Heç bilmirəm mən səni haçan, harda itirdim? Yağış yudu, yoxsa ki, külək apardı səni? Bu sevgi nağılını mən bir yolluq bitirdim, Axtarmıram-axtarsam, yəqin, tapardım səni. Dünyada bircə qorxum səni itirmək idi. Sən yoxsan-bu dünyada daha mənə qorxu yox. Amma sənsiz elə bil hər şey şikəstdi indi...
Heç bilmirəm mən səni haçan, harda itirdim? Yağış yudu, yoxsa ki, külək apardı səni? Bu sevgi nağılını mən biryolluq bitirdim, Axtarmıram - axtarsam, yəqin tapardım səni.
Sayfa 80·Kitabı okudu
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Deyəsən, ömrümün payız fəslidir, Yatıram, yastığa saçım tökülür. Başımı yanında dik tutsam da mən, Səndən ayrılanda belim bükülür. Hamıdan gizlədib gözümün yaşın, Axdıqca qəlbimə, sutək içirəm. Bir vaxt sən atdığın o səhv addımın, İndi, addım-addım üstdən keçirəm. Bütün sevgilərdən uzaq düşmüşəm, Sevən bir qadıntək qucaqla məni. Axı, səndən yaxşı kim ağlayar ki, Sevdiyim gözlərlə sən ağla, məni Gözləyə bilmədim ayaqlarımı, Yanına gəlməyə ürək tələsdi. Mənim bu dünyada yaşamağıma, Səndən bir xatirə şəkil də bəsdi. Saçlarım rəngini dəyişəcəkdir, Baş alıb gedəcəm, bir son yağışla. Mən harda itirdim səni, bilmirəm, Amma, unutmadım, məni bağışla.
Şeir
Harda unutdum..
Bəlkə yollar oldu məni çaşdıran? Qatar oğurladı itən sevgimi, Tələsik düşəndə kupedə qoydum Oxunub qurtarmış bir kitab kimi? Mən səni görəsən harda unutdum? Yağışda itirdim, qarda unutdum? Nəsə. Həyatdı da... mən bu yaşıma Nələrdən, kimlərdən doyub gəlmişəm. Təkcə səni deyil, mən özümü də Sənli günlərimdə qoyub gəlmişəm...
Sayfa 51
Edebiyat
Heç bilmirəm mən səni haçan, harda itirdim? Yağı yudu, yoxsa ki, külək apardı səni? Bu sevgi nağılını mən biryolluq bitirdim, Axtarmiram- axtarsam, yəqin tapardım səni. Dünyada bircə qorxum səni itirmək idi, Sən yoxsan - bu dünyada daha mənə qorxu yox. Amma sənsiz elə bil hər şey şikəstdi indi; Saatımın əqrəbi, çaynikimin qulpu yox.
Sayfa 80·Kitabı okudu
Şiir
Bilmirəm mən səni haçan, harda itirdim? Yağış yudu, yoxsa ki, külək apardı səni? Bu sevgi nağılını mən biryolluq bitirdim, Axtarmıram – axtarsam, yəqin, tapardım səni. Dünyada bircə qorxum səni itirmək idi, Sən yoxsan – bu dünyada daha mənə qorxu yox. Amma sənsiz elə bil hər şey şikəstdi indi; Saatımın əqrəbi, çaynikimin qulpu yox. Yel vurduqca yellənir pencəyimin ətəyi, Pencəyimin sonuncu düyməsitək qopmusan. Barı çoxdan sovulmuş ağacın üsündəki Ən sonuncu, ən şirin meyvəsitək qopmusan. – Dərdlilər öz dərdini suya deyər, – deyiblər. Yaxşı ki, su da gəldi, dərdimdən azad oldum. – Armudun yaxşısnı ayı yeyər, – deyiblər.