Son dəfə
səni qucağlaya bilsəm yada quc(unda)ağlaya bilsəm yadaki balkonda iki çay içə bilsəm vəya birlikde film izləsək bəlkə oturub ada ilə oynasaq yoxsa marketləri gəzib cürbəcür hekayələr danışsaq kaș Yenidən gecə işıqlarında səninlə görüşsək bunlar olmasa belə bir ehtimal səninlə sadəcə yanbayan dənizin qırağında oturub ləpələrin səsi ilə dalğalanan saçlarınla oynasam... i totally miss you, gözəl insan. come back home, ASAP!🏡
Könlün həsrət dəmləri...
Cibimdə son iki manatım qalmışdı. Dərsə gəlib heç olmasa bir saat onu görməyimin əvəzində sabah işdən piyada qayıtmalı olacaqdım. Öz-özümə pıçıldadım: “Hər şeyin bir bədəli var. Gözəl hisslər yaşamaq istəyirsənsə, o bədəli ödəməlisən.” Və tərəddüdsüz dərsə getdim. Şair demişkən, “ay üzü aydan işıqlım” məndən əvvəl gəlmişdi. Yenə gülümsəyirdi. Elə bir gülüş idi ki, adamın bütün yorğunluğunu əlindən alırdı. Amma bu dəfə də mənim tərəfə baxmırdı. Sanki baxsa, nəsə dəyişəcəkdi… Bütün aləm mənim ona olan sevgimi duyurdu, divarlar, pəncərələr, hətta səssiz skamyalar belə. O isə ya bunu anlamırdı, ya da anlamazlıqdan gəlirdi. Dərs boyu müəllimin səsi uzaqdan gələn külək kimi idi. Mən isə öz aləmimdə idim: bir baxışın ehtimalında, təsadüfi bir anın ümidi ilə ona baxırdım. Elə bilirdim, birdən dönüb baxacaq və bütün bu səssiz etiraflar gözlərimdən onun qəlbinə axacaq. Dərs bitəndə hamı tələsik qalxdı. O da ayağa durdu, çantasını yığdı. Bir anlıq yollarımız kəsişdi. Göz-gözə gəldik. Cəmi bir neçə saniyə. Amma mənim üçün bir ömür qədər uzun idi o an. Gülümsədi. Sadə, sakit, amma içimi dağıdan bir gülüşlə. Bəlkə də hələ anlamırdı. Bəlkə də bu sevgi tələsməyi sevmirdi. Mən sabah piyada qayıdacaqdım, yorğun, amma könlü xoş. Çünki sevgi qarşılıq görməsə belə insanı yüngülləşdirən yeganə yükdür...
Duygu ve Düşünce
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
ÇİN NELERİ TERKETTİ
1. Çin, GPS'i terk etti. BeiDou navigasyon sistemi artık santimetre düzeyinde hassasiyet sunuyor ve dünya çapında 100 milyondan fazla kullanıcısı var. Orta Doğulu petrol magnatları bile GPS'i terk edip BeiDou'ya geçiyor. İnanabiliyor musunuz? Amerika'nın dünyayı gören gözü kör oldu. 2. Çin, Boeing'i terk etti. C919, şimdiden 1.200'ün üzerinde sipariş aldı ve tek bir yılda Boeing'in değerinden 80 milyar dolar sildi. Eskiden "yapmaktansa satın almak daha iyidir" denirdi, ancak durum tersine döndü — artık Çin uçaklarını satın almak daha akıllıca bir seçim gibi görünüyor. Boeing tamamen hazırlıksız yakalandı 3. Çin, Amerikan çiplerini terk etti. Yangtze Memory’nin katı hal sürücüleri, uluslararası fiyatları yarı yarıya düşürdü. Kirin çiplerinin geri dönüşünün ardından Qualcomm paniğe kapıldı ve fiyatları bir gecede %30 düşürdü. Bir zamanlar Çin’i boğmak için kullandıkları şey, Çin’in kendi ölümcül silahı haline geldi. 4. Çin, Windows'u terk etti. UnionTech UOS, ulusal bakanlıklar ve büyük bankaların tamamen geçiş yapmasıyla 5 milyon kurulum sayısını aştı. Microsoft'un CEO'su uykusuz geceler geçiriyor, ancak bu konuda yapabilecekleri hiçbir şey yok. 5. Çin, Batı tıbbi ekipmanlarını terk etti. Shanghai United Imaging'in CT tarayıcıları artık ABD ve Avrupa'daki kliniklere giriyor. Almanya'nın Siemens şirketi, benzer modellerin fiyatlarını %40 oranında düşürmek zorunda kaldı. Çin tıbbi teknolojisi, Batı topraklarına bayrağını sağlam bir şekilde dikti. 6. Çin, yabancı yakıtlı motorları terk etti. BYD’nin bıçak tipi pilleri, Toyota yöneticilerini arabaları yerinde parçalayıp incelemek zorunda bıraktı. Tesla, sadece üç ayda 1,2 trilyon dolarlık piyasa değeri kaybetti. Benzinli arabaların devri sona eriyor — ve yeni enerji dünyasında kuralları Çin belirliyor. 7. Çin, Oracle
PREDESTİNATİON
Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir. İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək. Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu
Film
Qəribə əhvalat
Qəribə əhvalat (hekayə) Bu qəribə əhvalatın harada və nə zaman baş verdiyini dəqiq bilmirəm, amma onun baş verdiyini dəqiq bilirəm. Bu əhvalatı mənə bir tanışım danışmışdı. Qəribədir ki, onun da kim olduğunu xatırlamıram, amma əhvalat yadımdadır. İstəyərdim onu sizə də danışım. Qarışdırmayasız deyə, baş qəhrəmanları Tomi və Frenk olaraq adlandıracam. Tomi tamamilə əyyaş, heç bir işi olmayan, bütün günü içkili halda veyillənən, ancaq buna rəğmən siqaret çəkməyən avaranın biri idi. Ayıq olduğu vaxtlarda ancaq həyatın mənasızlığı haqqında düşünür və bu düşüncələrin sonunda gəldiyi nəticə ölənə kimi içib bu düşüncələri unutmaq olur. Otuz beş yaşı olmasına baxmayaraq heç vaxt işləməmiş ancaq anasının hesabına dolanırmış, ta anası dünyadan köçənə kimi. Öləndən sonra olan-qalan pullarını ancaq içkiyə tökmüş və bu hallar daha da sərtləşmişdi. Pullar bitdikdən sonra evdəki əşyaları da dəyər-dəyməzinə satmış və pullarını içkiyə xərcləmişdi. Onun həyat haqqında düşündüyü tək şey var idi: "həyat mənasızdır, onda heç bir məna yoxdur, ancaq əylənərək, onun mənasızlığını unudaraq yaşamaq olar". Hə, bir də bu düşüncələr, bu fikirlər kəskin hal aldıqda ya da içki artıq kömək etmədiyində ehtiyatında saxladığı bir intihar fikri də var idi. Frenk savadlı, ali təhsil almış, hətta universiteti qırmızı diplomla bitirmiş, gündəlik işi olan və yaradıcılıqla məşğul olan otuz beş yaşlarında biri idi. O içki içən deyildi, ancaq güclü siqaret çəkən idi. Asanlıqla günə iki qutu siqareti bitirə bilirdi. Tomi kimi o da yalnız yaşayır və həmişə həyatın mənasızlığı haqqında düşünürdü. İntihar etməyə üç dəfə cəhd eləmişdi və hər üçü uğursuz alınmışdı. İki dəfə kəndirlə cəhd olmuşdu, birincisində kəndir qırılmış, ikincisində isə tavan uçmuşdu. Bir dəfə də atasından qalan tapança ilə özünü vurmağa
Məncə, bu il çıxacaq ikinci kitab birincidən daha bitkin və maraqlı olacaq. Təbii ki, buna da son qərarı oxucu verəcək. Amma nədənsə içimdə belə bir hiss var. Çünki bu dəfə obraz yaratmaq üçün xüsusi əziyyət çəkmədim. Hər yer obraz idi. Bölmədə peraşki tıxayan polisdən tut ukraynalı Aleksandra, Praqadakı zəncidən körpə Lüsiyə, qoca Hervedən hostel sahibəsi Oksanaya qədər çoxlu rəngli, ziddiyyətli və maraqlı insanlar. Mən isə sadəcə onları yazıya köçürmüşəm. Marağı olanlar onsuz da alıb oxuyacaq və buna görə peşman olmayacaq.