Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevinc

Sevinc
@sevvincc_
❦ 𝓐𝓵𝓱𝓪𝓶𝓭𝓾𝓵𝓲𝓵𝓵𝓪𝓱
Müəllimə
Məktəbəqədər təlim və tərbiyə
Azərbaycan
Azərbaycan, 4 Ocak
58 okur puanı
Şubat 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
400 syf.
8/10 puan verdi
·
6 günde okudu
Kitabı bəyəndim ancaq uzun müddət təsirində qalacağım kitab deyil mənə görə. Oxuyan çox adamın hələ də kitabın təsirində olduqlarını görürəm. Məndə isə belə deyil oxudum bəyəndim şoka düşdüm, çıxdım, bitdi. Əsərdə ən çox sevdiyim cəhət, sonda bütün düşüncələrimdə yanılmam olmaq idi. Necə deyərlər
Alex Michaelides
Alex Michaelides
bizi tərs köşəyə gətirdi. Baş rollar Alisiya və Teo Faber; demək olar eyni hekayəni, eyni həyatı yaşayırlar. Ancaq sonda hər ikisi ayrı-ayrı seçimlər edir: biri "ölməyi" , digəri isə yalanlarla yaşamağı. Heç birinə haqq qazandırmır, ancaq heç birini də günahlandırmıram. Ümumi olaraq isə hekayə axıcıdır, insanı yormur, əksinə böyük maraqlı oxunulur. Hətta deyərdim ki burada Alisiya və Teodan başqa da bir qəhramanımız var. O qəhraman ki, səssiz pasiyenti səssiz pasiyent edəndir, o "Aleksta"dır. Digər qəhramanlarımız Qabriel, Keti, Kristian isə başlarına gələnlərə sonuna qədər layiqdirlər. Xüsusən də Qabriel və Keti. Xəyanətkar və sevməyi bacarmayan insanlar... Axı onlara nə etməli öldürməli? Ya olanları görməzdən gəlməli? Bu hekayədə heç kim saf deyildi. "İfadə edilməyən emosiyalar heç vaxt ölmür. Onlar diri-diri basdırılır, bir müddət sonra daha eybəcər formada geri dönəcəklər" Ziqmund Freyd
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,406 okunma
Reklam
128 syf.
8/10 puan verdi
·
25 saatte okudu
Bu gün anam öldü. Bəlkə də, dünən ölüb, bilmirəm...
Öncəliklə Albert Camus haqqında danışmaq istəyirəm. Albert əvvəl futbolçu olub, daha sonra bu işin daşını atır və filosof olur (çox maraqlıdır). O deyir: "Ahlak hakkında ne biliyorsam, bunu futbola borçluyum. Çünki, top hiçbir zaman beklediğim yerden gelmedi (o qapıçı idi). Albert həyatın mənasının olmadığını irəli sürür: "Hayatın anlamını aramayı sürdürdüğün sürece hiç yaşamayacaksın." Mənə ən maraqlı gələn hadisə isə Albertin ölümüdür. Çünki, Albert maşın qəzasında ölmüşdür və elə Albertin qorxduğu şey də maşın qəzasında ölmək idi. Onun ölümü də düşüncələri kimi absurddur. İndi isə keçək kitaba, baş qəhramanımız Merso həyatdan həzz almır, yaşamın mənasının olmadığını düşünür, dini inancı, nəsə isə marağı, kimə isə sevgisi olmayan, anasının dəfnində ağlamayan və üzüntü hissi keçirməyən biridir. Ona edilən təkliflərə daim "fərqi yoxdur" deyir. Onun sevgilisi Mari yalnız şəhvət və ehtiyaclarını ödəmək üçün vardır. Hətta belə bir dialoq keçir aralarında: "Axşam Mari gəldi və soruşdu ki, istəyirsənmi biz evlənək? Dedim, mənim üçün fərqi yoxdur, əgər sənin xətrin istəyirsə, evlənmək də olar." Və bir gün Merso, Mari, Mason (Mersonun qonşusu, dostu deyə bilmirəm çünki, bunun bir fərqi yoxdur :)) və onun arvadı ilə dəniz kənarına gedirlər. Orada yaşanan hadisədən sonra Mersonun həyatı alt-üst olur. Ancaq, bunun Merso üçün bir əhəmiyyəti yoxdur, çünki həyatın bir mənası yoxdur :)
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,8bin okunma
104 syf.
9/10 puan verdi
·
3 günde okudu
Öncəliklə Kafkanın dostu Max Brod-a minnətdarlıq hissi duyuram. Çünki Kafkanı həqiqətən sevirəm, onu özümə daha yaxın hiss edirəm. Bu əsər çox absurddur. Deməlii, Samsa birgün ayılır və özünü yatağında böcək olaraq görür. Ancaq niyə böcəyə çevrilib, bu haldan necə qurtulmalıdır deyə düşünmür. Əksinə müdürünə nə deyəcək, bacısı, ailə üzvləri görsə nə düşünəcəklər, onların pis olması üçün, işə gecikməsi üçün və sairə bu kimi şeylər düşünüb narahat olur. Əsərin absurdluğuda elə budur, Samsa özündən başqa hər şeyi və hər kəsi düşünür. Elə biz də həyatımızda bir böcəyik və çoxumuz böcək kimi yaşayır, özümüzə dəyər vermir, vaxt ayırmırıq. Bəs axı niyə? Niyə böcək olmağı seçirik? Niyə qurtula bilmirik? Ailəsi Samsanı görəndə ilk dəfə halına acıyırlar. Ancaq bir müddət sonra artıq o böcəkdən iyrənirlər. Nəhayət Samsa həyatına bir böcək olaraq son qoyur. Çox təsirləndirici və düşündürücü kitabdır məsləhət görürəm hər kəsə)))
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223,1bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Bir həvəslə başlayan xəyallar, o xəyallarda yaşanması gərəkən xoşbəxt anlar hamısı insana ümid verir, yenidən doğulur insan. Tam əldə etdim, artıq xoşbəxtəm, həyata ümidliyəm dediyin anda hər şeyin birdən-birə bitməsi üzür insanı. Sevdiyin insanı itirirsən ancaq bunu bitirmirsən çünki, sevgindən bir parça hələ də yaşayır. Həyatın bir qatardır. Ancaq sən yanlış qatara minmisən, sən bura aid deyilsən, burada rahat deyilsən. Sənin aid olduğun qatar isə gözlərinin önündə ötüb keçir. O qatarda isə heç kəs yoxdur. Təkcə sənin bir parçandan başqa, ümidlərindən, xəyallarından, sənə aid olan həyatdan başqa. Ancaq bütün bunlar üçün artıq çox gecdir. Tək kəlmə ilə mükəmməl. 10/10 - luq kitabdır.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023315,2bin okunma
285 syf.
10/10 puan verdi
·
12 saatte okudu
SPOİLER VARR
Aaaa bitdi, daha doğrusu yarım qaldı. Mən dözə bilmərəmmm ardını oxumasam (⁠´⁠;⁠︵⁠;⁠`⁠). Həqiqətən çoooxxx maraqlı idi. Bu qədər maraqlı olacağını düşünmürdüm tək kəlimə ilə mükəmməldir. Digər oxuyucular kimi məndə əvvəl düşündüm ki kitab kaş Muradın dilindən yazılardı. Ancaq sonradan yazıçının dili ilə yazılmasını daha çox sevdim. Yazıçının kitabda gerçəkləri əks etdirməsi məni daha çox cəzb elədi. Normalda dedektiv janrında oxumağı sevmirəm çünki, sadə üsulmuş kimi gəlir mənə. Ancaq
Qarmaqarışıq
Qarmaqarışıq
'ı həqiqətən çox sevdim. Çünki, bir hekayədən daha çoxu vardı burda. Dedektiv janrında oxuduğum kitablardan ən yaxşısı budu deyə bilərəm, ən azından başqa bir ən yaxşısını tapana qədər (Azərbaycan yazıçılarından).
Nəimi
Nəimi
sizi təbrik edirəm və davamını mütləq gözləyirəm. Məncə bu kitabı məşhur etməliyik (⁠。⁠•̀⁠ᴗ⁠-⁠)⁠✧ Ahh bu arada Fəridin ölümü məni çox ağlatdı (
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024110 okunma
Reklam
250 syf.
6/10 puan verdi
·
24 saatte okudu
Antuan 14 yaşında öz evindən ayrılaraq kiçik bir qəsəbəyə yerləşmişdir. Burada Suzanna adlı 92 yaşlı qadının yanında yaşayırdı. Suzanna Antuana öz oğlu kimi baxırdı. Antuan xasiyyətcə özündənrazı və dəlisov biri idi. Burada demək olar sataşmadığı qız yox idi. Qəsəbənin ən sirli qadınlarından biri olan Xloya onun yeganə dostu idi. Və ona həqiqətən çox dəyər verirdi. Şirin atmacalar, yüngül dava dalaşlar onların dostluğunun ayrılmaz parçası idi. Antuan heç bir qadına məhəbbətlə yanaşmır, onlara keçici əyləncə gözü ilə baxırdı. Barabara da həmən qadınlardan biri idi. Antuan ona illərdir birlikdə çıxıb gedəcəyinə söz versə də sözünün üstündə durmurdu. Ancaq bir gün Antuan məhəbbət oduna düşür və Serena adlı bir qıza aşiq olur. Serena çox gözəl və cazibədar qadın idi. Ancaq o Antuanı sevəcəkdimi? Bütün bunları düşünən Antuan gözləmədiyi bir hadisəylə qarşı-qarşıya qaldı. Canından artıq sevdiyi Xloya qəsəbəni tərk etmişdi, həm də onunla sağollaşmadan, bəs buna səbəb nə idi? Yaxşı bəs Barbara niyə onunla vidalaşmaq üçün gəlmişdi? Antuan 14 yaşında ikən evindən niyə ayrılmışdı və hal-hazırda anasına nə olmuşdu? Bütün bunlar təsadüf idimi? Göy qurşağının bitdiyi yerdə Antuan nə tapmışdı? Bu əsərə 6 puan verməyimə səbəb sanki kitab tərcümə olunmuş hissini verirdi. Antuan, Xloya, Suzanna və sairə bu adlar yerinə ən azından öz adlarımızdan istifadə oluna bilərdi. Kitab çox qarışıq idi, ancaq hekayə maraqlı idi.
Göy Qurşağının Bitdiyi Yer
Göy Qurşağının Bitdiyi YerMəsudə Cabbar · 2015108 okunma
100 syf.
5/10 puan verdi
·
19 günde okudu
Şükür ki bitti. Spoiler içerir.
Öncelikle kendi adıma söyleyeyim hiç sürükleyici değildi ve çok sıkıldım. Yani yarım bırakmamak için okudum da ama içim şişti valla. Hayata bir azacık ümidim varıydısa sağolsun Tolostoy bey amca onu da benden söküp aldı. Kitap hakkında onu söyleye bilirim ki, yazar hayatın anlamını arıyor. Ancak hayatın bir anlamı olmadığını ve yaşamanın manasız olduğunu ileri sürüyor. Hayat hakkında konuşurken şöyle söylüyor "Sen hayatınsın, geçicisin, parçacıkların gelişigüzel birleşmesinden oluşan bir yığıntısın. Hayatınızı sadece parçacıkların bir etkileşimi, değişimi olarak görmeye yönlendiriliyorsunuz. Bu yığıntı bir süre için varlığını sürdürüyor, ama sonra bu parçacıkların etkileşimi duruyor. Hayatınız olarak adlandırdığınız şey cevaplandırılmamış tüm sorularınızla birlikte sona eriyor." Eskiden Ortodoks Hristiyan inancında vaftiz edilen yazar kendisini tanıdıkça ve geliştirdikce hiç bir dine de inanmıyor. "Bilgiye, şiire ve hayatın evrimine olan inanç, gerçekten de bir inançtı" söylüyor. Kitapda yer alan kısa hikayeler ve alıntılar çok güzel. Genel olarak Tolostoyun düşünceleri ilginç ama söylediğim gibi çok sıkıcı geldi bana. Söyleyeceklerim bu kadar, çok bi şey yazabileceğim bir kitapda değil zaten. Okuyacak her kese şimdiden iyi okumalar
İtiraflarım (Cep Boy)
İtiraflarım (Cep Boy)Lev Tolstoy · Karbon Kitaplar · 201923bin okunma
54 syf.
·
Puan vermedi
Spoiler içerir
Viyanaya gəldikdən sonra Josefstadt'da otaq tutmalı və tələbəlik həyatını burada sürdürməli olan bir gənc.. Elə bir gənc ki, hələ tam olgunlaşmamış və özünü tapa bilməmişdir. Həyatda öz mövqeyini qura bilmir və dostluq ortamlarında hər daim sıxılır və özgüvəni yerlərdə sürünür. Berger bu soyuq şəhərə alışa bilmir ancaq burada özünə bir dost
Kızıl
KızılStefan Zweig · Maviçatı Yayınları · 201929,2bin okunma
136 syf.
·
Puan vermedi
Kitabda adsız qəhrəman daha çox özü haqqında danışır və öz üsyanını oxuyuculara anlatır. Bu qəhrəman hər daim özünü başqalarından zəif görür. Ancaq ağlına görə yox, xarici görkəminə görə. O ağılca özünü hər kəsdən üstün sayır və düşünür ki, insanların bir yerə yığılıb əyləndikləri vaxt mənasız və sıxıcıdır. Bu adsız qəhrəman özünün əsəbi, səbirsiz olduğunu etiraf edir. Həyatı sönük və səliqəsiz idi, tənhalığı vəhşilik həddinə çatmışdı. Bütün bunlara baxmayaraq o çox təkəbbürlü, əmredici biri idi. Həyatında sadəcə bircə dəfə dostu olmuşdu. O zamanlar da dostuna qarşı çox əmredici hərəkətlər edirdi və bundan sıxıldı sonra dostunu özündən uzaqlaşdırdı. Çünki, artıq o dostunu əldə etmişdi. Onun məktəbdə nifrət etdiyi bir dostu vardı adı Zverkov idi. Zverkov çox gülərüz və şən biri idi və hamı tərəfindən sevilirdi. Bizim qəhrəmanı isə sevən yox idi və həmişə Zverkov tərəfindən alçaldılırdı. Dostoyevskinin yaratdığı bu qəhrəman Zverkova içdən içə düşmənlik bəsləyirdi. İllər sonra isə Zverkov və onun dostları ilə birlikdə yeməyə getmək qərarına gəlir ki, onlarla arasını düzəltsin və Zverkovla yaxşı ünsiyyət yaratsın. Ancaq bu zaman da işlər düz getmir....
Yeraltından Notlar
Yeraltından NotlarFyodor Dostoyevski · Kapra Yayıncılık · 2020128,5bin okunma