Səmra Həsən

Səmra Həsən
@semrabella
"Florebo quocumque ferar”
Tərcüməçi, rəssam, fotoqraf
BSU
Bakı
Bakı, Azərbaycan, 13 Aralık 1999
68 okur puanı
Ağustos 2018 tarihinde katıldı

Səmra Həsən

, bir kitap okudu
Puan vermedi·80 syf.·
3 günde okudu
·
2019 35. kitabı
Stefan Zweig
8.2/10 · 125bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Hətta cəsarət edib deyə bilərəm ki, sənin həyatında heç vaxt elə bir hadisə baş verməyib ki, mənim evlənmək istəyim qədər mənalı olsun. Bununla demək istəmirəm ki, sənin həyatında mənalı günlər olmayıb, əksinə, sənin həyatın mənimkinə nisbətən daha zəngin olub, qayğılar, sıxıntılar içində keçib və buna görə də mənim başıma gələnlər sənin başına gəlməyib. Təsəvvür elə ki, bir nəfər beş alçaq pilləni çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür. Birinci nəinki beş pilləni, lazım gəlsə, lap yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat yaşamış olacaq, ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək.
Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.
Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim.