Sənan Ali

Sənan Ali
@senanali27
Təbiəti sevin, musiqini sevin, filmləri sevin, kitabları sevin və ən əsası insanları sevin. Sevmək gözəldir.
8/10
·112 syf.··
Beğendi
·
2023 1. kitabı
·
11 saatte okudu
·
Okunma: 02 Ocak 2023 19:37
Nə vaxtsa oxuduğum hansısa kitabın, bizi insan edən şeylərə (əvvəlki düşüncəmlə) görə məni utandıracağını düşünməzdim. Bu mütaliə bizə yaşadığımız evin, əynimizdəki paltarın, cibimizdəki pulun, sahib olduğumuz əşyaların, işlədiyimiz işin, dayanmadan düşündüyümüz ağlımızdan çıxarmadığımız fikirlərin, özümüzləşdirməyin və ən əsası nə qədər istəsəkdə saxlamaqda aciz olduğumuz, əlimizdən uçub gedən zamanın həyatımızdakı vacibliyindən danışır. Adı çəkilən şeylərin daha az önəmli olduğu bir dünya insanların xoşbəxtliyiylə tərs mütənasibdir. Bu şeyləri gözümüzdə kiçiltmək bizə ancaq mənəvi rahatlıq gətirə bilər. Dünyəvi şeylərə daha az dəyər verənlərin mütləq oxuması olduğu kitablardandır. Buradakı tanrı anlayışından yazmağı artıq bilirəm, hamının fərqli inancı var, hamısına hörmətlə yanaşılmalıdır. Xoş mütaliələr.
Göğü Delen AdamErich Scheurmann · Ayrıntı Yayınları · 202017,1bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·224 syf.··
2022 11. kitabı
·
32 saatte okudu
·
Okunma: 13 Aralık 2022 20:18
Fərdi inkişaf kitabları oxumağı çox sevməsəmdə bu kitabı çox bəyəndim. Uzun müddətdi bu kitabda yazıldığı kimi biri olmağa çalışmışam. Bacarmışammı deyə soruşan olsa yəqinki tam olaraq yox deyərdim. Çünki bu çox çətin prosesdir, birdənbirə sevdiyimiz ya sevmədiyimz xasiyyətlərin hamısını dəyişmək, yaxud hamısını olduğu kimi qəbul etmək yazıldığı qədər asan baş vermir. Oxuduqca həyatımda bir çox şeyi yanlış etdiyimidə gördüm. Bu məni təbiiki təəssüfləndirdi. Oxusanız sizdə rastlaşacaqsınız belə hallarla. Kitab bizə problemləri xırda ya böyük olmağından fərqsiz görməzlikdən gəlməyimizi demir. Sadəcə olaraq həyatın tək bu problemləri düşünməklə çox maraqsız və ən əsası, mənimçün ən vacibi mənasız olacağını deyir. İnanclı olub olmağımızın, ölümdən sonrakı həyata inanıb inanmamağımızın fərqi yoxdur, bu həyatı mənalı yaşamaq lazım olduğunu deyir. İntuasiyalarımıza inanmağı, ürəyimizin səsini dinləməyi, sevgi dairəmizi genişləndirməyi, anlayışlı, səbrli olmağımızı və əgər belə olsaq həyatımızı pessimist yox optimist olaraq yaşayacağımızdan danışır. Başqalarının işinə qarışmamağı, hamının problemini öz problemimiz bilməməyi, hətta bəzən öz problemlərimizi belə gözardı etməyimizi, belə olduğu halda ruhi rahatlıq tapacağımızdan danışır. Hərhalda yoxlamağa dəyər deyə düşünürəm. Mütləqki dost əhatəniz dəyişəcək, dəyişdiyinizi deyib sizdən inciyənlər olacaq, ya ətrafınızdakılar sizi daha çox sevməyə başlayacaq. Yazılanları etdikdə bu dəyişikliyi hiss edəcəksiniz. Mən reinkarnasiyaya inanmıram, həyata bir dəfə gəldiyimizi düşünürəm onunçündə məhz burda yazıldığı kimi yaşamağı üstün tuturam. Hamını sevin, hamıya hörmət edin, qarşılaşdığınız hamıdan nəsə öyrənə biləcəyinizi düşünün, kimsəni özünüzdən aşağı fikirləşməyin. Təəssüfki dünyaya gəlib rastlaşdığımız dövürdə insanlara
Xırda Şeyləri Dərd EtməyinRichard Carlson · Qanun Nəşriyyatı · 20192,449 okunma
8/10
·252 syf.··
Beğendi
·
2021 40. kitabı
·
15 günde okudu
·
Okunma: 06 Ağustos 2021 14:10
Forrest Gump: "Aptal olmak öyle kolay bir şey değildir, ama en azından ben can sıkıcı bir hayat sürmüyorum . .. " "Ayı Bryant'ın eski bir futbolcusu, savaş kahramanı, ünlü bir astronot, Başkanların sırdaşı. Oxumağa başlayanda bu qədər qarışıq hekayələrlə qarşılaşacağımı düşünməmişdim. Birdə belə axmaqlıqla yaşanan bir həyatın qısqanıla biləcəyinidə deyə bilərəm. Daha çox şey yazmaq istəyirəm əslində amma, belə bir hekayəni spoiler'siz yaza bilməyəcəm deyə düşünürəm. Üç dəfə filimini başlatsamda bitirməmişəm heç birində. İndidə filmdəki əskiklikləri görmək istəmədiyimdən baxa bilmərəm deyə qorxuram. Hərhalda bu gün birdə cəhd edəcəm baxmağa. Xoş mütaliələr sizə. məndən soruşsanız oxuna bilən satirik bir romandı ümumilikdə.
Forrest GumpWinston Groom · İnkılap Kitabevi · 1994605 okunma
Qorxu
8/10
·80 syf.··
Beğendi
·
2021 35. kitabı
·
9 saatte okudu
·
Okunma: 13 Temmuz 2021 15:01
Ayıb- utanc verici, ayıb bir hərəkətin yaratdığı qorxudan danışılır kitabda. Haqqında çox eşitdiyim, çoxdandı oxumaq istədiyim, amma, düşmənimə belə arzulamadığım bir mövzunu ələ alır əsər. Əsər bizə insanların kiçik problemlərə ehtiyac duyduğunu deyir, yoxsa həyatında hər şey qaydasında gedən İ həyatına rəng, maraq qatmaqçün xeyli tanınmış, dövlətli həyat yoldaşını bir məşuqla aldatmazdı. Mənə görə təmiz həqiqətlərdən ibarət idi əsər. İnsanlar səhv olduğunu bildiyi halda bir iş gördükdə bunun yaradacağı fəsadları düşünmür. Mən mərkəzçilik buna icazə vermir. Etdiklərinin daha dərindən fərqinə vardığında əvvəl özlərindən utanmağa başlayırlar, daha sonra bu utancın necə qarşılanacağını düşünüb qorxu yaradarlar içlərində haqlı olaraq. Pesonajımız olan İ tutduğu bu pis əməldən (xəyanət) şantaj olunmağa başladığı vaxtı utanıb, qorxmağa başlayır. Əsərdə onun çəkdiyi iztirablardan danışılır. Hətta bir yerdə Sveyq İ'nin bu qorxu və utanc hissiylə bərabər bunu gizlətməyə çalışmasını qəhrəmanlıq adlandırır. Yəni həm bu hissləri keçirdib, həm bütün ətrafından gizlətməyini nəzərdə tutur. Bir hissəni xususilə sevdim. Biriləri sizə bir etiraf edirsə əslində özünü qurtarmış olur çəkdiyi iztirablardan (tam olaraq belə yazılmasada bu mənaya gəldiyini düşünürrəm). Cəza nə olursa olsun məlumdu nə vaxt bitəcəyi olsun, nə olacağı olsun. Əsas olan o qorxu və utancı içindən atmaqdır. Ondan təmizlənməkdir. Bu mövzuda saatlarla danışdığım olub amma burda onu etmiyəcəm. Bir nəfəsə oxuyacağınız tövsüyə olunan bir kitabdı. Xoş mütaliələr.
KorkuStefan Zweig · Romans Yayınları · 2019124,8bin okunma
9/10
·205 syf.··
Beğendi
·
2021 25. kitabı
·
32 saatte okudu
·
Okunma: 21 Nisan 2021 13:30
Efes! İkiliklər şəhəri. Artemida və Məryəm anaya ev sahibliyi edən şəhər. İnsan şəhər. Artemida- eqoizim, təkəbbür, mənlik, özünü tanrılaşdırma. Nə qədər istəməsəkdə, özümüzə etiraf etməsəkdə hamımızın içində olan o özünü bəyənmişlik hissi. İnsanları qarşılıqsız sevməyimizə mane olan o şey. Birini seviriksə mütləqki bizidə sevməlidir, bacarırsa bizdəndə artıq, dediyimiz hər şey bəyənilməlidir, etdiyim zarafatlara gülünməlidir. İçimizdəki Artemida mütləqki sevilməli olduğumuzu deyir. Dünyanın bizim istək və arzularımızın ətrafında döndüyünü deyir. Məryəm ana- ruhu saxlayan təvazökarlıq, sevgi kimi bildiyimiz yaxşı nə varsa. Hamının içində var bu hisslər. Sadəcə mənlik, eqo, bəyənilmək arzusu o qədər yüksəlibki bu hissləri ortaya çıxarmaq çətinləşir. Çətin gəlir inasanlara birini sırf insandı deyə sevmək, birini sırf Tanrı yaradıb deyə sevmək, sevgi görmədən sevgi göstərmək, yaxşılıq etmək yaxşılıq görmədən. İçimizdəki bu hissləri ortaya çıxartmaq çox çətin gəldiyi qədər asan bir şeydi əslində. Ölümlü insan olduğumuzu unutmasaq daha az qəlb qırıb, daha çox sevib sevilərik. Sevginin həmişə olduğundan danışır kitab sadəcə onu dadmaqçün sevginizi verəcək birini tapmalısınız. Bir hekayə bundan artığı anladıla bilməzdi məncə. Serdar Özkan qələmini tanımadığım bir yazar idi. Yazdıqlarını, toxunduğu mövzuları çox bəyəndim. Məndən soruşsanız tövsüyyə edəcəyim ilk onluğa girər. Mütailə ilə qalın, sevin, sevilin. Sevilməsənizdə sevin.
Hayat
Kayıp GülSerdar Özkan · Timaş Yayınları · 201214,3bin okunma