Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəhla

Şəhla
@shaxxlam
•Solanthophile♡ •"But the sunflower is mine in a way.."
Vincent Van Gogh
Vincent Van Gogh
#238553616
98 syf.
5/10 puan verdi
·
9 saatte okudu
"Dünyanın ən gözəl eşq hekayəsi"
Bəzən, çoxluq tərəfindən bəyənilən, sevilən kitabları oxuduqdan sonra görürsən ki, heç də böyüdüldüyü kimi deyil. Belə hallarla qarşılaşanda elə düşünürəm ki, problem məndədir:)
Louis Aragon
Louis Aragon
-a görə "Dünyanın ən gözəl eşq hekayəsi" olan
Cəmilə
Cəmilə
kitabında eşqə dair heç nə görə bilmədim. Kitabda eşq adlandırdıqları duyğu nədir onu da anlamadım. Eşq hər halda həyat yoldaşı cəbhədə olan Cəmilənin ona xəyanət etməsi ya da evli olduğunu bilə-bilə Daniyarın evli bir qadına yanaşması deyil. Hələ 15 yaşında olan Seyitin qardaşının yoldaşına duyğusal hisslər bəsləməsi heç deyil. Kitabda bir-birinə uymayan, təzadlı fikirlər varıydı. Başlarda köhnə adət-ənənələrinə sadiq, kənddə yaşayan camaatın, kitabın ortalarında Cəmilənin kəndin ortasında, gənc oğlanlarla öpüşüb, çayda oynamasını gülərək izləmələri məni təəccübləndirdi, nə yalan deyim. Bir an düşündüm ki, bu hansı dövrdə və harada qəbul edilən bir şeydi? Axı başlarda, böyüklərinə hörmət əlaməti olaraq, həyat yoldaşına məktubun sonunda sadəcə "Salam" yazan adamdan bu yerə hansı ara keçdik? Ümumilikdə, Cəmilə obrazını heeeç sevmədimm:| Mövzu olaraq hər kəsə xitab etməsə də, kitabın dili, təsvirləri onu oxunaqlı edirdi. Düşünürəm ki, kitabın davamı olsaydı, Cəmilə bu dəfə də, səsi daha yaxşı olan bir adamla Daniyara xəyanət edərdi:))
Cəmilə
CəmiləCengiz Aytmatov · Altun Kitab · 201832,5bin okunma
Reklam
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Murad, sən qanadsız mələksən♡
Qanadsız Mələk
Qanadsız Mələk
...həssas qəlbləri titrədəcək bir sevgi romanıdır. Bəhs edilən sevgi kimin sevgisidir? Muradın, Mələyin ya Ayxanın? Səmimi dialoqları, obrazların təsvirləri və duyğuları, maraqlı bənzətmələri sayəsində kitabı sevərək oxudum. Kitab iki hissədən, Mələyin və Muradın diliylə eyni zamanda baş vermiş hadisələrin müxtəlif duyğularla ifadəsindən ibarətiydi. Kitabın ikinci hissəni daha çox sevdim, yəni Muradın diliylə olan hissəsini:) Çox qəribədir ki, kitabda mənfi obraz yoxdur. Kimi sevib sevməyəcəyimə qərar verə bilmədim:D Amma Murad, o fərqliydi. Açığı kitab mənim üçün sadəcə Muraddan ibarətiydi♡.Buna görə də, sonluğu hələ də qəbul edə bilmirəm. Daha fərqli son ola bilərdi, deyə düşünürəm.. Buna rəğmən şans verib oxumağa dəyər bir kitabdır:)
Qanadsız Mələk
Qanadsız MələkAysel Şıxlinskaya · Teas Press · 0125 okunma
88 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Sehirbaz Raçinski"
"Həyatdakı ən böyük şanslardan biri uşaq yaşlardan yaxşı bir müəllimlə tanış olmaqdır" ifadəsi məni hər zaman yaxşı müəllim axtarışında olmağa sövq edib. Bir dəfə müəllimlik ixtisasından imtina etdiyim üçün, "Yaxşı müəllim necə olmalıdır?", "Yaxşı müəllimlər nə edir ki, yaxşı müəllim olur?" və.s bunlarla bağlı heç bir fikrim yoxdur, ancaq kənd məktəbində təhsil almış biri olaraq harda görsəm anlayaram ki, yaxşı müəllim kimdir:), (bu mövzuda çoox həssasam)
İdeal Öğretmen
İdeal Öğretmen
-in hər cümləsi o qədər dəyərli, mənalıydı ki, hər bir cümləni bir kitab kimi mənimsəməyə çalışırdım. Kənd məktəblərinin halına bələd olduğum üçün, o hissləri dərindən hiss edərək oxudum. Professor Raçinskinin, kənd uşaqları haqqında dediyi sözləri oxuduqca, öz məktəb dövrüm yadıma düşdü və qəlbim sızladı. Hadisələr 20-ci əsrdə, Rusiyanın Tatevo kəndində baş versə də, mənə yad gəlmədiyinə necə üzüldüyümü ifadə edə bilmərəm. Kitab bitdikdən sonra, məktəb illərimizin müəyyən dövründə bizim də yollarımız ideal müəllimlərlə kəsişsəydi, həyatımız necə olardı, dəyişərdi ya fərq olmazdımı deyə düşündüm. Görəsən, Raçinski kimi, neçə müəllim öz komfort zonasından çıxaraq, bizləri- kənd uşaqlarını düşünüb onları maarifləndirməyə üz tutub, ya heç düşünübmü ki, onlara nə qədər ehtiyacımız var, bunlar haqqında ən kiçik bir fikrim belə yoxdu amma gələcək nəsilləri istədiyimiz kimi, əxlaqlı və təhsilli görmək istəyiriksə, günümüzdəki müəllimlərin, Professor Raçinsikdən örnək alması lazımdı, deyə düşünürəm..
İdeal Öğretmen
İdeal ÖğretmenGrigory Petrov · Zafer Yayınları · 20196,2bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
48 syf.
7/10 puan verdi
Olay: İnsanlığın sahilə vurduğu an
Həcmi kiçik olsa da, acısı böyük idi.. Kitabı oxumağa başlamağımla bitirməyim bir oldu. Başlarda rəngli rəsmlərinə görə kitabın uşaqlar üçün nəzərdə tutulduğunu düşünsəm də, sonlara doğru rəsmlərin rənglərinin solması ilə, yanıldığımı anladım:( Suriyalı atanın qeyri-müəyyən bir səyahətə çıxmazdan əvvəl oğluna yazdığı məktub şəklində hazırlanan mətn müharibədən və zülmdən qaçarkən dənizdə itkin düşən minlərlə qaçqına həsr olunub.
Khaled Hosseini
Khaled Hosseini
bu kitabı gərçək hadisələr əsasında yazıb. 2015-ci il sentyabr ayında Avropada təhlükəsiz bir yerə çatmağa çalışarkən Aralıq dənizində boğulan və cansız bədəni sahilə çıxan üç yaşlı suriyalı qaçqın Aylan Kurdinin hekayəsindən ilham alaraq yazdığı
Deniz Duası
Deniz Duası
qaçqın probleminə son dərəcə heyrətamiz və yeni baxış qazandırdı.
Deniz Duası
Deniz DuasıKhaled Hosseini · Everest Yayınları · 20184,073 okunma
59 syf.
4/10 puan verdi
·
12 günde okudu
Filmdən kitaba
Filminə görə çox böyük həvəslə başladığım kitab böyük bir xəyal qırıqlığı yaşatdı. Hər zaman düşünmüşəm ki, kitablar əsasında çəkilən filmlər kitablara nisbətən o qədər də uğurlu olmur. Bu kitabı oxuyana kimi. Kitabı oxumadan öncə filmini izləmişdim və maraqlı gəlmişdi. Düşündüm ki, kitabı daha da maraqlı olar amma "umduğumu bulmadım":( Açığı obrazların adları və bəzi nüanslar xaric deyərdim ki, fərqli əsərlərdir. Kitabı bəyənən də, bəyənməyən də kifayət qədər var. Nə yalan deyim mən bəyəndimmi ya yox orasını anlamadım, ya kitab qarışıqıydı ya da mən ümumiyyətlə heç nə anlamamışam. Kitab qısa olsa da Arifin duyğuları, daxili aləmi, düşüncələri çox yaxşı təsvir olunmuşdu bunları bəyəndim. Bəyənmədiyim yerlər, xəyalla gərçək arasında çox gəliş-gedişlərin olmasıydı. Anlıyıram, bu bir yerdə kitaba xüsusilik qazandırsa da, hadisələrin realdamı yoxsa xəyal dünyasındamı baş verdiyini anlamaqda çətinlik yaradırdı. Ənnn bəyənmədiyim hissə isə kitabda olduqca çox vulqar ifadələrə, sözlərə yer verilməsiydi. Tam deyirəm mənalı bir cümlə gəlir, sonu yenə kobud, pis ifadə. Hələ uşaq haqqında deyilən söz, məni özümdən çıxardı:/ Bir sözlə filmə görə başladığım kitab gözləntilərmi qarşılamadı, yəni kitab bitsə nə olar, bitməsə nə?
Fakat Müzeyyen Bu Derin Bir Tutku
Fakat Müzeyyen Bu Derin Bir Tutkuİlhami Algör · İletişim Yayıncılık · 201429,3bin okunma
Reklam
128 syf.
8/10 puan verdi
·
26 saatte okudu
Nar çiçəyi..
Salam Qadirzade
Salam Qadirzade
qələmindən oxuduğum ilk kitab deyildi, yazıçı mənə doğma olduğundan bu kitabı da sevdim. Kitabda səmimi kənd həyatı, kəndin sakinləri, iş həyatı, obrazların surəti o qədər yaxşı təsvir olunmuşdu ki, sanki hər şeyi canlı görürdüm. Hətta bəzi bölgələrin ləhçəsində istifadə olunan sözlərin olması çooox xoşuma gəldi, əsərə təbiilik qazandırmışdı :D ● Hər şey, jurnalistika fakültəsini yeni bitirən Ərdostun "azı bir illik" rayon qəzetinə işləməyə gəlməsiylə başlayır. Sərinbulağı, alma bağlarını gəzərkən Ərdost ilk qəhramanı Zaman Qocayla tanış olur və onun haqqında qəzetə yazmağı qərara alır. Bunu müsbət qarşılayan Zaman Qoca onu evə dəvət etməsiylə, bir anlıq "reinkarnasiya" baş verdiyini düşünürük... ●Axx, Ərdost, axx. Başlarda sevdiyim, hörmət etdiyim bu gəncə sonlara yaxın nifrət qarışıq əsəb oldum. Bəlkə də küsdüm bilmirəm:/ Nə gözləyirdim ki, Ərdostun ölmüş nişanlısı Səfurəyə sonacan sadiq qalmasınımı? Açığı, Qönçələrə üzüldüm, Ərdost onu Səfurəyə bənzədiyi üçün sevmişdi, özünə görə yox.. Vəəə "Nar çiçəyi" Səfurəydi, Qönçələr YOXX. Ərdostun bəzən Qönçələrə "Nar çiçəyi" deyə xitab etməsi məni çoox qıcıqlandırdı. Hələ deyirdi ki, bunu deyəndə Səfurəni də xatırlayacaq. Heç utanmadınmı, Ərdost?-_- Kitabın sonlarında Ərdostun həyatında bu qədər xoşbəxt olmadığı, xəyalındakı qızla evləndiyi deyilirdi. Çooox ayıb olsun, Ərdost!
Ulduzlar Sayrışanda
Ulduzlar SayrışandaSalam Qadirzade · Mücrü Nəşriyyatı · 04 okunma
420 syf.
9/10 puan verdi
·
9 günde okudu
Sən sevgisən, Məsum!
"Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpıdılar. Bunların heç biri mənim payım deyildi. Heç vaxt heç kim mənim özümün kim olduğumu, nə istədiyimi soruşmadı." Kitab qəlbimə necə yol tapdısa, bir müddət təsirindən çıxacağımı düşünmürəm. Cəmiyyətdə tez-tez rastlaşdığımız bir çox ailə məişət problemlərini aydın bir şəkildə dilə gətirmələri xoşuma gəldi. Çox səmimi, axıcı bir dili var. Buna görə bütün duyğuları dərindən hiss edərək oxudum. Məsuməylə ağladım, güldüm, üzüldüm, düşündüm. Sanki, Məsumə bizlərdən biriymiş kimiydi, Ona görə ona tez bir zamanda bağlana bildim. Ailəsi tərəfindən sevilməsə də səmimi, sevgi dolu ana obrazı qəlbimi isitdi. Bu qədər, sevgini özündə necə cəm etdin, Məsum?!. Hər nə qədər özünün sayılmasa da Məsumənin payına şahid olmaq üzücü olsa belə xoş oldu. Daha az Məsumələrin həyatına şahid olmaq diləyiylə..
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,550 okunma