Puan vermedi·560 syf.··
2026 3. kitabı
Mən hesab edirəm ki, Fyodor Dostoyevski Cinayət və Cəza əsərini yazmaqda əsas məqsədi pul qazanmaq olmayıb. O, bu əsər vasitəsilə insanların diqqətini həmin dövrün sosial vəziyyətinə, yoxsulluğa və insanların iç dünyasında baş verən mənəvi mübarizəyə yönəltmək istəyib. Raskolnikov obrazına gəldikdə isə, məncə o, qürurlu və təkəbbürlü bir insan idi. Onun qüruru və özünü digərlərindən üstün hesab etməsi onu məhvə aparan əsas səbəblərdən biri oldu. O, sadəcə çətin vəziyyətdə olduğu üçün yox, həm də özünü “seçilmiş” insan kimi görüb bəzi şeylərə haqq qazandırdığı üçün bu cinayəti törətdi. Əgər onun bir az ümidi olsaydı, həyatda məqsəd tapsaydı və çalışmaq üçün motivasiya əldə etsəydi, bəlkə də bu cinayət baş verməzdi. Bu baxımdan Raskolnikovun faciəsi təkcə yoxsulluqla bağlı deyil, həm də onun yanlış düşüncələri və ideoloji qüruru ilə əlaqəlidir. O, öz ağlı ilə hər şeyi əsaslandırmağa çalışsa da, vicdanı onu rahat buraxmadı və daxili əzab onun ən böyük cəzasına çevrildi. Sonya… ah Sonya… Yazıq, amma çox güclü bir obrazdır. O, səbirli, mərhəmətli və hər qaranlıqda işıq görə bilən bir insandır. Onun sevgisi və səbrinin gücü sayəsində Raskolnikov yenidən həyata bağlana bildi. Sonya Raskolnikovun tam əksidir — o, qürur və üsyanı yox, iman, sevgi və anlayışı təmsil edir. O, Raskolnikovu dəyişməyə məcbur etmir, sadəcə onun yanında olur və bu da ən böyük təsirə çevrilir. Əsəri oxuyarkən mən böyük həyəcan və eyni zamanda nifrət hissi keçirdim. Xüsusilə Raskolnikovun düşüncələri və hərəkətləri məndə mənfi hisslər oyadırdı. Amma əsərin sonunda bu nifrət hissi tədricən anlamağa, sonra isə müəyyən mənada sevgiyə çevrildi. Bu da yazıçının nə qədər güclü psixoloji təsir yaratdığını göstərir.
Cinayət və CəzaFyodor Dostoyevski · Öndər Nəşriyyatı · 2004194,4bin okunma
Puan vermedi·212 syf.··
2026 5. kitabı
·
7 saatte okudu
·
Okunma: 30 Ocak 2026 21:20
Elxan Elatlı hər zamankı kimi yene şoka saldı bizləri, heç gözlənilməyən bir sonluqla qarşlılaşdım, ilk başda qatilin kim olduğunu rahatlıqla anlaya bilirsen lakin sonda kı, həqiqətləri öyrənən zaman yanıldığını anlayırsan... oxumağa dəyəcək əsərlər siyahısındandır.
Seçilmiş CəzaElhan Elatlı · Teas Press · 0613 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Puan vermedi
Fyodor Dostoyevski'nin "Cinayər və Cəza" əsəri, dünya ədəbiyyatının ən böyük və ən dərin əsərlərindən biri hesab edilir. Bu əsər, insan ruhunun, vicdanının, əxlaqının və sosial ədalətin təhlilini verir. Əsər, mürəkkəb fəlsəfi və psixoloji mövzuları əhatə edir və oxucuları düşünməyə məcbur edir. "Cinayət və Cəza" əsəri Raskolnikov adlı gənc tələbənin hekayəsidir. Maddi çətinliklər içində yaşayan Raskolnikov, öz nəzəriyyəsinə əsaslanaraq yaşlı bir qadını öldürür. Bu qətl, onun həyatını və düşüncələrini köklü şəkildə dəyişir və o, ağır vicdan əzabı və peşmançılıqla üzləşir. Raskolnikovun cinayətdən sonra keçirdiyi vicdan əzabı əsərin mərkəzi mövzularından biridir. Dostoyevski göstərir ki, heç bir ideoloji nəzəriyyə və ya rasional əsaslandırma insanın vicdanını sındıra bilməz. Raskolnikovun nəzəriyyəsi əsərin mühüm hissəsidir. O, bəzi insanların "seçilmiş" olduğunu və qanunu poza biləcəyini düşünür. Bu nəzəriyyə, ona cinayət etməyə icazə verən əsas arqumentdir. Lakin, onun nəzəriyyəsi uğursuzluğa düçar olur və o, əslində özünü "adi" biri kimi hiss etməyə başlayır. Obrazlar haqqında qısaca məlumat vermək istəyirəm. Raskolnikov - Əsərin baş qəhrəmanı, cinayəti işlədən və nəticələri ilə üzləşən tələbə. Sonya - Raskolnikovun sevgilisi və onun mənəvi qurtuluşunun simvolu. Porfiry Petrovich - Cinayəti araşdıran dedektiv, Raskolnikovun vicdan əzabını ortaya çıxarmağa çalışır. Ümumilikdə əsər, Rusiya cəmiyyətindəki sosial bərabərsizliklərə və ədalətsizliyə də toxunur. Raskolnikovun qətli, həmçinin cəmiyyətin əxlaqi zəifliklərinə qarşı bir üsyan kimi də qiymətləndirilə bilər. "Cinayət və Cəza", insan təbiətinin dərinliklərini araşdıran və fəlsəfi, əxlaqi, psixoloji və sosial mövzuları ələ alan möhtəşəm bir romandır
Duygu ve Düşünce
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,4bin okunma
10/10
·256 syf.··
2025 44. kitabı
Bir Elatlı pərəstişkarı olaraq bu əsərdədə tüklərim biz-biz oldu. Artıq yazarın dəstxəttini bildiyim üçün bu kitabın sujet xəttini anlamaq çox rahat oldu. Sadəcə onu deyə bilərəm ki, bunu gələcəkdə olacaq övladlarımıda tətbiq edəcəm. Öz ovladınızı gözünüzdən kənar qətiyyən qoymayın, nəinki uşaq yaşlarda 20 li yaşlardada qorumaq nəzarətdə saxlamaq lazımdır. Bir çox əsərlərində qadınları pis qələmə alsada bu əsərdə bir qadının qeyrətini və namusunu təmizləmək üçün özünü oda atmağı çox möhtəşəm vurğulanıb. Ümumən Elatlının əsərlərini oxuduqca dünyaya qarşı sanki daha tədbirli oluram. Tövsiyyəm budur ki, gələcəkdə valideyn olacaq şəxslər övladlarınıza zaman ayırın... Seçilmiş Cəza Elhan Elatlı
1000Kitap
Seçilmiş CəzaElhan Elatlı · Elgün · 2013613 okunma
2/10
'Milliyətçi bir rəssamın Führer'ə, yəni diktatora çevrilməsinin gerçək tarixçəsi' Herhangi bir cismin düşüş derinliği daima son durumu ile, düşmeden önce bulunduğu durumu arasındaki mesafe ile ölçülür (157. səh). Adolf Hitler ● Açıqlama: 1. 'Parazit' deyə xitab etməm o demək deyil ki, insanların seksual həyatı məni maraqlandırır, yox, sadəcə olaraq ümumi alqılara görə fikrimi izah etməyə çalışıram. 2. Açılımı: Qida Təhlükəsizliyi Agentliyi. 3. VVerner Maser'in 'Adolf Hitler' adlı biografik əsərində haqqında yazdığım mövzuya geniş yer verilir, baxa bilərsiniz. 4. Chuck Palahniuk özünün 'Ölüm Pornosu' kitabında bu barədə yazıb. 5. Hakan Günday'ın ilk əsəri olan 'Kinyas ve Kayra'nın baş qəhrəmanlarından biri. 6. Replika 'Ezel' serialına aiddir. 7. 125. səhifəyə aid olan alıntıdan kəsinti. Tam fikir belə idi: 'Propaganda daima ve sadece kitlelere hitap etmelidir. Aydınlar için yahut aydın denen kimseler için propaganda değil, ilmi izahat yapılmalıdır'. 8. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. 9. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. İsadan sonrakı təqvim 2016-cı ilin avqust ayının 18-ini göstərirdi və mən Stalin'in cəza olaraq insanları sürgün etdiyi torpaqlardan könülsüz olaraq ayrılmışdım. Yanımda iki çantam vardı və paltarlarım olandan daha da böyük olan digərinin içərisi - əsuslar olsun ki - nə spirtli içki ilə, nə də uşaq ikən dayımdan tez-tez istədiyim sarışın Nataşalarla dolmuş idi, yalnız - çoxlu - kitablar vardı. Klassik və underground əsərlər.. Bir də əlçatmazlıqdan pdfini - müdürdən xəbərsiz - vərəqə çap etdiyim vərəq-kitablarım. İçlərində ən gözdəm olan 'Mein Kampf' əsəri idi və onun da yanına zorla bir şüşə "pay olaraq filankəsə verərsən" deyilib içərisinə dürtüşdürülən vodka qoyulmuşdu. Azərbaycana çatdım, stüardessalar məni
İnceleme
KavgamAdolf Hitler · Anonim Yayıncılık · 202112,8bin okunma
Biraz spoiler var
Puan vermedi·212 syf.··
2024 7. kitabı
·
1 saatte okudu
·
Okunma: 11 Kasım 2024 23:14
Bakıda bir binada yoldaşının evdən çıxması ilə hadisə baş verir.Nafiz qəddarcasına öldürülür.Bunun kim elədiyini araşdırmağa başlayırlar. Cinayətin araşdırılması üçün Nüsrətov'a müraciət edirlər bununla birlikdə Qasımlıda bu işə əl atır. Nüsrətov cinayətkarı tapdı. Görəsən həqiqətən tapdımı? Qasımlı ondan əvvəl cinayətkarı tapmışdı sadəcə özü bilərək cinayətkarın kim olduğunu demədi. Burda da kitabın adı yadımıza düşür Seçilmiş cəza, həqiqətən də elə idi. Mən şəxsən kitabı çox bəyəndim və böyük şiddətlə tövsiyə edərəm.
1000Kitap
Seçilmiş CəzaElhan Elatlı · Teas Press · 0613 okunma