Gözümü hüsnündən çəkə bilmirəm
De, niyə salmısan məni bu hala?!
Sənsiz sevinmirəm, sənsiz gülmürəm
Qəlbim elə coşur, derəm nə ola:
Dönüb divarında bir daş olaydım.
Əbədi səninlə sirdaş olaydım.
SER ROBERT ÇİLTERN. O, adamların əksəriyyətinin rüsyayçılıq və şərəfsizlik adlandırdığı hərəkətlər barədə xəbər tutsaydı, heç mənə ərə gələrdi?
LORD QORİNQ. Elədir, adamlar bu hərəkətləri elə belə adlandırırlar! Buna şübhə də ola bilməz!
SER ROBERT ÇİLTERN. O adamlardır ki, onlar elə özləri hər gün bundan min dəfə pis hərəkətlər edirlər. O adamlardır ki, mənim sirrim onlarınkının yanında toya getməlidir.
LORD QORİNQ. Buna görə də onlar özgə sirlərinin faş edilməsinə sevinirlər. Bu, ictimaiyyətin diqqətini azdırır, yəni adamlar onların öz biabırçılıqlarını yaddan çıxarır, diqqət özgələrə yönəlir.