət Camus oxuyacağımı düşünmürəm.
VebaAlbert Camus · Can Yayınları · 202024,6bin okunma
Reklam
Puan vermedi·218 syf.··
2026 22. kitabı
Alex Schulman'ın “Malma Stansiyası” əsəri, müasir İsveç ədəbiyyatının ən populyar nümunələrindən biridir. Bu əsərdə əsas mövzu, nəsildən-nəsilə ötürülən tək mirasın mal və mülkiyyət deyil, həmçinin kədərdə ola biləcəyidir. Əsərdəki baş qəhrəmanımız olan Harriet'də bu mirasdan öz nəsibini alanlardandır. Əsərdəki hadisələr 3 fərqli zaman dilimində baş verir; keçmiş, indiki zaman və gələcək. Bu üç zamanı kəsişdirən şey isə Malma Stansiyasıdır. Təbii ki, bu stansiya bir metaforadır. Zamanın kəsişməsini ifadə edən bir metafora. Alex Schulman bu əsərdə, ailə daxilindəki soyuqluğu, insanların bir-birinə ən yaxın olduqları halda nə qədər uzaq ola biləcəklərini ustalıqla təsvir edir. Bəzən ünsiyyətsizlik bir ailənin ən böyük lənəti ola bilər. Harriet'in ailəsi də bu ailələrdən biridir. Mən ümumilik də əsəri bəyəndim, amma ki, o qədər də oxunaqlı olduğunu söyləyə bilmərəm. Xüsusən əsərin yazı üslubu olduqca qarışıqdır. Bu səbəbdən siz ilk 100 səhifədə obrazları və hadisələri izləməkdə çətinlik çəkirsiz. Amma ki, səbr edib, sona kimi oxusaz, son 50 səhifədə hadisələr həllini tapacaq... Məncə bu əsər “oxumasaz da nəsə itirməzsiz” kateoqoriyasına aiddir. Bu səbəbdən oxuyub-oxumama qərarını sizlərə buraxıram...
Malma StansiyasıAlex Schulman · Fabula Kitab · 20255,4bin okunma
"Vətən Sahibi"
10/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Dəyərli həmkarım, Nuray Rəşidin şəhid Sahib Məmmədova həsr etdiyi "Vətən Sahibi" kitabı haqqında danışmaq mənim üçün olduqca çətindir. Kitabı oxuyarkən duyğulanmamaq, ağlamamaq əldə deyildi. Kitaba heç cür tənqidi yanaşmaq mümkün deyil. Kitab gözlədiyimdən artıq idi mənim üçün. Çünki ilk başda Şəhidə aid olduğunu düşünəndə, məlumat xarakterli olacağını sanmışdım. Amma bu kitab çox duyğu dolu kitabdır. Bu cür yazarlar çox olmalıdır. Bu cür əsərlər yazılmalıdır. O ailəni dinləyib yazmaq ürək tələb edir. Onun bütün dostlarını, qohumlarını, döyüş yoldaşlarını araşdırıb tapmaq, dinləmək çox böyük işdir. Bir şeyi səmimi olaraq qeyd etmək istəyirəm ki, bir yazar olaraq öz həmkarıma qibtə etdim. Çünki mənim də 44günlük müharibə zamanı ailəmdən itirdiyim şəhidim var. Amma dərininə enib yazmağa ürəyim yetmir. Çox ağırdır mənim üçün. 5ildir ağlımdadır amma hələ cəsarət edə bilmirəm. Ona görə də müəllifə alqış düşür. Onu bu təşəbbüsünə görə alqışlayıram. Əhsən. Qələminə, ürəyinə sağlıq deyirəm. Bu yolda uğurlar arzulayıram. Şəhidin ailəsinə yaxınlarına Allahdan səbr diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
Nuray Rəşid "Vətən Sahibi "
10/10
·154 syf.··
2026 2. kitabı
Dəyərli üzvlərimizdən biri olan Nuray Rəşidin qələmə aldığı şəhid qardaşımıza xitab edilmiş bu kitab, insanlığa çatdırılmalı olan xüsusi mesajlardan biridir. İlk öncə Nuray xanıma dərin minnətdarlığımı bildirirəm ki belə bir məsuliyyətin altına girməkdən qətiyyən çəkinməyib və elə bu yolda da daimi addımlar atıb . Kitabı oxuyarkən şəxslərin tapılıb bir-bir dinlənilməsinin əziyyətli iş olduğu bəlli olur,amma həqiqətən uğurlu iş olduğu üçün geridönüşləri görəndə düşünürəm ki fəxr,sevinc hissi müəlliifimizə dərin təşəkkürün bir hissəsidir. Sahib qardaş həqiqətən vətənə,ailəsinə adı kimi sahib çıxan biri olub və məhz kitabın ad seçimi də tamamilə düzgün seçilmişdir. Övladları tərəfindən fəxr edilən bir ata olaraq həmişə yaddaşlarda qalacaq. Deməyə çox söz olsa da yenidən təkrarçılıq etmək istəmirəm. Allah şəhidlərimizə rəhmət eləsin,qalanlara can sağlığı versin. Ailələrinə səbr arzulayıram.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
Şəkər Portağalı və Mən
10/10
·200 syf.··
Beğendi
·
2026 1. kitabı
____Mən şəxsən bu kitabı çoooox sevdim. Uşağın o çəktiyi işəngəcələr qarşı səbr etməsi və o yaşadığı pis anlar mənə çoox təsir etdi. Bu kitabın əsas hədəfi səbr və şükür etməyi öyrətməkdir. #k:372553 José Mauro de Vasconcelos
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022275,3bin okunma
Reklam
Reklam