Puan vermedi·72 syf.·
2026 15. kitabı
"... Neçə evi işıqsız qoyan, neçə körpəni atasız, neçə bacını qardaşsız, neçə qadını ərsiz qoyan çox iyrənc bir oyundur. Bəli, bu bir oyundur və biz də bu oyunun qurbanlarıyıq..." @aksin_xeyal'dan oxuduğum ikinci kitabıdır. "Mənim erməni oğlum" kimi "Elianora" romanını da bəyəndim. Hər ikisi müharibə janrındadır. Müharibə, müharibədən sonrakı həyatlar, müharibənin qaranlıq üzləri, vurduğu zərərlər, bizdən aldıqları, itirdiklərimiz... Spoilersiz kitabın qısa məzmunu belədir: Laçın uğurunda gedən döyüşlərdə ayağından aldığı xəsarətdən dolayı Şahin xəstəxanaya yerləşdirilir. Çıxdıqdan sonra Şəhidlər xiyabanına ziyarət etmək istəyir, lakin yanında partlayan mərmi beyin silkələnməsinə səbəb olduğundan huşunu itirərək yıxılır. Yanından gəlib-keçən insanlar kömək əvəzinə "Buna bax e-e, cavan oğlandı nə qədər içibsə özünü idarə edə bilmir...", "Bunun tayları cəbhədə can qoyur...", "Utanıb, ölmür..." Və s. kimi tənə dolu sözlər yağdırırlar... Amma onlardan yalnız biri iki balaca hörüyü çiyinlərinə güclə çatan azca toppuş yanaqları, olan bir qız ona yardım göstərərək hospitala gətirir. Və bundan sonra onların arasında izaholunmaz bə'zi duyğular baş qaldırır və sevgi yaranır. Romanın da ən maraqlı hissələri bundan sonra başlayır. Mən oxumağı tövsiyə edirəm. İstəyən, mütləq ki, oxusun! Çox təşəkkür edirəm Akşin Xəyal
ElianoraAkşin Xəyal · Portuqa Nəşriyyatı · 20255 okunma
10/10
·336 syf.··
Beğendi
·
2026 5. kitabı
·
11 saatte okudu
·
Okunma: 08 Şubat 2026 03:25
Bu kitab beş ay boyunca əlimdə qaldı, amma oxumağa sözün həqiqi mənasında qıymırdım, çox sevilən və yaxşı əsər olduğunu eşitmişdim ona görə gözləyirdim ki bütün işlərimi bitirib , bütün diqqətimi təkcə kitaba ayırdığım vaxt oxuyum. Oxuyandan sonra isə öz-özümə verdiyim ilk sual bu oldu: mən nə oxudum? Hələ də düşünürəm. Hansısa bir kitabın mənə bu qədər dərin təsir edəcəyini heç gözləməzdim. Ən böyük fəxr hissi isə bu cür mükəmməl bir əsərin məhz bir azərbaycanlı qələmindən çıxmasıdır. Bu gün qürurla deyirəm ki, Rövşən Abdullaoğlu kimi yazıçımız var. Bu əsəri dəfələrlə oxuyacam . Xüsusilə sevindirici və qürurverici cəhət isə onun əsərlərinin təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də tərcümə olunaraq oxunmasıdır. Əsərə gəlincə, demək olar ki, ən xırda detallar belə oxucuya olduqca təsirli şəkildə çatdırılıb. Elə məqamlar var ki, onları ifadə etmək üçün sözlər kifayət etmir. Mənə qaranlıq qalan məqam Şərifənin adını nəyə görə dediyi oldu, onu aydınlaşdırsam yaxşı olar. Ümumən isə hadisələrin bir-biri ilə bağlılığı çox yaxşı idi. Əsərdə Sovet hakimiyyəti dövründə azərbaycanlıların sovet ideologiyasına necə sədaqətlə yanaşdıqları aydın şəkildə göstərilir. Xüsusilə Əhməd şah ilə Abdulla arasında olan dialoqda Abdullanın bu ideologiyanı müdafiə etməsi təsadüfi deyil. Çünki azərbaycanlı xalq tarixən sadiq xalq olub. SSRİ dövründə ermənilərə “qardaş” deyən də biz idik. Bunun əsas səbəbi isə beyinlərin yuyulması idi — adət-ənənəmiz, dilimiz, dinimiz belə nəzarət altında saxlanılırdı. Bəs ermənilər? Onlar heç vaxt bu yalana inanmadılar. 1920–1921-ci illərdə, 1945-ci ildə ərazi iddiaları, 1975-ci ildə terror qruplaşmaları, 1988-dən başlayan gizli mitinqlər, qışın sərt günlərində azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması — bütün bunlar SSRİ dağılmamışdan əvvəl
1K
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0204 okunma
Reklam
7/10
Roman Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, şərqşünas Teymur Feyruz oğlu Abbasovun əziz xatirəsinə həsr olunur. İnsanın "olum"-"ölüm" fəlsəfəsini başqa təfəkkür bucağına daşıdı şəhidlər... Biz onlara birmənalı yanaşmaqda hələ də acizik. "Bizdən biri" idilər, yoxsa "yüzdən biri"? Oxucular bu kitabda müəllifin fövqəlinsan axtarışına cavab tapdığını görəcəklər. Və anlayacaqlar ki, insan həyatın anlamını özündən ötədə Vətəndə axtaranda bəşərin fövqünə yüksəlirmiş.
Cənab LeytenantƏli Rzazadə · Mücrü Nəşriyyatı · 202411 okunma
10/10
·320 syf.··
2025 127. kitabı
·
12 günde okudu
·
Okunma: 13 Mart 2025 07:20
Hər sətrini heyranlıqla oxuduğum bir kitab… Ana dilimizin gözəlliklərindən ustalıqla istifadə edən şairin 10 poeması bu cildə daxil edilmişdir. 1) “Şəbi - hicran” - “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?” misralarının müəllifi Məhəmməd Füzuliyə həsr olunmuş bu epik- lirik poema onun öz müəlliminin qızını sevməsi, məhəbbətdə uduzub şairlikdə yüksəlməsi və Kərbəlada vəfatını təsvir edir. Nakam eşqin təsirindən Nizaminin ölməz “ Leyli və Məcnun” unu dönə- dönə oxuyan Füzuli hamının bu təsirli hekayəti anlaya bilməsi üçün onu yenidən Azərbaycan dilində yazır. 2) “ Gülüstan” - lirik poemadır. 1813- cü ildə Gülüstan kəndində bağlanan Rusiya- İran sazişinə əsasən iki yerə parçalanan vətənə həsr olunan bir ağıdır. Dayanıb Arazın bu tayında mən "Can qardaş" deyirəm, o da "can" deyir. Ey zaman, sorğuma cavab ver, nədən Səsim, yetən yerə əlim yetməyir... - deyə car çəkən Vahabzadə sərhədlərin önəmsiz olduğunu, ürəkləri birləşdirən körpünün hər şeyə rəğmən sarsılmaz olduğunu qeyd edir. Şəhriyarın yaralı misraları Vurğunun həsrət qoxan nəğmələri ilə birləşərək xalqın ruhunun dəmir çəpərlərlə bölünə bilməyəcəyini göstərir. 3) “ İstiqlal” - “ Gülüstan” poemasının davamı olaraq bir oxucunun istəyi üzərinə yazılan lirik poemadır. Bir vahid millətə, iki hakimin Dili doğmalaşdı...Bu lap ağ oldu. Doğma anamızın şəkərdən şirin Bizə öyrətdiyi dil yasaq oldu. - deyən ədibimiz öz yaradıcılığında çox mühüm bir yer tutan ana dili məsələsinə toxunur. Dövrdən ,zəmanədən etiraz motivlərinin yer aldığı əsərin sonunda B.Vahabzadə bir gün güneyli- quzeyli Azərbaycan xəritəsini görəcəyimizə dair ümidini ifadə edir. 4) “ Ağlar- güləyən” - Mirzə Ələkbər Sabirin həyatından bəhs edən poemadır. Dəmiri döydülər... Qışqırığından Qulaqlar tutuldu,
Seçilmiş Əsərləri 2.CildBahtiyar Vahapzade · Öndər Nəşriyyatı · 2004130 okunma
10/10
·136 syf.··
Beğendi
·
2025 2. kitabı
·
175 günde okudu
·
Okunma: 22 Ocak 2025 18:18
Və növbəti dəyəri hesaba gəlməz olan şəhid həyatını oxudum. Bütün pak şəhidlər kimi bu şəhidin həyatından düzgün şəkildə bəhrələnməklə uca məqamlara yüksəlmək olar ALLAHın iznilə. Həm hərbi sahədə,həm də mənəvi cəhətdən özü üzərində işləyən şəxsiyyətin həyat hekayəsindən bəhs edir. Oxuyanda bir növ insan motivasiya alır, işlərindəki ilahi uğur,Allaha sonsuz bağlılığı bu şəhidin səciyyəvi xüsusiyyətlərindəndir. Həmçinin bu əziz və dəyərli şəhidin məzarının olmaması mənə daha fərqli təsir bağışladı. Hər kəsin mütləqqq şəkildə oxumalı olduğu möhtəşəm bir kitabdır. Allah hər birimizin aqibətini şəhadətlə sonlandırsın inşəAllah
Şəhadət
Eşqin TəcəllasıNəsibə Əbdüləlizadə · 012 okunma
Biz gözəl günlərin həvəsindəyik...
10/10
·359 syf.··
Beğendi
·
2024 177. kitabı
·
7 günde okudu
·
Okunma: 14 Kasım 2024 22:11
Dedik, başımıza yağan daşların Çoxu təsadüfdür, azı – zərurət! Rəhman Babaxanlı 'lı ilə ilk tanışlığım...vəə çoxx təəssüf ki şair həyatını araşdırmağa başlayanda artıq aramızda yox idi.. Rəhman Babaxanlı ...1948ci ildə Ağdam rayonunda anadan olub, 12noyabr 2014cu ildə vəfat etmişdir... Dünyada hansı sözü desən Ayırmaq olar hecalara, Vətən kəlməsini yox. Dünyada hansı əşyanı desən, bölmək olar, atomu elektronlarından belə hər nəyi varsa, Vətən torpağını yox.... deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. Qarabağın ağır günlərində “Şuşaya ən çox gedib-gələn şair” (“Yol” qəz., № 14, fevral, “Xalq Ordusu”, №3, 25.02. 1992), Şuşanı son dəfə görən şairdir. Rəhman Babaxanlı yaradıcılığında əsaslı, aparıcı yer tutan, mövzu-mündəricəsini təşkil edən Vətən,Qarabağ, Şuşa mövzusu eyni zamanda ədibin möhürünə, onun ədəbi ünvanına, cevrilir.Şair öz yaradıcılığına Azərbaycan xalqının yeni əsr, yeni minillikdə başına açılan problemlərini də gətirib, Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini, xalqın taleyinə yazılan dərdləri əhatəliliklə işıqlandırıb. Birdən yadımızdan çıxar Qarabağ, Birdən yadımızdan çıxar məhəbbət. Birdən yadımızdan çıxar yaşamaq, Birdən yadımızdan çıxar şəhidlər... Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edən Rəhman Babaxanlı ...Sevgi hörmət və ehtiramla anırıq...(12.11.2024) Sizin də dediyiniz kimi "Ən böyük vətəndaşlıq səmimiyyətdir.. "
1000Kitap
Allahın Dünyaya Baxdığı Yerdən...Rəhman Babaxanlı · Bakı, Təhsil Nəşriyyatı · 20233 okunma
Reklam
Reklam