Nə üçün təzəcə gördüyünüz pendir parçasının keyfiyyəti haqqında müəyyən söz deməkdən çəkinir, lakin ilk dəfə rast gəldiyimiz adam haqqında heç də vicdan əzabı çəkmədən son, qəti bir qərar çıxarırıq?
“Beatles” (“Bitlz”) qrupunun musiqisi bizim nəsildən olan insanların çoxu kimi mənim də ruhumu oxşayır, çünki yeniyetməliyimi, gəncliyimi, o dövrdə gördüyüm adamları, olduğum yerləri xatırladır. Bir dəfə televiziyada “Beatles” haqqında silsilə müziklə baxdım. Film qrupun tarixçəsini onun “üzvlərinin” təhkiyəsində təqdim edirdi. Seriallardan birində Pol Makkartninin nəql etdiyi bir hadisə məndə çox güclü təəssürat oyatdı.
Bu hadisə “Beatles” qrupunun Nyu-Yorkun Şey stadionuna 50 minlik fanat ordusu toplaması ilə başlayan ikinci Amerika turundan sonra baş vermişdi. Onda “Beatles” üzvləri artıq müntəzəm qastrol səfərlərindən yorulmuşdu. Qrupun sonuncu konserti isə ondan bir il sonra – 1966-cı il avqustun 29-da San-Fransiskonun Kəndlstik-Park stadionunda keçirilmişdi.
Qrup üzvləri Pol Makkartni, Corc Harrion və Rinqo Star bir masa arxasında əyləşib söhbət edirdilər. Qastrol səfərlərinə son qoymaq qərarlarının səbəblərini açıqlayırdılar:
– Biz bir qrup kimi getdikcə zəifləyirdik, fanatlarımız isə ara vermədən çığırırdı, – Pol dedi. – Əlbəttə, onların bizi sevməyi yaxşı haldır, amma biz öz səsimizi eşidə bilmirdik.
Bu cümlələr məni ildırım kimi vurdu. Onlar öz musiqilərini eşitmirmiş. Onda isə musiqi mənasını itirmiş. Ona görə studiyaya qayıdıb o musiqini, itmiş səsləri tapmağa çalışmışdılar.
"...təsadüf etdiyi ağaclara, küləşli damlara, şumlanmış düzlərə, yolun dönüşlərində dəyişən təbiət mənzərələrinə baxırdı. Belə tamaşalar bəzən insanın qəlbini büsbütün məşğul edərək onu, demək olar ki, düşünmək zərurətindən azad edir. Minlərlə şeyi birinci və son dəfə görməkdən kədərli və eyni zamanda dərin mənalı bir hal ola bilərmi? Səyahət etmək – hər saniyədə doğulmaq və ölmək deməkdir."
Son dəfə yadına Peddinin sözləri düşmüşdü: "O, heç bir zaman ölməz. Sadəcə cildini dəyişər. Onun yox olduğunu sandığın anda ən böyük hiyləsi ilə qarşına çıxar. Bu hiylə sənin ən ağrılı və zəif yerinə aiddir". "Peddi, bu yeri necə təyin edə bilərəm?" sual etmişdi. "Keçmişinə bax. Ən böyük zərbəni kim və nə ilə sınandıqda almısan? Ən çox hansı xüsusiyyətin sənin aldanmağına, yerə yıxılmağına səbəb olub?" Əfsus, bu sözləri xatırlamaqda bir azca gecikmişdi. Gözlərindən axan son yaş hələ heç bir zaman duymadığı şiddətli, geri dönüşü olmayan peşmanlıqdan doğan acı göz yaşları idi. O yenə də, son nəfəsində də aldanmışdı...
Əgər öhdəsindən gəlməli olduğunuz hər hansı bir vacib məsələ varsa ağıllı və incə olmağa çalışmayın. Ən ağır çəkicdən istifadə edin. Həmin nöqtəyə vurun. Sonra geri qayıdın və yenidən vurun. Üçüncü dəfə yenə - bütün gücünüzlə vurun.