Xəyal Hüseynov

Xəyal Hüseynov
@slendermadius
poeticrizzler.
Yazar.
UNEC, BBU
Bakı
6 Haziran 1999
19 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Pencerenin kenarına oturmuş, dışarda var olan evrensel hayat denen hiçliği izliyorum. Başım ve bütün evren ağrıyor.
Etimoloji Defteri
Mücellit Nedir ?
Bütün həyata qarşı bir ürəkbulanması ilə oyandım. Yaşamağa məcbur olmağın dəhşəti yataqdan mənimlə birlikdə qalxdı.
Hiss edilən hər şeyə cümlə qurmaq olmur.
Qocalıq, bəlkə elə zamanın donmasıdır.
Puan vermedi·126 syf.··
2022 3. kitabı
·
26 saatte okudu
·
Okunma: 24 Şubat 2022 23:39
Gənc Werther'in acıları. Sevgi bir insanın həyatını nə qədər qaranlığa qərq edə bilər? Xüsusilə imkansız bir sevgi. Əzab çəkməyin bir limiti varmıdır? Ya bu əzabın sonunda hissizləşirsən ya da bariz son. Kitab bir hekayə, daha çox bir məktublar toplusu olsa da oxuduqca insana şeir oxumağın hissiyatını yaşadır. Bəzi cümlələr o qədər dərin, bəzi təsvirlər o qədər zərifdir ki, sadəcə bunlara belə ağlamaq olardı. Hekayə əslində sadədir, bəlkə 18-ci əsrə görə şablon sayılmaz. Hekayəni dəyərli edən onun yazılma tərzidir. Əsasən də sonlara doğru gəncin çəkdiyi acıları o qədər dərindən hiss etməyə başlayırdım ki. Spoilerli qismə gəlsək Digər formada ölən insanlardan daha çox hər zaman intihar edən insanların ölümü ilə daha çox empatiya qura bilmişəm, bir tərəfim hər zaman belə bir şeyə meyl etdiyi üçün. Werther üçün intihar qaçınılmaz idi, özünü içinə atdığı bu çıxılmaz vəziyyət ona sonsuzadək əzab verəcəkdi yoxsa. Və bəzən əzabın sonu olmur, artır, artır və hardasa dayanacağını zənn edirik amma artır, artmağa davam edir. Belə bir vəziyyətdə intihar edən birini qınayan şəxslər sadəcə anlamırlar, anlayacaqlarını da düşünmürəm. Werther əvvəl gözəlliklər və Tanrını gördüyü yerlərdə sonda kədər və əzab görməyə başlamışdı. Bu səbəbdən gerçəkləşə bilməyən bir sevgini bir xəstəliyə bənzədirəm mən, hətta simptomları çox bariz bir xəstəliyə. Ayrılıq yaşamış ya da imkansız bir sevgiyə tutulmuş hər şəxs Wertherlə az da olsa empatiya quracaq, onun cümlələrində, yaşamında və bəlkə bir az da ölümündə özünü tapacaq. Deyəsən depressiyaya düşdüm :| İndi də "Gənc Slender'in acıları" adlı kitab yazmağım gəldi lap
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,1bin okunma