Puan vermedi·300 syf.··
Beğendi
·
2026 45. kitabı
·
31 günde okudu
·
Okunma: 17 Haziran 2026 14:03
"Əgər insan ömrünün sonuna qədər öz uşaqlığını qoruyub saxlayırsa, deməli, o, yaxşı insandır." Mustay Kərim Müsahibələrinin birində Zahid Xəlil deyir ki, uşaq yazıçısı yaşlı uşaqdır. Mən 75 yaşlı uşaq olmağımla fəxr edirəm. Haqqında danışanda adətən adından əvvəl "uşaqların sevimlisi" deyirlər. Amma o, təkcə uşaq ədəbiyyatı yazmayıb. Elə bu kitabında da kifayət qədər böyüklərin də oxuyacağı hekayələr var. Uşaq ədəbiyyatı bəzən böyük əsərlərdə yazıla bilməyən məqamları çatdırmaq, bəzən bunu həm həcmi etibarilə, həm də adı ilə, yəni uşaq ədəbiyyatı adı ilə böyüklər üçün əsər yazmaq baxımdan əvəzsizdir. Zahid Xəlilin son vaxtlarda çap olunan kitablarından nəsr əsərlərinin(91 hekayə) yer aldığı "Kralın kreslosu" kitabındakı hekayələr uşaqların dünyagörüşünün formalaşmasında, əxlaqi və mənəvi tərbiyəsində və onlarda müsbət xarakter formalaşmasında, şübhəsiz, böyük rolu olacaqdır. Bəzi hekayələr də var ki, onları duymaq üçün Zahid Xəlillə şəxsi tanışlığınız olmalı, hekayələrin yaranma hekayəsini onun dilindən dinləməlisiniz. Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə bəyəndiyim bir neçə hekayə var: "Kralın kreslosu", "İki parıltı", "Bağırmaq istəyən adam", "Quyunun dibindəki adam", "Güzgü", "Körpə nəğmənin nağılı", "Boz yalan", "Dünyanı özü ilə aparmaq istəyən Bəşir" və s. Bunlar heç şübhəsiz uşaq hekayələri deyil. Yazıçının yaşadıqları, öz şəxsi duyğuları, dostları haqqında, cəmiyyətdə gördüyü haqsızlıqlar uşaq hekayələrinin cibində gizlənmiş həqiqətlərdir. Bu yazını kitabı özüm oxuduğum vaxt qeyd etmişdim, burada da qalsın istədim. Bu dəfə isə oğluma oxudum bu kitabı, mənim Zahid müəllimim onun Zahid babası oldu.
Kralın KreslosuZahid Xəlil · 3 Alma · 202116 okunma
Puan vermedi·200 syf.··
2026 140. kitabı
Təbiət tərəfindən çox şeylə təmin edilməmiş Finlandiya, hazırda ən böyük gücü təhsildir. Finlandiya xəritənin şimalında yerləşdiyi üçün çox da yaşamağa əlverişli yer deyil. Avqust ayından qış başlayır,daima yağışlı və çiskinli hava müşahidə olunur. Buna baxmayaraq ən qabaqcıl ölkələrdən biridir. Səbəb? <<Təhsil>> Kitab Finlandiyanın yüksəliş dövrünü ələ alır. XIX əsrdə Rusiyadan asılılığına son qoyulur. İdealist müəllim Snelman ölkənin dirçəlişi üçün çox çaba sərf edir. Tək istəyi xalqın fərqindəlik qazanması,bilinçlənməsi,təhsilin inkişafına yön verməsi və s olub. Kitabda bir xalq üçün təhsilin,sənətin, fərdi məsuliyyətlərin və s önəmi vurğulanır. Ölkə ərazisi Azərbaycandan 4 dəfə böyükdür,buna baxmayaraq nüfuzu bizim ölkənin yarısı qədərdir. Səbəbi təkcə soyuq iqlim deyil. Cahillər kimi çoxalmağı da seçə bilərdilər. Soyuq iqlimlə yanaşı insanların çox uşaq sahibi olmağı seçməməsidir bir digər səbəb. Bu o deməkdir ki Snelman bunu bacarıb.
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Nilüfer Yayınları · 2017124,9bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
9/10
·538 syf.··
2026 121. kitabı
Bu kitab sadəcə bir psixologiya kitabı deyil; o, itirdiyimiz bir orqanı – instinktlərimizi – xatırlamaq üçün bir çağırışdır. Mənə ən çox toxunan nə oldu? Başlıqdakı o “kurtlar” məsələsi. Estés deyir ki, qadının ruhunun vəhşi təbiəti var – bu, dağıdıcı və qorxulu bir şey deyil, əksinə, sağlam, ayıq, sadiq və son dərəcə sezici bir enerjidir. Bizim mədəniyyətimizdə qadından həmişə “ağıllı”, “səbirli”, “özünü ələ alan” olması gözlənilib. “Nə deyərlər?”, “Abır-həya”, “Səsini çıxarma”... Bu gözləntilər qadının içindəki o “kurt” səsi boğur. Nəticədə qadınlarımız 30 yaşına çatır, yorğun, bədbin, həyatdan zövq almayan, evlənmiş, işləyir, övlad böyüdür, amma gecələr niyə mənasız bir boşluq hiss etdiyini anlamayan varlıqlara çevrilir. İndi maraqlısı budur: Estés heç vaxt bu “vəhşi” qadını tərbiyəsizlik və ya pozğunluq kimi təqdim etmir. O, La Loba – “Sümük Qadın” hekayəsi ilə başlayır. Bir qadın səhrada canavar sümükləri toplayır, onları nəğmə ilə bir araya gətirir və yenidən həyata qaytarır. Məncə, Estés məhz deyir: “Siz öz ruhunuzun sümüklərini toplayın. O parçaları – itirilmiş sevincinizi, unudulmuş yaradıcılığınızı, lağ edilmiş xəyallarınızı – bir araya gətirin və öz nəğmənizlə dirildin.” Mən kitabı oxuyarkən xüsusilə “Qoca kişi və İki Bacı” nağılı məni düşündürdü. Orada qocabkişi iki qızla evlənir – biri mülayim, itaətkar, biri vəhşi və ehtiraslı. Kişi əvvəlcə ehtiraslı qızı qovur, sonra onun nə qədər həyat enerjisi daşıdığını anlayıb geri çağırır. Estésin dediyi kimi: bir qadının həm mülayim, həm də ehtiraslı tərəflərini qəbul etməməsi onu yarımçıq edir. Qadınlarımız çox vaxt yalnız bir tərəfini – “yaxşı qız”, “ideal həyat yoldaşı”, “peşəkar qadın” olmağı – önə çıxarır, o biri tərəfi zirzəmilərə bağlayır. Və sonra o bağlanmış tərəf qisas almaq üçün qapıları döyür: ani
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma
10/10
·320 syf.··
2026 9. kitabı
Эльчин Сафарли – Тут мой дом əsərini oxuyub bitirdim. Növbəti Elçin Səfərli ürəyi, qələmi, prozası, duyğusu, incəliyi... Müəllifin hər əsərində, hər yazısında, qələmində dəniz, günəş, uşaqlıq xatirələri, bağ mövsümü, nənə və baba ilə bağlı xatirələr , bol-bol sevgi əks olunur.Mən bu yazarı çox sevirəm. Dili çox sadə, axıcı, ürəyəyatımlıdır.Noltalji hisslərlə oxuyuram hər kitabını. Тут мой дом (Bu mənim evimdir) əsəri bir kişi və bir qadın haqqındadır. Spoiler: Əsər Amirin diliylə nəql olunur. Onun 9 yaşı var. Həyatının çətin anındadı. Ana və atası anlaşa bilmir. Uşaq bunu anlamır. Evdə hökm sürən sükut, atasının səssizliyi, anasının qəmginliyi, nənəsinin Amiri və onun balaca qardaşı Əlini təsəlli etməsi və uşaq canı ilə bu yükün altından qalxa bilməməyindən bəhs edir. Amirin uşaqlığı nənə babasıyla Abşeron bağlarında keçir. Abşeronu, dənizi, günəşi, itlərini, nənəsinin yeməklərini çox sevir. Lakin anlamır, böyüklərin bəzi seçim qarşısında qalmalarını anlaya bilmir. Amir böyüyəndə yazıçı olmaq istəyir. Hekayələri yaxşı danışır və yaxşı da yazmağı bacarır. Uzun sürən sukutdan, anlaşılmazlıqdan sonra bir gün atası iş adı ilə onlarla sağollaşır və evi tərk edir. Amir onun geri qayıdacağına inanır, gözləyir, üzüntüdən xəstələnir lakin atası geri dönmür.Nənəsinin də dediyi kimi, bəzən böyüklər seçim qarşısında qalır, bəzən özlərini seçməyi seçirlər. Bizə onları sevmək və onların yanında olmaq düşür. kitabı oxuduqca Amirin bütün ağrısını hiss elədim. 39 yaşında 9 yaşındakı həyatını nəql edən balaca oğlan ağrı və boşluq ilə böyüyür.. Hissiz, bəzən sevgisiz, bəzən üsyankar amma tək.. Sonda o evinə geri dönür...Özünə qayıtmaq üçün, həyatındakı boşluğu doldurmaq üçün, yaşamaq üçün, var olmaq üçün köklərinə qayıdır. Hər şeyini satır, işini təhvil verir və doğulduğu,
Tut moy dom (Тут мой дом)Elçin Safarli · AST · 20226 okunma
4/10
·544 syf.··
2026 84. kitabı
·
21 saatte okudu
·
Okunma: 24 Mayıs 2026 14:51
Bu kitab mənim fantastik janra atdığım ilk addım idi. Bilərəkdən böyük, ağır və beynimi yoracaq bir dünya seçməmişdim; məqsədim sadəcə yumşaq bir keçid etmək, bu janrın dadını xəfifcə hiss etmək idi. Bir Wattpad kitabı seçərkən gözləntilərimi çox yüksək tutmamışdım, bəli, amma kitabın son səhifəsini bağlayanda içimdə qalan o qəribə boşluq hissini də heç gözləmirdim. Əslində hər şey mənim üçün ən vacib olan yerdə — hekayənin tam başladığı nöqtədə qırıldı. Baş qəhrəmanın heç bilmədiyi bir kitab kainatına düşdüyü anı, o ilk saniyələrdəki şoku, qorxunu, çarəsizliyi və o dünyaya uyğunlaşmaq üçün verdiyi mübarizəni oxumaq, onunla birlikdə sarsılmaq istəyirdim. Amma yazıçı bizi birbaşa keçiddən üç il sonraya atdı. Halbuki oxucu ilə xarakter arasında o qırılmaz bağı quracaq ən dəyərli mərhələ məhz o ilk anlar idi. O sehrli keçid yazılmadığı üçün, sanki hekayənin ruhu lap başdan yarım qalmışdı. Zaman keçdikcə qızın "ana hekayəyə təsir etməmək" üçün davamlı özünü geri çəkməsi, hadisələrdən qaçması məni yormağa başladı. Bu qaçış hekayəyə sirr və ya maraq qatmadı, əksinə, bütün enerjini aşağı saldı. Mən qorxub gizlənən deyil, öz cığırını açan, səhvlər edən, taleyə meydan oxuyub hekayəni dəyişdirən cəsur bir qəhrəman oxumaq istəyirdim. Ən böyük xəyal qırıqlığım isə o "pis" xarakter oldu. Kitab boyu qulağıma davamlı olaraq onun nə qədər təhlükəli, nə qədər amansız olduğu pıçıldandı. Amma mən bunu bircə an belə hiss edə bilmədim. Çünki bizə onun qorxulu tərəfləri göstərilmədi, sadəcə "o pisdir" cümləsi təkrarlandı. Bir xarakteri dərin etmək üçün təkcə sözlər bəs etmir axı... Ümumiyyətlə, kitabda xarakterlərin iç dünyası o qədər zəif işlənmişdi ki, münasibətlər ön planda olsa belə, o duyğuların səmimiyyəti mənə keçmədi. Ən acınacaqlısı isə o idi ki, fantastik kainat sadəcə cansız
Yan Karakter 1Sareinn · Guardian Yayınları · 2026157 okunma
Açık Yaralar ve Dikiş İzleri
9/10
·512 syf.··
2026 4. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Mayıs 2026 00:00
Beyzanın qələmini əvvəllər heç sevməzdim. Açıq danışım. Sosyal medya üzərində haqqında eşitdiklərim olsun, bəzi kütlələrin mənfi rəyləri olsun hamısı toplaşanda kitablarına da yansımıştı. Bilməm flan kurgusu ərgən tiplidi ya da başqa bir çox rəy. Hardasa 2022 2023 araları idi. İndi də var bunlar. O dönəm bu rəylərin təsiri ilə onu heç oxumamışdım. İstəməmişdimdə. Amma sonra, Onun Şeytanlarını oxumağa başladım. Sırasıyla Kül kelebeği, və digər kitablarını da. Ən çox Onun Şeytanlarını və Siyah Kuğunu sevdim. Siyah Kuğununda məndə fərqli bir yeri olduğu üçün sevirdim. Kalpkıran vardı o dönəm, çox sonradan anladım ki gerçək kalpkıran o deyilmiş. Yazdıqları beynim yandıracaq dərəcədə olurdu və çox vaxt oxuduğumu anlamırdım. Ama səhv etmirəmsə Siyah Kuğudan sonra anlamağa başladım qələmini. Sevmirdim və oxuyurdum düşüncəsi var idi. Yanılırdım, sevdiyim üçün oxuyurdum çünki sevməsəm ilk səhifədən ötəyə keçməz keçsəmdə yarım qoyardım. Beyza Aksoyun qələmini həqiqətən sevirəm. VƏ bu da bir qərar almağa gətirib çıxardı. Heç bir yazıçı haqqında nəyinki mənfi, müsbət yorumlara da baxmıram artıq. Çünki oxuyacaqlarıma təsir edir. Sevəcəmsə belə soyuyuram istər istəməz. Yəni bir oxuyucu olaraqda xoşum gəlmədisə belə durub o yazıçını pisləməkdənsə, ya da tövsiyə etmərəm demək yerinə "Mən oxudum bəyənmədim, şəxsi fikrimdi" deyib kənara çəkilmək lazımdı. Bu həm də o yazıçının əziyyətinə hörmət etməkdi. Day durub yarım saat eleştiri videosu çəkmək lazım deyil. Beyzanın 7 kitabını oxumuşam. Siyah evrenden bir Siyam qalıb. Birdə digər kitabı, beyaz evreni də bitirmişəm deyəsən tam xatırlamıram. Amma belə. Qalan kitablarını da oxuyacam. İndi isə Açık Yaralar Ve Dikiş İzlerini yorumlayaq. Kitaba iki dəfə başlayıb ikisində də ilk səhifədən ötəyə keçə bilməmişdim. Ama artıq buna bir son verib
Açık Yaralar ve Dikiş İzleriBeyza Aksoy · Epsilon Yayınevi · 20203,369 okunma