Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəhla

Şəhla
@shaxxlam
•Solanthophile♡ •"But the sunflower is mine in a way.."
Vincent Van Gogh
Vincent Van Gogh
#238553616
Xalqın müharibəyə getdiyi yerdə kədərli cığırlar, yollar qalırdı!..
Reklam
Bir də axı danışmaq lazım idimi? Hər şeyi hər zaman sözlə demək mümkün deyildi...
Mən indi başda düşdüm ki, o, nə üçün bütün axşamları çıxıb keşikçi təpəsində oturur, nə üçün gecələr çayın qırağında tək qalır, nə üçün başqalarının eşidə bilmədiyi səslərə həmişə qulaq asır və nə üçün bəzən birdən-birə gözləri parıldayır, adətən, səksəkəli qaşları niyə yuxarı dartılır. O, qəlbən vurğun adamdır. Həm də hiss edirdim ki, o, sadəcə olaraq, başqa bir adama vurulmamışdır. Onun məhəbbəti başqa, böyük məhəbbət idi. Bu, həyata, torpağa məhəbbət idi. Bəli, o, bu məhəbbəti özündə, öz mahnısında gizlətmiş, onunla yaşayırdı.

Okur Takip Önerileri

Tümünü Gör
Yasəmən♡
💜🪻 Dayansaydı, əllərim gül açardı, Gül dediyin məhəbbətə açardı, İstəsəydi qanad açıb uçardım, Qoşulardım işığa mən, səsə mən, İstəmədi, istəmədi, yasəmən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Murad, sən qanadsız mələksən♡
Qanadsız Mələk
Qanadsız Mələk
...həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Bəhs edilən sevgi kimin sevgisidir? Muradın, Mələyin ya Ayxanın? Səmimi dialoqları, obrazların təsvirləri və duyğuları, maraqlı bənzətmələri sayəsində kitabı sevərək oxudum. Kitab iki hissədən, Mələyin və Muradın diliylə eyni zamanda baş vermiş hadisələrin müxtəlif duyğularla ifadəsindən ibarətiydi. Kitabın ikinci hissəni daha çox sevdim, yəni Muradın diliylə olan hissəsini:) Çox qəribədir ki, kitabda mənfi obraz yoxdur. Kimi sevib sevməyəcəyimə qərar verə bilmədim:D Amma Murad, o fərqliydi. Açığı kitab mənim üçün sadəcə Muraddan ibarətiydi♡.Buna görə də, sonluğu hələ də qəbul edə bilmirəm. Daha fərqli son ola bilərdi, deyə düşünürəm.. Buna rəğmən şans verib oxumağa dəyər bir kitabdır:)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0128 okunma
Reklam
Son..
Sənsiz yarım qalır bir şeylər. Natamam qalır. Axı mənim sənə ehtiyacım var...
Sayfa 364 - Teas PressKitabı okudu
Ayxan..
Axı mən yaşamaq istəyirəm. Normal yaşamaq. Hamı kimi yaşamaq. İynələrsiz...Bir qadını dəli kimi sevmək istəyirəm. Mən axı çox az sevmişəm. Sevgiyə gecikmişəm, deyəsən. İndi əvvəlki kimi hər xırda şeyə fikir də verə bilmirəm. Daha ciddi qayğılarım var. "Bir günüm daha uçdu" qayğıları...
Sayfa 343 - Teas PressKitabı okudu
Bağlı qapıları döymürdüm artıq..
Hisslərimdən danışmaq haqda düşünmürdüm. Çünkü onu itirməyi gözə almaq istəmirdim. Mənə başqa gözlə baxa bilmirdi... Hər gün görə-görə onu ürəyimdən çıxaracaqdım. Çıxmasaydı ürəyimi çıxaracaqdım. Bağlı qapıları döymürdüm artıq...
Sayfa 341 - Teas PressKitabı okudu
Zaman-zaman qarşıma fərqli məqsədlər qoysam da, heç cür sabit həyatımı pozub onların arxasınca qaça bilmirdim.
Sayfa 340 - Teas PressKitabı okudu
352 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.