Səhnə
hardasan, de hardasan gozelim. playlistime atdigin mahnılari dinlememisdim. sen deme bugune nesib imis. men umumiyyetle bunlari senle bagli gundelik deye adlandiracamki qarışıqliq olmasin. son olaraq bugün bir sehneye sahid oldum. ve bu sehne menim qorxularimi uzume vurdu. sadece istemirem ele birsey olsun.
Maraqlı Dialoqdan Doğan Şeir...
Bir gün Mikayıl Müşfiqi Rəsul Rza evinə dəvət edir. Xeyli söhbətdən sonra süfrəyə yemək gətiriləndə Müşfiq gülümsəyərək: — Mən ömrümdə bu böyüklüyündə qutab görməmişəm, — dedi, — ac adam bunun ikisini güclə yeyər. Dostlar gülüşdülər. Rəsulun anası isə dedi: — Oğlum, bu, qutab deyil. Şirvanda hamı ona kətə deyər. Çox dadlıdır. İçərisinə ən ətirli göyərtilər, bir də turşu əvəzinə nardança qoymuşam. Nuşi-canlıqla yeyin. Müşfiq ilk dəfə eşitdiyi «kətə», «nardança» sözlərini ağızucu təkrar etdi. Nədənsə bir anlığa xəmir yayan Rəsulun anası ilə sac üzərində kətə bişirən qaynanasına baxdı və dərindən köks ötürdü. Bir papiros yandırıb, ürəyində həmişəlik qubar salmış bu sözləri pıçıldadı: — Görəsən, anam sağ olsaydı... Həmin axşam Müşfiq üzünü xatırlamadığı, sözünü, söhbətini yada sala bilmədiyi, 2 yaşında ikən itirdiyi anası Züleyxa haqqında şerini yazdı: Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən, Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var. Başqa aləm yaşamadım böylə gözəl biçimdə, Onu kimsə gözəlliyin cilvəsində yaratmış; Ana, ana... çiçəkli bir fidandır ki, içimdə Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. O fidanı bəzi vaqıt istiyorum çəkərək, Qoparayım ürəyimdən, fəqət onda varlığım Sızıldarkən, sanki bir səs qopub incə və titrək Bir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım! Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, Söylədiyin sözlər ki var beşiyinin üstündə
Şiir
Bir umiddir yaşamaq...
( Az əvvəl baxıb bitirdiyim serialın 3-cü sezonunun sonuncu bölümündən ən təsiredici səhnə. Əvvəlki 2 sezonun sonluğundan fərqli bir final oldu. ) #formemory 28.05.26 00²⁷
PREDESTİNATİON
Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir. İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək. Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu
Film
Dostoyevskinin Cinayət və Cəza romanında bir səhnə var, onu unutmaq mümkün deyil.Sonya romanda sərxoş kişinin qızı, vərəm xəstəsi olan ana və kiçik qardaşları olan, həyatın bütün ağırlığı üzərində bir obrazdır. Ailə səfalət içində, ata pulunu şəraba və şəkərə xərcləyirdi. Sonya özünü günahkar bilməsinə və özündən iyrənməsinə baxmayaraq kasıb ailəsinə baxmaq üçün əxlaqsızlıq edirdi. Atasının ölümü və anasının ağır xəstəliyindən sonra kiçik qardaşlarına tək baxan idi.. Raskolnikov Sonya ilə danışmağa gəldikdən sonra bir səhnədə, Sonya çəkdiyi əzabları Raskolnikova danışır, Raskolnikov gözü yaşlı Sonyanın üzünə baxıb və birdən cəld hərəkətlə diz çöküb ayaqlarından öpdü.. Solğun üzlü, ağrı içində olan Sonya ondan bu hərəkəti soruşdu : "Siz nə edirsiniz ? Nə üçün mənim kimi birinin qarşısında səcdə edirsiniz"- deyə mızıldandı.. Raskolnikov ayağa qalxdı, pəncərənin qarşısında dayanaraq : "Mən sənin önündə deyil, insanlığın çəkdiyi əzabların qarşısında baş əyirəm, Sonya"- deyə cavab verdi....