Biz türklərdə Yurd-Vətən duyğusunun nə və necə olduğunu görmək, bilmək istəyən ədəbiyyatımızdakı, atalar sözlərimizdəki, zərbi-məsəllərimizdəki qəriblik mövzusuna, motivinə baxsın. Bir filoloq kimi özümün tanış olduğum ərəb, fars və rus ədəbiyyatında, başqa mütəxəssis filoloqlardan sorub aldığım cavaba görə, alman, fransız və ingilis ədəbiyyatında qəriblik mövzusunun motivi çox zəifdir.
Azerbaycan halkı, sömürgecilikten ve kölelikten kurtulmak için daima mücadele etmiştir ve şimdi de etmektedir. Sadece 1905 yılından 1945 yılına kadar olan 40 yılı ele alırsak, dört büyük devrim gerçekleştirmiştir. Settar Han hareketi, Müsavat hareketi, Hiyabani hareketi ve Pişeveri hareketi adlarıyla bilinen bu halk özgürlük devrimleri dünyanın büyük güçleri tarafından bastırılmış olsa da, Azerbaycan halkı öz özgürlüğü uğrunda yüz binlerce, evet birkaç yüz bin kurban vermesine rağmen mücadele azmini yitirmemiş, aksine her seferinde daha da güçlenmiştir. Özgürlüğü uğrunda bu kadar kurban verebilen bir halk hâlâ susmamışsa, demek ki o, manen ve ruhen köle değildir.
Azərbaycan xalqı müstəmləkəçilikdən, köləlikdən qurtulmaq üçün daim mübarizə aparmışdır və indi də aparır. Təkcə 1905-ci ildən 1945-ci ilədək olan 40 ili götürsək, dörd böyük inqilab etmişdir. Səttar xan hərəkatı, Müsavat hərəkatı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı adları ilə tanınan bu xalq-azadlıq inqilabları dünyanın böyük gücləri tərəfindən yatırılsa da, Azərbaycan xalqı öz azadlığı uğrunda yüz minlərlə, bəli, bir neçə yüz min qurban versə də mübarizə əzmi qırılmamış, əksinə, hər dəfə güclənmişdir. Azadlığı uğrunda bu qədər qurban verməyi bacaran xalq hələ də susmamışsa, demək, o, mənən və ruhən kölə deyil.