Shafa Amiraslanova

10/10
·200 syf.··
2024 13. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Temmuz 2024 15:49
Oxuduqca bir sıra hissələrdə göz yaşlarıma hakim ola bilmədim… Əsərin özü teatr üçün yazılıb, daha sonradan roman kimi qələmə alınıb. Ola bilsin, nə vaxtsa, tamaşa kimi də izləyərəm :) Mənim şəxsi fikrimə əsasən, hər kəs tərəfindən oxunmalı bir əsərdir. Spoiler vermək istəmirəm, oxumaq istəyən hər kəsə xoş mütaliələr!!!
Kahve Soğumadan ÖnceToshikazu Kawaguchi · Epsilon Yayınevi · 202110bin okunma
Reklam
Çünki o eyni Martin idi)
9/10
·520 syf.··
2024 1. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Ocak 2024 13:06
Oxumadan öncə çox insandan “sonda Martin bədbəxt olur” deyə spoilerlər yemişdim. Oxudum və bədbəxt olduğunu düşünmədim. O vəziyyətdə Martin edə biləcəyi ən doğru seçimi etmişdi. Hekayə irəlilədikcə Martin bizə göstərir ki, əlçatmaz dediyimiz, işıltısında boğulduğumuz hər şey, əslində, heç də düşündüyümüz, ümid etdiyimiz kimi nəticələnmir. Biz ancaq yaşadığımız anı hiss edə bilirik, hisslərimizdə yanıldığımızı isə, zaman keçdikcə qavrayırıq. Oxuduqca, gördükcə, düşündükcə və daha artığını yaşadıqca. Kitabın sonuna doğru Martinin də düşündüyü kimi “Martin elə həmin Martin idi”. Bizlər də elə həmin “Biz”ik, bizə olan davranışlar isə, situasiyadan asılı olaraq dəyişir. :d
Martin EdenJack London · İndigo Kitap · 2018135bin okunma
İnsan yaşamı özündən qoruya bilərmi?
9/10
·584 syf.··
2023 35. kitabı
·
8 günde okudu
·
Okunma: 07 Ağustos 2023 15:32
Dünyamıza Aedenlilərin gözündən baxmağa çalışaq. İnsanıq, yoxsa “insansı”yıq? Əsərin məğzi planetimizdəki reallığı, etdiyimiz səhvləri yeri gələndə sətiraltı, yeri gələndə isə dümdüz üzümüzə vurmasındadır. Canlılar ayrı-ayrılıqda deyil, bir BÜTÜNün hissələridir. Yaşamın hər formasına hörmət etməyi bacaranlar, yarğılamayanlar ancaq təkamüldə həqiqi insan ola bilər. Bir gün planetimizdə də gerçək insanların doğulması diləyiylə! Oxumaq istəyən hər kəsə xoş mütaliələr!
Zıtlıkların Birlikteliği
AedenAkilah Azra Kohen · Everest Yayınları · 201814,3bin okunma
9/10
·336 syf.··
Beğendi
·
2023 23. kitabı
·
11 günde okudu
·
Okunma: 07 Haziran 2023 17:07
Mark Levinin oxuduğum 3-cü kitabıdır. İlkini 2 il əvvəl oxumuşdum. Son 2-ni isə oxumağımın xüsusi səbəbləri var. 9/10 balla qiymətləndirməyimin səbəbi başlarda obrazların adlarının bəzi yerlərdə qarışdırılmasıdır. (Düşünürəm ki, bu tərcümə səhvidir) Ümumi götürsək, bəyəndiyim kitablardan oldu, hətta bitirəndə ağladım. (çox az kitabda belə olub) Zövqlər və rənglər fərqli olduğundan hamının bəyənəcəyini iddia etmirəm, lakin çoxunuzun bəyənəcəyinizi düşünürəm. Oxumaq istəyən hər kəsə xoş mütaliələr!
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018330 okunma
10/10
·255 syf.··
Beğendi
·
2023 15. kitabı
·
32 saatte okudu
·
Okunma: 15 Mart 2023 15:06
Uzun müddətdir oxumaq istədiyim bir kitab idi, amma cəsarət tapa bilmirdim. Səbəbi özümə qalsın. Təsadüfdürmü bilmirəm, ya əsərin qəhramanları kimi təsadüflərə inanmamalıyammı onu da bilmirəm, qəribədir ki, baş qəhrəmanlardan biri Artur da bəzi şeylər üçün cəsarət tapmağa uzun müddət vaxt sərf etmişdi. Oxuduğum üçün, buna cəsarət tapdığım üçün çox şadam. Məğzinə görə həyatımızın, bizə verilən şansların, hər saniyəmizin qədrini bilməyə, onları düzgün qiymətləndirməyə çağırır. Kitabı dolayı yolla da olsa, mənə tövsiyə etdiyi üçün mərhum dostuma təşəkkürlərimi bildirirəm. Bəlkə, bu günə qədər zamanımın, həyatımın, birlikdə keçirdiyimiz anların dəyərini kifayət qədər anlamamışam. Amma bundan sonra qalan xatirələrimizin qiymətini, mənə qatdığı hər şeyi, ümid edirəm ki, qoruyub-qiymətləndirəcəyəm. Oxumaq istəyən hər kəsə xoş mütailələr!
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0954 okunma
Reklam