9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,448 okunma
9/10
·188 syf.··
Beğendi
·
2026 8. kitabı
·
17 günde okudu
·
Okunma: 16 Mayıs 2026 12:10
Qriqoriy Petrovun -Ağ zanbaqlar ölkəsi romanını oxuyub bitirdim. Əsər Finlandiyanın Rusiya ilə birləşdirilməsindən sonra keçdiyi inkişaf yolundan bəhs edir. Kitabda Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını ağır durumdan çıxarması yolunda apardığı mübarizəsi ətraflı əks olunur. Daş-qayadan ibarət bərəkətsiz torpaqlar, yoxsul və savadsız insanlar, sürətlə pozulan, dağılan əxlaq, ailə və cəmiyyət dəyərləri, geridə qalmış sənaye və öz ölkəsini, cəmiyyətini, insanlarını xoşbəxt, mədəni və inkişaf etmiş bir gələcəyə daşımaq naminə mübarizə aparan aydınlar-fədailər... Əsərin əsas obrazı, qəhrəmanı kimi gördüyümüz Snelman "Xalqın müəllimi" tituluna layiq görülür və bu gün dünyanın ən inkişaf etmiş, ən mədəni ölkələrindən biri halına gəlmiş Finlandiya modelinin qurucusu hesab olunur. Snelman bir neçə ziyalı ilə başladığı işlərə, çıxdığı yola onlarca, yüzlərlə tərəfdaş, aydın-ziyalı yığa-yığa bütün ölkə ərazisində sayı cəmi iki milyon olan fin cəmiyyətində maarifləndirici çıxışlar, tədbirlər, söhbətlər hesabına insanlara təsir etməyə, cəmiyyətin hər təbəqəsindən olan insanların aydınlanmasına can atan bir obrazdır. Snelman belə düşünür ki, xalqın və cəmiyyətin rifahı ilk öncə təhsilli və vicdanlı müəllimlərdən asılıdır. Onlara siz bu cəmiyyətin, gəncliyin və gələcəyin qurucularısız deyə müraciət edir və əlavə edir ki, mənə özünü həqiqətən müəllim kimi hiss edən, çıxdığımız bu aydın yolda nəyin bahasına olur-olsun, öz əqidəsindən dönməyəcək olanlar lazımdır. Əgər aranızda kimsə özünü müəllim kimi hiss etmirsə, başqa sənətlərə, peşələrə yönəlsin, harda cəmiyyətə fayda verə biləcəyini düşünürsə, o istiqamətdə çalışsın. "Xalqı unutmayın. Siz onların içindən çıxmısınız. Savadsız, yoxsul və cahil xalqdan qaçırsınız? Özünüzü onlardan üstün görürsünüz? Bəs bu xalqın
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Xan Nəşriyyatı · 2016124,9bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
6/10
·448 syf.··
2026 60. kitabı
·
23 saatte okudu
·
Okunma: 03 Mayıs 2026 19:01
Həmişə beləyəm; bir kitaba başladımmı, sevsəm də, sevməsəm də o son sətirə qədər oxuyuram. Sanki kitabı yarımçıq qoysam, içindəki hekayəyə haqsızlıq edəcəmmiş kimi hiss edirəm. Həmişə bir şans verirəm ki, bəlkə sonda fikrim dəyişər, bəlkə müəllif məni şoka salar... Bax, bu kitab da mənim üçün tam olaraq onlardan biri oldu. Düzünü desəm, Booktoker-lərin o qədər təriflədiyi, göylərə qaldırdığı "güclü qadın" obrazını mən bu kitabda görə bilmədim. Sona doğru əlinə silah alıb cəsarət göstərmək bir qadını güclü edirmi? Məncə, yox. Məntiq xətaları isə adamın gözünə girirdi. Bir qadın təsəvvür edin, iki nəfəri öldürür (sanır) və əlində öz pasportu ilə hava limanına gedib 4 saat gözləyir. Onu hər yerdə onu axtardıqları halda, o, heç bir maneə olmadan təyyarəyə minib ölkədən qaçır. Üstəlik, Amerikaya çatan kimi heç bir təhsili və sənədi olmadan iki günə iş tapır... Bu qədər rahat qaça bilirdisə, niyə cinayət törətməmişdən əvvəl uşağını da götürüb getmirdi? Axı ərinin ona bağlı olduğunu və senedlərin onda olduğunu bilirdi. Türkiyədə o boyda imkanın içində tapılmayan xəstəlik diaqnozu, Amerikaya çatan kimi bir günə necə tapıla bilər? Hər şey o qədər sürətlə irəliləyir ki, insan hekayənin içinə girməyə çətinlik çəkir. Müəllif bizə güclü bir qadın obrazı təqdim etmək istəyib, amma mən orada güclü qadından çox, hələ də böyüməmiş bir uşaq gördüm. Axı bizi boyudan ildən-ilə artan yaşımız deyil, yaşadıqlarımızdır. Hər şey o qədər sürətli və nağılvari idi ki, insan "axı bu necə ola bilər?" deməkdən özünü saxlaya bilmir. Heç o ana-qız münasibəti də mənə keçmədi. Qızının xəstəliyi hər bölümdə vurğulansa da, mən o ana-bala arasındakı lazımi duyğunu hiss edə bilmədim. Qadının fikri-zikri ancaq Alex-dədir. Arada bir qızından iki kəlmə söz açır, sonra yenə sətirlərlə Alex haqqında
DevinCan Dikmenli · Dokuz Yayınları · 2022443 okunma
Sonu fikirlərimi bir az qarışdırdı.
Puan vermedi·154 syf.··
2025 22. kitabı
·
11 günde okudu
·
Okunma: 15 Kasım 2025 08:12
Ikinci hissəni də bitirdim. Ardı idi, harda qalmışdısa ordan da davam elədi.... Bu dəfə eyni qəhrəmanla yox, fərqli -fərqli həyatların etdiyi eyni səhv ilə-- eyni səhv ucbatından qurbana çevrilmiş insanlar ilə... . "Birinci hissə yoxsa, ikinci hissə səni cəlb etdi" - deyə soruşası olsanız yəqin ki, bu suala cavab tapa bilmərəm. Birinci hissədə hər iki hissi-- sevginin doğuşu ilə batmasını dərinlərdə yaşayanda , ikinci hissədə keçmişə səyahətə çıxıb bugünə işıq tutrsan. Özü də necə işıq?! Üzərinə düşdüyü insanı məhvə aparan, vicdanını oyadan qanlı bir işıq...... . Son səhifələri məni daha da təəccübləndirdi.... . İkinci hissədə dırnaq arası qəhrəman elə Nigarın özü idi...... Daha doğrusu Nigarın səbirsizliyi.... . Bütün bunları fikirləşəndə əsərin gedişatını fərqli canlandırıb , bir xoşbəxt ailə portiretini yaradan zehnimə mane ola bilmədim.... . Amma bunu da dərk etmək lazımdır ki, o son bu əsəri tamam dəyişməklə qalmayıb , həyatın daim güllü -çiçəkli davam edəcəyinə bizi inandıran yalandan yazılmış cızma -qara olacaqdı..... . Bu əsər isə bir cızma-qara yox, bugünün görünməyən keçmişi idi....... . Oxuyanlara xoş mütaliələr... .
1000Kitap
Mənim Qəhrəmanım Olarsan?! 2Ehtiram Babaşov · Əlfəcin Nəşriyyatı · 202524 okunma
5/10
·417 syf.··
2025 23. kitabı
Pip səni sevə bilmədim çox təəssüf. Detektiv hekayələri sevirəm amma hər dəfə sənin nəyisə ortaya çıxardığını görəndən sonra məktəbə gedib dərs oxumağının lazım olduğunu görəndə işin bütün marağı itirdi mənim üçün. Hələ müəllimi şantaj etməyin, ondan məlumat almaq üçün özünü hamıdan üstün tutmağın, vaxtın hamının vaxtından daha dəyərlidir sənin çünki. Sənə ən yaxşı münasibəti elə Nat göstərirdi. Səni bu balaca qəsəbənin ədalət qoruyucusu kim təyin etdi? Bu hekayə isə Pipin dostu Connorun qardaşı Jamesin itməsi və Pipin onun harda olmasını axtarması haqqındadır. Connor, James və Ravi hekayəni maraqlı edirdi amma kitabda olan cliche-lər adamı çox yorurdu. Bəlkə də öncədən çox qərəzli yanaşmışam deyə fikrimi dəyişdirə bilmədim Pip haqqında. Düşünürəm yeniyətmələr üçün daha maraqlı kitab olardı. Baş qəhrəmanın onlardan biri olmasını görmək.
Good Girl, Bad BloodHolly Jackson · Electric Monkey · 20201,755 okunma
7/10
·328 syf.··
2025 8. kitabı
Bir sosyal medya fenomeni ve bir çiftçi çocuğun sevimli aşkı… şak şak şakkkk!!! Öncelikle bu bir seriymiş ve ben bilmeden ikinci kitabıyla başladım. Birinci kitabını alacağım çünkü Stella ve Luka’ nın aşklarını merak ediyorum. Her neyse… eleştirimize geri dönelim. Evie ve Beckett’ın yolları aşk ışığı çiftliğinde kesişir. Evie ünlü bir sosyal medya fenomenidir. Aşk ışığı çiftliğini yöneten Stella’nın ricası üzerine çiftliği incelemeye gelir. Tam bu sırada dinlenmek üzere olduğu barda Beckett ile karşılaşır.Beckett ise aşk ışığı Çiftliği’ni Stella ile yöneten diğer patrondur. Sessiz sakin, içe kapanık yapısıyla iletişime geçmeyen sadece kendi işlerini yapan bir adamdır. Evie ise onun aksine neşeli güleç herkes tarafından sevilen bir kızdır. Evie ani bir kararla huzuru bulmak için aşk ışığı çiftliğine geri dönüş yapar. Beckett ise bizim kızı unutamamış ve onu karşısında görünce şaşkına dönmüştür. Bundan sonrası çok fazla spoiler olur o yüzden okuyup kendinizin keşfetmesi gerekiyor. Eleştiriye gelecek olursam ben bundan birkaç gün önce Pumpkin Spice Kafe’yi okumuştum. Ve bazı olayları, başrol kızımızın hareketlerini ve başrol erkeğimizin hareketlerini, olayların akışını çok fazla benzettim. Yani bana soracak olursanız şu an yabani otların arasında okuyorsanız diğerini almanıza gerek yok. Çünkü çok fazla benzerlik var. Tamam kitaplar birbirine benzer ama bu kadar da değil. Birbirlerinden kopyala yapıştır yaptılar büyük ihtimalle… Neyse gelecek olursak ilk 150 sayfaya kadar çok sıkıldım ama 150 sayfadan sonra çok güzel bir şekilde devam etti. Beni içine zamanla çekti ama benim için wow diyebileceğim bir kitap değil. Çerezlik bir kitaptı. Çevirisi de gayet güzeldi ve memnundum. Çok merak ettiğim için ilk serisini alacağım. Okumak isterseniz keyifle okuyabilirsiniz
1000Kitap
Yabani Otların ArasındaB. K. Borison · Yabancı · 202560 okunma