Sadəcə bir Şedevr...
9/10
·80 syf.··
2026 14. kitabı
·
7 saatte okudu
·
Okunma: 08 Haziran 2026 20:44
Azərbaycan ədəbiyyatında Tənqidi-realizm və romantizm dövrünün banilərindən hesab edilən Cəlil Məmmədquluzadə yalnız publisistik fəaliyyət göstərməmiş, ədəbiyyatımıza bir çox yeniliklər gətirmişdir. Belə ki sənətkar 1909-cü ildə tragikomediya janrının əsasını qoymuş, 1920-ci ildə başa çatdırdığı "Anamın kitabı" əsəri ilə ədəbiyyatımızın şedevrlarından birinin banisi olmuşdur. Tragikomediya janrının "Anamın kitabı" ilə bilinməsinin ən əsas səbəbi bu əsərin özündə millətçilik ideyasını, azərbaycançılığı tərənnüm etməsidir. "Anamın kitabı" sözün əsl mənası ilə cəmiyyətin əsas özəyi olan bir ailənin, bir cəmiyyətin, bir millətin tragikomediyasını göstərir. Övladların bir-birinə münasibətdə əks mövqelərdə duruşu sadəcə bir ana ilə qız övladını deyil, bir milləti də qaranlığa sövq edir. Əsərdə siz o doğmalığı sadəcə "cahil", "avam" adlandırılan çobanlardan Gülbahardan, Zəhrabəyim anadan hiss edə biləcəksiniz. Mənim üçün əsərin ən tragikomedi hissəsi, ən ağlamalı olduğumuz səhnəsi bir rus zabitinin belə 3 qardaşın öz ana dillərinə qarşı biganəliyinə, yadlığına hiss etdiyi o təəccüb hissi idi. Ən utanmalı olduğumuz bir səhnə ilə sənətkar bir şedevr yaradıb. Sənətkarın əsərləri o qədər dərindir ki, insan o millətçilik ideyalarını, azərbaycançılıq məfkurəsini anlamaya bilməz. Lakin vaxtikən o qədər anlaşılmayıb ki, bir çox şeyə nə qədər gecikdiyimizi dərk etmək də ayrı bir targikomediyadır. Qısacası, millətçilik ideyaları ilə zəngin bir əsər oxumaq istəyirsinizsə, ən gözəl seçimlərdən biri məhz "Anamın kitabı" əsəridir. Əsər mənim üçün 9/10.
Anamın KitabıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2025287 okunma
Puan vermedi·232 syf.··
2026 12. kitabı
Mirhicab Abdullayev - "Kənan və Aylin" Kitab çox sürətli oxunurdu, sanki yazıçı böyük bir hekayəni qısaldıb təqdim etmişdi bizə. Amma bu qədər qısa bir kitabda niyə bu qədər təkrar fikir var? Dəfələrlə eyni cümlələrin təkrarlanması süni şəkildə kitabın uzadılması deyil, bəs nədir? Tamam, kitab çox axıcı idi, amma niyə? Çünki hadisələr çox sürətli şəkildə baş verirdi. Yazıçı heç nəyi uzatmır, sanki kitab qısametrajlı film kimi kiçik-kiçik səhnələrdən ibarətdir. Hər səhnə bir-biri ilə bağlıdır, birini qaçırsan, hekayəni itirəcəksən. Obrazlara gah adları ilə, gah da "müəllim" deyə xitab edilməsi qəribə idi. Standart bir xitab tərzi seçilməli idi məncə. Bir obraz digər obraza bir səhifədə Kənan deyir, digər səhifədə Kənan müəllim deyir. Niyə? Əsas problemlərdən biri - təkrarçılıq. Birinci səhifədə oxuduğumuz bir şeyi növbəti səhifədə yenə oxuyuruq. Sizcə də bu yorucu deyil? Cümlələrin quruluşunda peşəkarlıq yoxdur, həvəskarcasına yazılmışdı sanki. Bədiilikdən söhbət belə gedə bilməzdi. Ard-arda gələn cümlələrin eyni sözlərlə bitməsi - vurulmuşdu, olmuşdu, yorulmuşdu, durmuşdu və s. hekayəni çox zəif göstərir. Kitabda çox gözəl fikirlər var idi, məntiqli və kamil düşüncələr. Və demək olar ki, bəzilərində yazıçı ilə həmfikir idim. Lakin üslub və tərz ədəbiyyatdan uzaq idi. Çünki yazıçı məişət, loru və ara söhbətləri ilə çatdırırdı bunları bizə. Deyilənlər ağıllı və mənalı olsa da belə, oxuduqca görürsən ki, cümlələrdə təbiilik əvəzinə sünilik üstünlük təşkil edir və bu da kitabın ciddiyyətini azaldır, səmimiyyətini itirir. O qədər loru dildə danışılır ki, sanki kitab oxumursan, məhəllədə kiminləsə qeybət edirsən. Amma yazıçının bir çox fikrini, təbliğ etmək istədiyini bəyəndim, fikirləri ilə həmfikirəm. Hər şeydən əlavə, mütaliə etmək mütləqdir ki, yazıçı da gəncləri
Kənan və AylinMirhicab Abdullayev · İmza Nəşrlər Evi · 20268 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·1439 syf.··
Beğendi
·
2026 12. kitabı
·
60 günde okudu
·
Okunma: 30 Mayıs 2026 00:35
“Səfillər” kitabını oxuduqca personajların yaşadığı hər şeyi hiss edirdim. Xüsusilə Fantineyə çox üzülmüşdüm. Onun o çarəsizliyi, qızı üçün hər şeyə dözməsi çox ağır idi. Jean Valjean isə kitab boyunca ən sevdiyim personaj oldu. Onun dəyişimi, hər şeyə baxmayaraq yaxşı insan olmağa çalışması və Cosette üçün etdikləri çox təsirli idi. Ən çox da onun heç vaxt tam rahatlıq tapa bilməməsi mənə təsir etdi. Sanki ömrü boyu sadəcə başqaları üçün yaşadı. Marius və Cosettenin sevgisi isə kitabın o ağır atmosferinin içində daha yumşaq hiss etdirirdi. Marius mənə oxuduğum qədərilə tam romantik kitab qəhrəmanı kimi gəldi.Kitabın sonu isə məni ən çox təsirləndirən hissə oldu. Jean Valjeanın sonda tək qalması, Cosettedən uzaq qalmaq məcburiyyətində olması çox pis idi. Amma son nəfəsində Cosette və Mariusu görməsi həm kədərli, həm də çox duyğusal səhnə idi. O hissələri oxuyanda doğrudan kövrəlmişdim. Səfillər mənə görə insanın dəyişə bilməsi, mərhəmət və sevgi haqqında yazılmış ən təsirli kitablardan biridir. Kitabı bitirsəm də, bəzi səhnələri və personajları uzun müddət unutmayacağımı düşünürəm. Sefiller Victor Hugo
1000Kitap
SefillerVictor Hugo · Oda Yayınları · 2011105,5bin okunma
Puan vermedi·84 syf.··
2026 20. kitabı
Elçin Asifoğlu - ‘Zülfiyyə’ 20 yaşında, həyat eşqi ilə dolub-daşan, ətrafına pozitivlik saçan Zülfiyyə dörd nəfərlik bir ailənin böyük övladıdır. Zahirən hər şeyi qaydasında görünən, maddi sıxıntısı olmayan bu xoşbəxt ailənin, əslində, böyük bir mənəvi boşluğu var. Çünki ailənin başında sevgisini, diqqətini, qayğısını paylaşmağı bacarmayan narsist bir ata dayanır. Övladlarını, həyat yoldaşını dinləməyən bu atanın yalnız öz qərarları, öz doğruları var. Maddi cəhətdən hər şeyi təmin etsə də, mənəvi tərəfdən ailəsini ac saxlayan bu adam, fərqində olmadan Zülfiyyəni uçuruma itələyir. Atası tərəfindən anlaşılmayan, fikirləri önəmsənməyən Zülfiyyə çıxış yolunu özbaşına qərarlar verməkdə tapır. Biz də kitabda məhz o düşünülməmiş qərarların nəticələrini, yəni Zülfiyyənin taleyini oxuyuruq. Gələk kitabın təhlilinə - hərf səhvləri. Düzdür, kimsə buna kiçik bir texniki xəta kimi baxa bilər, amma bəzi yerlərdə bu səhvlər cümlənin mənasını tamamilə dəyişirdi. Əlbəttə, böyük bir qəbahət deyil, amma oxunuşu daha axıcı etmək üçün bu detallara diqqət edilsəydi, çox daha yaxşı olardı. Təkrar fikirlər. Müəllif bəzən eyni düşüncəni fərqli cümlələrlə təkrar-təkrar oxucuya çatdırmağa çalışıb. Bir dəfə, iki dəfə olar, amma üçüncüdə istər-istəməz oxucu - "Bunu onsuz da demişdin, keçək növbəti səhnəyə" - deyə düşünür. Cümlələr fərqli olsa da, fikir eyni qalanda kitab bir az yerində sayırmış kimi təsir bağışlayır. Məncə, kitab bir az daha geniş yazıla bilərdi. Bəzi ağrılı, bəzi şok edici səhnələr çox sürətli keçir. Yazıçı bəzi hissələrdə o dərin hiss-həyəcanı oxucuya tam ötürə bilməyib. Hadisə, səhnə acı olsa da, obrazın reaksiyası sönük qalır. Çox yox, 2-3 cümlə daha artıq ola bilərdi. Xüsusən də sonluq daha təfərrüatlı yazılsaydı, təsir gücü qat-qat artardı deyə düşünürəm. Əlbəttə, yenə
1000Kitap
ZülfiyyəElçin Asifoğlu · Bakı Kitabçı Nəşriyyatı · 20267 okunma
Puan vermedi·224 syf.··
2025 49. kitabı
Pərviz Seyidli - ‘Məktublar arxasında’ Bu kitabı mənə 2025-ci ildə əziz dostum Tural hədiyyə etmişdi. Elə o vaxt oxuyub çox bəyənmişdim, hətta keçən il oxuduğum ən möhtəşəm 10 kitab arasında idi. Bu gözəl kitaba görə həm dostuma, həm də yazıçıya təşəkkür edib keçirəm təhlilə. Sakit həyat tərzi sürən və insanları sanki bir kitab kimi oxumağı bacardığını düşünən bir yazıçı təsəvvür edin. Günlərin bir günü qadın həbsxanasından bir məktub alır. Məktubu yazan qadın müəllifin sadiq bir oxuyucusu olduğunu, kitablarının ora qədər gedib çıxdığını və çox sevildiyini deyir. Bu sirli qadının kimliyi yazıçımıza o qədər maraqlı gəlir ki, onların məktublaşması aylarla davam edir. Nəhayət, həmin qadın əfvə düşüb azadlığa çıxır və birbaşa yazıçının ünvanına gəlir. Ondan çox ciddi bir məsələdə kömək istəyir. Bax, əsl hadisələr də məhz bu xahişdən sonra başlayır. Bundan sonrasını danışıb spoiler vermək istəmirəm, sadəcə oxuyun - deyirəm. İlk səhifələrdən kitab oxucunu ələ almağı bacarır. Yazıçının yerli ədəbiyyatımızda bəlkə də çox az rast gəldiyimiz o çox şirin və səmimi cümlə qurmaq bacarığını dərhal hiss etmək olur. Qurulan cümlələr oxucunu mövzuya daha çox bağlayır. Mən deyərdim ki, bu cür əsərlər oxucuda yerli ədəbiyyata qarşı böyük bir həvəs və maraq oyadır. Kaş ki, bu tərz kitablarımızın sayı çox olsun. Yazıçının söz bazasının genişliyi hər sətirdə özünü büruzə verir. Bəzi məqamlarda dayanıb öz-özümə deyirdim ki, "doğrudan da, bir fikir necə bu qədər səlis və gözəl ifadə oluna bilər?". İnsanı "bu cümləni necə düşünüb, necə qurub?" deyə düşündürən bir peşəkarlıq var ortada. Bu mədəni və səliqəli fikirləri oxuduqca adamın içindən "vau, yazıçı nə gözəl deyib" demək keçir. Hələ o möhtəşəm alıntılar, bənzətmələr, metaforalar - zövq ala-ala oxuyurdum. Bəzi cümlələri oxuyanda dayanıb
1000Kitap
Məktublar arxasındaPərviz Seyidli · Parlaq imzalar · 202288 okunma
9/10
·120 syf.··
Beğendi
·
2026 10. kitabı
·
24 saatte okudu
·
Okunma: 31 Mart 2026 20:00
Viktor Hüqo Bir idam məhkumunun son günü əsərinində ölümə aparılan bir insanın düşüncələrini o qədər təsirli şəkildə təsvir edib ki, sanki onunla birlikdə addım-addım sona doğru irəliləyirdim. Əvvəldə kürek məhkumluğu ilə müqayisədə idam məhkumluğunu daha “yaxşı” hesab etsə də, zaman keçdikcə və ölüm yaxınlaşdıqca bunun necə dəhşətli bir son olduğunu daha dərindən hiss etməyə başlayırdı. Əsərdə diqqətimi ən çox çəkən məqamlardan biri son ana qədər insanın içində ümidin yaşaması oldu. Həqiqətən də “ümid sonda ölür” deyirlər. Burada da o, edam olunacağı son saniyələrə qədər bağışlanacağına inanırdı. Amma sonluq qaçılmaz idi... Məni ən çox təsirləndirən səhnə isə,qızı ilə olan görüşü oldu. O an artıq söhbət bir məhkumun cəzasından getmirdi, bir atanın övladından ayrılmasından gedirdi. Qızının onu tanımaması isə sanki edamdan əvvəl yaşadığı ikinci bir itki idi. Yazıçı ölüm cəzasının nə qədər mərhəmətsiz və ağır olduğunu göstərmək üçün çox təsirli bir yol seçib: oxucunu məhkumun yerinə qoyur və empati qurmağa məcbur edir. Məncə, bu üsul əsərin təsir gücünü daha da artırır. Kitab haqqında deyilənlərin həqiqətən də boşuna olmadığını oxuduqdan sonra daha yaxşı anladım. Victor Hugo Bir İdam Mahkûmunun Son Günü
1000Kitap
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,8bin okunma