Namuslular kıt kanaat geçinirken, namussuzların karnı tok, sırtı pektir.
Putin mükafatını qazanan Çexovun “Altıncı Koğuş” kitabını keçən ildən oxumaq istəyirdim. Bu günə qismət imiş.
Əsər özünü tək hiss edən bir həkimlə ali təhsilli bir “dəlinin” fəlsəfi söhbətləri üzərində qurulub. Dialoqlar namusun, insanlığın və vicdanın yoxluğunu vurğulayır, acı reallıqları gün üzünə çıxarır.
Məni ən çox təsirləndirən məqam isə həkimlə “dəlinin” söhbətindəki incə nüans oldu. Gromov soruşur: “Mən niyə buradayam, başqaları isə azadlıqda gəzir?” Həkim cavab verir ki, bu bir şans məsələsidir: xəstəxanalar dolmaq üçündür, sən olmasan, yerinə başqası olacaq.
Burada məsələ yalnız xəstəxana və ya azadlıqdan məhrum “dəlilər” deyil. Əsl mövzu, bu gün yaşadığımız cəmiyyətdə bəzilərinin azad, bəzilərinin isə məhrum olduğu həyatın ədalətsizliyidir. Bəziləri heç bir əziyyət çəkmədən fərqli mövqedə olur, digərləri isə bütün zəhmətinə baxmayaraq yerində qalır.
Əslində dialoq yalnız iki insanın söhbəti deyil, iki fərqli dünyagörüşünün kəsişməsidir: qəbul etmə və üsyan. Bəlkə də dəlilik haqsızlığa öyrəşmək, səs çıxarmamaq və hamı kimi başını çevirib getməkdir.