Gecenin son iletisinden.
Qadın, sən varlığın ən gözəlisən, Dünyanın bəzəyi, ən özəlisən. Baxışın min arzunun aynasıdır, Hər gülüşün bir həyat mənasıdır. Qadın, sənə hansı şeiri yazım? Sən özün zərif şeir deyilsənmi? Səni çox tərif etmək nəyə lazım, Varlığın ən gözəl tərif deyilmi? -ŞahinZeynalov
Bir uzunun şeir
Qoy döyünsün ürəyim mənli ya mənsiz Tələs alınacaq sözlər icazəsiz Sizin mənası eyni oldu deyə də Nə edib vaxtı daraldıb,yer yox(dur) təmiz Dialektlə danışıb ötürürəm xəbəri Olduğum kimi olanla işləyəndən bəri Gərək şeiri sevim,olmasa da danışıq Cavablandı.İndi düşdü yadıma səfərim Çırpınan dəniz deyil,ya da qoy dəniz olsun Qorxuram dəyişməyə,var məlumat(ın) toplusu Bu nə dörd (4)hecadır,bu nə uyğunsuzluq Vaxt var uydurmağa ya da yoxdur qorxusu Lə iləhə illə Allah,bayrağın sloganı Bir məşğuliyyətin gözü,zikri Logan'ın Məna uzaqlaşdı,zorlandı bir oxucu Burulğanı Murov dağın düzəltdi kurqanı
Etimoloji Defteri
Mücellit Nedir ?
Gərək hər deyilən şeir'mi olsun Olmasın deyilən razı söhbətiylə dostun Gör hara bağlandı xətiri qafiyənin
Aqşin Evrən - Əlvida... Darıxıram
Susanda ən yaxşı "unutmaq" susar Bir nəhəng, yaşılgöz, vəhşi darıxmaq Səni otağının küncünə qısar Bəlkə, xəstəlikdi darıxmaq hissi Bu böyük ağrıyla yaşamaq yox e, Vallah, ölmək pisdi... ölmək də pisdi... Köhnə məktubları açıb baxarsan Gəlib kirpiyinə duzlu göz yaşın Özünü məktuba atar beləcə Onun hədiyyəsi - gümüş boyunbağı Səni darıxmaqdan asar beləcə İçinə daş alıb susar sol yanın Baxıb əllərinə donub qalarsan: "İlahi, bəs onun əlləri hanı?" Baxarsan rəsminə: "Əcəb yaşlanıb Özünə baxmır heç, kökəlib bir az Deyəsən, xəstədir lənətəgəlmiş İnşallah bu ilə salamat çıxmaz" Sonra eşidərsən qohum-tanışdan Deyərlər "keçmişin" yaman xəstədi. Sən də deyinərsən dodaqaltında "Məni başa düşdük, it zülmü verdin Ay Allah, bəs ondan sən nə istədin?!" Ovcunda qırışar xatirələrin İndi dözə bilsən, döz əllərinə Təsəlli verərsən öz əllərinə:
Şiir
Deyirlər, kitablar oxunduqca yaşayır. Biz isə inanırıq ki, kitablar həm də yaşada bilir... 🧡 Mən 'Leykemiya ilə Mübarizə' İctimai Birliyinin könüllüsü olaraq sizə çox önəmli bir çağırış etmək istəyirəm. Hazırda xərçənglə mübarizə aparan balaca qəhrəmanlarımıza dəstək olmaq üçün xeyriyyə yarmarkasına hazırlaşırıq. Yarmarkada quracağımız kitab stendi üçün kitab ianəsi toplayırıq. İndi rəfinizdə toz basan o macəra romanı, sevdiyiniz şeir kitabı bəlkə də bir uşağın müalicəsi üçün lazım olan dərmana çevriləcək. Məqsədimiz rəflərdə qalan kitabları şəfaya çevirməkdir, ianə etdiyiniz kitablar yarmarkada satışa çıxarılacaq və əldə olunan bütün vəsait birbaşa uşaqların müalicə və sağlamlıq ehtiyaclarına xərclənəcək. Gəlin, oxuduğumuz hekayələrlə bir uşağın həyat hekayəsini dəyişək! 🧡 Əgər siz də kitablarınızın sadəcə rəfləri deyil, uşaqların gələcəyini bəzəməsini istəyirsinizsə, dəstəyinizi gözləyirik, əlaqə nömrəmiz: 051-561-99-17
Zirvəsinə
Qalxdı eşqinlə könül Şəms ilə Ay zirvəsinə, Bir uçuq daxma ikən misli-saray zirvəsinə. Bir gücün varmı məgər hansısa fövqəlbəşəri? Necə könlümdə ucaldın adonay* zirvəsinə? Həsrətindən sinəmin gəl ucalan dağına sən, Elə bir gülüşünlə min gülü pay zirvəsinə. Gəl o yerdən göyə qalxmış sinəmin dağını gör, De ki, varmı bu dağın dünyada tay zirvəsinə? Sinəmdə səndən olan dağ da belə xoşdu mənə, Gəl əziz qədəminlə ətrini yay zirvəsinə, Nəbadə, bəd xəbərin çatsa Bisutində mənə, Dağı yerlə bir edər, salsam haray zirvəsinə. Sən şeir tanrıçası, mənsə Musa peyğəmbər, Qəbul et Vüsalı hüzrunda Sinay* zirvəsinə. *Adonay – Rəbb (ibranicə) *Sinay – Sinay dağı (Musa Peyğəmbərin Tanrı ilə danışdığı dağ)