Senan Kazımoğlu

Senan Kazımoğlu
@senankazimoglu
Hedef KIZILELMA herkese aşikar olsun
Kütüphaneci
Selçuk Üniversitesi Tarih Doktora Öğrencisi
Konya
Azerbaycan, 23 Şubat 1988
50 kütüphaneci puanı
91 okur puanı
Ocak 2024 tarihinde katıldı
Töreden töreye fark vardır; öyle bir iki kopilin ayakaltına alacağı şeye bizde töre demezler. Bizde töre çelikten bir yumruktur; gelgelelim ortalıkta görünmez
Sayfa 194·Kitabı okudu
Kitap Alıntısı
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
"Fanatizmin, xurafatın adını din, mifin adını tarix qoyub insanların beynini zəhərləməkdə, əfsunlamaqda parslar qədər usta az-az tapılar!".
Kitap Alıntısı
İslama qılıncla məğlub olan Farslar, Daima qələmlə zərbə vurmuşlar. Nizami və onun kimi onlarca şairlər Cəmşid, Fərudun, Keyxosrov, Keyqubad taxt-tacına bir qələm çəkib onu yox edən Məhəmməd peyğəmbərə min əhsən dedikləri halda bütün Fars hökmdarlarını yüksək bir şövq və ustad qələmləri ilə tərənnüm etmiş, ucaltmış, milyon-milyon insanın beyninə və ürəyinə yeritmiş, onları kitablardan-kitablara salaraq yaşatmışlar. Heyrətlidir, anlaşılmazdır! Əhsən sənə, fars şovinizmi!
Kitap Alıntısı
İstər-istəməz belə bir fikrə gəlirsən ki, bəşər səviyyəsində belə bir dahi (Nizami Gencevi) də fars şovinizminin "tilsimindən", "sehrbazlığından" qurtula bilməmiş, peyğəmbərlərə, islam dahilərinə ayrıca bir əsər həsr etmədiyi halda beş böyük əsərindən ikisini ("Xosrov və Şirin", "Yeddi gözəl") Sasanlılardan Xosrov Pərvizə və Bəhram Gura həsr etmiş, onları tərifləyib göylərə qaldırmışdı. Sifarişi verən "Xosrov və Şirin" əsərinə görə Nizamiyə qızıl və iki kənd bağışlayan Türk hökmdarları - Azərbaycan atabəyləri, yazan peyğəmbər aşiqi, islam vurğunu şeyx, türk Nizami, tərənnüm edilən, bu cür əsərlərlə əbədiləşdirilən peyğəmbərin və islamın düşməni Xosrov Pərviz, Papakanlar, Keyxosrovlar, Keyqubadlar, Bəhramgurlar. Doğrudan da heyrətli deyilmi?
Kitap Alıntısı
Yenə də Xosrov Pərvizlə bağlı başqa bir misala göz yetirək. Dastançılar, əfsanəçilər, nağılçılar və zaman-zaman onlara qoşulmuş şairlər və tarixçilər belə rəvayət edirlər ki, hələ həzrəti-Məhəmməd Pərvizə məktub yazmamışdan çox-çox qabaq Pərviz, peyğəmbəri yuxuda görmüşdü. Müctəhidlərin, böyük müsəlman ruhanilərinin təkdəbirinin yuxusuna girən peyğəmbər deyir ki, "ey cavanmərd, gəl sən islamı qəbul et!". Xosrov ona cavab verir ki, başımı kəssələr də ölənə qədər yolumdan dönmərəm. Bu cavaba peyğəmbər dinmir, Xosrova bir qamçı vurub gedir.