O, zahirən nə qədər soyuqqanlı, hissiyyatsız görsənsə də, qəlbində belə deyildi. Hər şeyi daxilində təhlil edər, narahatlıqlarını ətrafdakılara bildirməzdi. Donuq üz ifadəsi insanlarda ona qarşı bir az etimadsızlıq yaradırdı.
“Əgər daha yaxşı istiqamətə gedən yol varsa, onda mütləq ən pis yolu da dəqiq təhlil etmək lazım gələcək”.
Sayfa 21·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
İnsan həyatı təhlil edilərkən birinci növbədə onun yaşadığı tarixi şəraiti nəzərə almaq lazımdır.
Sayfa 241·Kitabı okudu
Alıntı
O, zahirən nə qədər soyuqqanlı, hissiyyatsız görsənsə də, qəlbində belə deyildi. Hər şeyi daxilində təhlil edər, narahatlıqlarını ətrafdakılara bildirməzdi. Donuq üz ifadəsi insanlarda ona qarşı bir az etimadsızlıq yaradırdı.
Sayfa 34 - Qədim Qala nəşriyyatı
1000Kitap
Bu müayinə üsulunun mahiyyəti budur ki, hər bir insan davamlı şəkildə özünü, davranışlarını, düşüncələrini və onların nəticələrini araşdırmalı, təhlil etməli, öz-özünü sorğu-suala tutmalı, öz-özü ilə üzləşməlidir. Düşüncəmizi qıcıqlandıracaq bəzi düzgün suallar burada da köməyimizə çata bilər. Misal üçün, “mən kiməm, bu həyatda nə üçün yaşayıram, indi haradayam, həyatımdan və hazırda olduğum yerdən nə qədər razıyam? Hərəkətlərimi insanlar necə qarşılayır? Məni əhatə edən insanlar məndən nə qədər razıdır və onlara nə qədər xeyrim dəyir? Mən heç səhv edirəmmi? Edirəmsə, bu hansı səhvdir və bu cür səhvləri necə aradan qaldırmaq olar? Məni nə xoşbəxt edir? İnkişafıma nə mane olur? Həyatımda nəyi dəyişməliyəm? Yenidən dünyaya gəlsəydim, bu həyatı təkrar yaşamaq istəyərdimmi? Gələcəklə bağlı hansı məqsəd və planlarım var? 10 ildən, 20 ildən sonra harada olacağam? 20 ildən sonra dönüb geriyə baxanda, həyatı məhz belə yaşadığıma görə özümə haqq qazandıra biləcəyəmmi? Bu dünyanı tərk edəndən sonra məni xatırlayan olacaqmı və nəyə görə xatırlayacaqlar?" Və sairə... Gördüyün kimi, nə qədər faydalı sual yaratmaq mümkündür. Bu sualların sonu yoxdur. Ona görə də özünü sorğu-suala tutmaq istəyin və iradən olsa, bəsdir.
Sayfa 68 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Bir də ki, problemlərə əvvəlki kimi səthi yanaşmıram, hər şeyi dərindən təhlil etməyə çalışıram. Çox vaxt da görürəm ki, problem adlandırdığım şeylər, sadəcə, baş vermiş hadisələrdir və onları problem kimi görən mənim düşüncə tərzimdir. "Problem” adlandırdığım hadisəni o tərəfə-bu tərəfə çevirib müxtəlif bucaqlardan baxanda qarşıma tamamilə başqa şeylər çıxır.
Sayfa 63 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı