Şəymən Nəbiyeva

Şəymən Nəbiyeva
@shymnnbyv
İnsan
9/10
·132 syf.··
Beğendi
·
2025 1. kitabı
İt ürəyi Bulgakovun oxuduğum ikinci kitabıdır, bu adamın tərzini indidən çox sevdim. Dövrünün və Sovet sisteminin güclü tənqidçisidir və bunu da kinayəni, yumoru məharətlə istifadə edərək edir, romanlarındakı magik- realist ünsürlər məni məndən alır, mən bu tərz işləri sevirəm. Ölmüş bir insanın hipofiz vəzini bir itin beyninə yerləşdirsəniz nə olar? Filip Filipoviç Preobrajanski elə zənn edirdi ki, bu işin nəticəsində insanları gəncləşdirmənin yolunu tapacaq, amma təxmin edə biləcəyimiz kimi işlər planlaşdırdığı kimi getmir. Vəzin sahibi rəhmətlik, oğru, alkaş və sosializm tərəfdarı, həmin it isə aclıqdan, soyuqdan və pis rəftardan əziyyət çəkən küçə iti idi. Ən uzağı nə olar deyirsinizsə it ürəyinə sahib bir insandan, yaxud da insan ürəyinə sahib bir itdən nə zərər gələr deyə düşünürsünüzsə bir oxuyun, sonda özünüz qərar verərsiniz ki, hansıdır. Ən önəmlisi isə bu hadisələr XX əsrin 20ci illərində Sovet Rusiyasında baş verir və romanı yazan Mixail Bulgakovdur, bizə sadəcə oxumaq və düşünmək qalır. Son olaraq da onu deyim ki, bu kişi proletariyanı və onların hakimiyyətini heç sevmirdi, necə demişdi ? " İki Allaha ibadət mümkün deyil, eyni zamanda həm tramvay yollarını təmizləmək, həm də çirkli ispan uşaqlarının taleyini müəyyənləşdirəcən. Bunu heç kim edə bilməz, özü də avropalılardan iki əsr geridə olan və şalvarlarının düyməsini bağlaya bilməyən insanlar heç edə bilməz." Filip Filipoviç Preobrajanski, istər peşəsiylə, istər atasıyla, istərsə də düşüncələriylə müəllifin özüdür, həm də ziyalı və nəcib sinifdir, it də kimdir özünüz təxmin edin.
Köpek KalbiMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 201925,7bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
6/10
·296 syf.··
Beğendi
·
2024 28. kitabı
Odlu diyar 40- ci illərdə yazılmış, sovet təsirinin xeyli hiss edildiyi tarixi roman. 1187- ci il Şirvanşahlar dövlətində başlanan hekayədə saf və mərd Səlimin, Axsitanın qızı gözəllər gözəli Dilbərlə nağılvari eşqi, bol- bol saray intriqası, İraq Səlcuq sultanı III Toğrul, atabəy Qızıl Arslan və Axsitan arasında ədavət, qıpçaqların Bakıya hücumu əsas sujeti təşkil edir. Romanın pis obrazları, Toğrul, Qızıl Arslan və din adamlarıdır. Bunlar cidd-cəhdlə şaha qarşı durur, şahın Gürcüstanla yaxınlaşmasını istəmir, Qafqaz birliyinə maneə olmaq istəyirlər. Din adamları planları açılmasın deyə şair Səlimə oyun qururlar, məscid onların öz pis niyyətlərini həyata keçirmək üçün qərargah rolunu oynayır. Romanda heç bir qadın mənfi rolda təqdim edilmir, əksinə qıpçaqlara qarşı müqavimətdə kişilər qədər əllərini daşın altına qoyur, Dilbər qardaşı Mənüçöhrün yerinə keçib həll edici hücuma başçılıq edir, Odlar qızı qalanı müdafiə edir, vətəni üçün sevdiyini öldürür, Səlimin anası mərd kəndli qadın nümunəsindədir və s. Romanın sonu tamamlanmamış olsa da, süjet tamamilə yarım qalmır.
2024 Okuma Raporları
Odlu DiyarAnatoli Zöhrabbəyov · Qanun Nəşriyyatı · 20208 okunma
6/10
·222 syf.··
Beğendi
·
2024 16. kitabı
·
8 saatte okudu
·
Okunma: 23 Temmuz 2024 21:42
Müəllifin oxuduğum ikinci kitabıdır. Düzü bədii dəyərinin çox olduğunu düşünməsəm də, tərzi olduqca axıcı və oxunaqlıdır. Sona qədər oxuyucunun marağını özündə saxlasa da, yaratdığı suallara verdiyi cavablar olduqca absurd qalır, bu da tətmin etmir. Bu kitabı da oxuyandan sonra həm də müəllifin psixoloji problemləri olduğunu düşündüm, iki kitabda da (birincisi Küləyin Kölgəsi) hadisələr fərqli məkan və şəxslərlə cərəyan etsə də, müəllif romanı eyni tərzdə qurur, bu tərz isə dəhşət, qan, intriqa, parçalanmış, təhrif olunmuş vücudlarla bağlıdır. Bir də iki romanda da gənc bir oğlan olur və başqa bir ailəyə rəğbət bəsləyərək, onlardan olmağa çalışır və evin qızına heyranlıq bəsləyir, bu təkrarçılıq xoşuma gəlmədi. Bu qədər tənqid etsəm də, sırf yaratdığı maraq duyğusuna görə oxumağa dəyər.
2024 Okuma Raporları
MarinaCarlos Ruiz Zafon · Köhlən Nəşriyyatı · 2021239 okunma
8/10
·595 syf.··
2023 9. kitabı
·
5 günde okudu
·
Okunma: 15 Şubat 2023 13:08
Stefan Zveig - Mariya Antuanet Avstriyalı yazarın bir vaxtlar Avstriya şahzadəsi, sonra Fransa kraliçası olan Mariya Antuanet haqqında yazdığı bioqrafik əsərdir. Stefan bu kitabda Mariya Antuaneti bir şahzadə, bir kraliça olmaqla yanaşı adi, sıradan bir qadın olaraq təqdim edir. Bu qadının daha aydın təsviri üçün türk dilindəki "vasat" sözünü istifadə eləmək lazımdır. Məhz bu sözün istifadəsindən sonra yazarın nə demək istədiyi kitabda nəyi göstərmək istədiyi ortaya çıxır. Kitab Mariya Antuanetin şahzadəlik dövründən başlayır , sonra Avstriya imparotriçası Mariya Terezanın kiçik qızının necə və hansı məqsədlərlə Fransa vəliəhdi, gələcək kral XVI Lüdoviq ilə evlənməsini, evlilik dövrünü, kraliçanın dəbdəbəli həyatını, Rokoko dövrünə yaraşacaq həyat tərzini, Fransada böyüməkdə olan etirazları, bu etirazların necə inqilaba çevrilməsini, inqilabın krallıq rejimini dağıtmasını, gilyotinə gedən yolda Kraliçanın mənəvi , daxili inkişafını, kraliçanın böyük və tək eşqini, sonrakı peşmançılıqların fayda vermədiyini, inqilabın təzadlarını, daxili çürüklərini olduqca oxunaqlı dillə bizə göstərir. Bu kitabla biz qəddar, amansız, Fransanın məhvini gətirən, aclıqdan ölən kəndlilərə "çörək tapmırlarsa tort yesin" deyəcək amansızlıqsa bir kraliça ilə rastlaşmırıq, az qalsın bu kraliçanın qurbana çevrilməsini, adi keyfiyyətdə birindən necə kabus obrazı yaratdıqlarını görürük.
Düşünce
Marie AntoinetteStefan Zweig · Can Yayınları · 20171,208 okunma
7/10
·224 syf.··
2021 15. kitabı
·
9 günde okudu
·
Okunma: 06 Mayıs 2021 23:37
Bu kitab Sigmund Freudun ölümündən əvvəl yazdığı sonuncu kitabıdır, kitabı Hitlerin yəhudilərə qan uddurduğu bir dövrdə yazmış, lakin nəşr etdirməkdə tərəddülərlə qarşılaşmışdır, bunu əsas olaraq xarici təhdidlər və özünün də bildirdiyi kimi yəhudilərə bir zərbəni də özünün vurmaq istəməməsi ilə əlaqələndirmək olar , bu sadalanlara onun yaşının çox olmasını da artırmaq olar. Kitab 3 hissədən , daha doğrusu 3 məqalədən ibarətdir. İlk iki məqaləni Avstriyada çap etdirmiş , üçüncüdə bir xeyli tərəddüd də qalmışdır . O Avstriyanın işğalından sonra buranı tərk edərək, Ingiltərəyə yerləşmişdir. İngiltərə də ki rahatlıqla yenidən yazmağa qərar vermişdir . Üçüncü hissəni əvvəl çap etdirmək niyyəti olmadan sadəcə yazmış , sonradan fikrini dəyişmişdir . Birinci hissədə yəhudiliyin böyük peyğəmbərinin misirli olduğunu iddia etmiş, bu mülahizəsini bir sıra müddəalarla əsaslandırmağa çalışmışdır. İkinci hissədə, artıq Musanın misirli olaraq götürüb, fikrinin üzərində işləmiş, tarixi , dini və sosial amillərlə özünü sübut etməyə çalışmışdır. Bunlardan fərqli olaraq üçüncü hissə daha geniş və müxtəlif sahələrə toxunmuşdur. Sonuncu hissə ilk hissələrin təkrarıyla başlamış , psixoanalitik analizlərlə təktanrılığın səbəblərini, insanların dinə, əsasən də tək allaha meyillənməsinin kökləri verilmişdir. Bütün bunlar təbii ki, tarixin köməyi olmadan olmazdı. Kitabda, ən çox da sonuncu hissə də "Totem və Tabu"nun izləri çoxdur, bunu müəllifin özü də tez-tez qeyd edir. Onu da qeyd etməliyəm ki , kitab nə qədər axıcı, üfüq genişləndirici və real analizlərlə zəngin olsa da, deyilənləri sübut edəcək təməli bəzi yerlərdə zəif qalır, bu əsasən də tarixi hissələrdə çox nəzərə çarpır
Düşünce
Musa və TəkallahlılıqSigmund Freud · Qanun Nəşriyyatı · 2016819 okunma