simuabd

Puan vermedi·224 syf.·
2026 7. kitabı
Əsər həyatından məmnun olmayan gənc bir qızın gələcəyini dəyişmək üçün sehrli bir aləmə getməsindən bəhs edir. Hekayədə qızın tez-tez fikir dəyişdiyini və gələcəkdə əslində nə istədiyini bilmədiyini görürük. Hekayə boyu o, fərqli insanlarla tanış olur bəzilərinin zəngin olmasına baxmayaraq, nə üçün özlərini bədbəxt hiss etdiklərini və həyatlarını dəyişmək istədiklərini anlamır. Hekayənin sonunda isə o, sadəcə bir şey istəyir “sevilmək”. Əsər bizə həyatda bir insan olaraq ən çox ehtiyacımız olan duyğunun sevilmək olduğunu göstərir. Zəngin olmağın, yaxşı bir işə və ya yaxşı bir təhsilə sahib olmağın həqiqi xoşbəxtlik gətirmədiyini hər bir insanın xoşbəxt olub həyata davam etməsi üçün onu sevən insanlara sahib olmasının vacib olduğunu xatırladır.
Yağmur Mevsimi PazarıYou Yeong-Gwang · Epsilon Yayınları · 2025220 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
9/10
·208 syf.·
Beğendi
·
2026 6. kitabı
Doğan hocanın yenə öz elmi ilə hər şeyi çox gözəl izah etdiyi bir kitabdır. Kitab həm çox axıcı, həm də faydalıdır. Burada sadəcə hocanın öz fikirləri deyil, eyni zamanda oxucuların paylaşdığı real həyat hekayələrindən nümunələr də yer alır. Kitabda uğurlu-uğursuz, fərqli evliliklərin hər bir formasına toxunulub. Bu kitabı oxumaq üçün evlilik yolunda olub-olmamanız əhəmiyyət kəsb etmir, hətta bu yolda olmayan hər kəsin də oxumasında fayda var. Kitab insanın özünə dönüb, özünü analiz etməsinə səbəb olur. Bundan əlavə, xüsusilə də yeni evlənmiş insanların mütləq oxuyub faydalanmalı olduğunu düşünürəm.
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Kronik Kitap · 20217,5bin okunma
7/10
·72 syf.·
Beğendi
·
2025 21. kitabı
Sonuncu dəfə nə zaman bir kitab oxuyanda duyğulanmışdım, xatırlamıram, bəlkə də bu ilk dəfə idi. Kitab bir qızın öz atası ilə bağlı yazdığı əsərdir. Əsərin sonları insanın hər zaman qaçındığı ölümü və ata itkisini düşünməyə sürükləyir. Əsərdə qızla atanın nə qədər fərqli olduğunu hiss edirsən, amma dilə gətirilməyən bir sevginin olduğunu da bilirsən. Əsər insana ailə bağlarını, öz köklərini xatırladır. Yazar bəlkə də heç vaxt dilə gətirmədiyi hisslərini yazarkən yaşayıb…
Edebiyat
Babamın YeriAnnie Ernaux · Can Yayınları · 20223,922 okunma
3/10
·88 syf.·
2025 19. kitabı
Klassik əsərləri oxumaqda çətinlik çəkən biri olsam da, bu il klassik əsərlərə bir şans vermək istədim. Oxuyub bəyəndiklərim oldu, sıxılaraq oxuduqlarım da oldu. Bu kitab isə bu ilin mənim üçün ən sıxıcı kitabı ola bilər. Bu qədər incə bir kitabı bir aya güclə bitirdim. Kitabın yarısı balığı tutma cəhdlərindən bəhs edir. Yaşlı adama bəzən üzülürsən, amma hekayə çox dərin bir iz buraxmır deyə düşünürəm.
Yaşlı Adam ve DenizErnest Hemingway · Bilgi Yayınları · 202541,1bin okunma
9/10
·248 syf.·
Beğendi
·
2025 20. kitabı
Yenə Qəzali, yenə bir inci. Hər bir müsəlmanın ölmədən öncə oxumalı olduğu bir risalədir. Kitabı oxuduqca insan özünü sorğulamağa başlayır. “Bunda nə var ki?” deyə düşündüyümüz şeylərin əslində heç də elə sadə olmadığını, səhabələrin bu məsələlərdə necə incəliklərə diqqət etdiyini görürsən. Dilin nə qədər böyük bir bəla olduğu çox gözəl şəkildə izah edilib
Dilin Afetleriİmam Gazali · Çelik Yayınevi · 201617,1bin okunma