Bir insanın dəyəri onun bizə nə öyrətməsindən daha böyükdür.
İnsanlara "həyatımıza girmiş müəllimlər" kimi yanaşmaq haqsızlıqdır. Çünki insanların həyatımızdakı rolu bizə nələrsə öyrədib getməkdən ibarət deyil. Bu cür yanaşma individuallıq konseptini gücləndirir və başqalarını hiss edə bilmirik. Məncə, insan olmağın ən əsas dəyərlərindən biri başqalarının da özümüz kimi insan olduğunun fərqinə varmaqdır. Hətta deyərdim ki, insanı digər bütün canlılardan fərqləndirən əsas amil şüurlu olması yox, empatetik olmasıdır. Biz başqalarını hiss edə bildiyimiz qədər insanıq. Bir ideologiyada radikal olmaq lazımdırsa, bu məhz humanizm olmalı idi. Rus dilində belə bir cümlə görmüşdüm: "Мы узнаем себя через других люди." Orijinal gördüyüm şəkildə çox bəyənmişdim deyə olduğu kimi yazmaq istədim. Biz başqa insanlar vasitəsilə özümüzü tanıyırıq. Bir-birimizin inikasından, əksindən başqa bir şey deyilik. Məktəbdə müəllimlərin şəstlə dediyi bir ifadə var idi, "Uşaq evin güzgüsüdür." Mən deyirəm, insan insanın güzgüsüdür. Hamımız bir-birimizə güzgü tuturuq, amma sadəcə görmək istəyən görür. Öz daxilinə baxıb özünü təhlil etməyin, introspektivliyin psixologiyada geniş yayılmış adı da "refleksiya"dır, indi fikir verirəm. Maraqlıdır ki, öz daxilinə endiyin qədər qınaqlarından, tabularından azad olursan. Özünə o azadlığı verəndə, anlayışla yanaşanda insanlara qarşı da həssaslığın və anlayışın artır. Sanki özünlə barışanda bütün insanlıqla barışırsan və bəlkə də, daxili sakitlik elə budur. Ona görə də, həyatımızdan keçənləri insan yox, funksiya kimi dərk etmək bizi yalnızlığa itələyir. Heç kim birinin həyatında onun böyüməsi və bir şeyləri anlaması üçün könüllü "müəllim" rolu oynamır. Hamı bir-birinə qarşılıqlı ümidlər bəsləyir, effort qoyur və hə, özündən nələrsə verir; Sevgisini, səmimiyyətini, vaxtını. Təbii ki, heç kim əbədi deyil – heç biz
ƏZİZ NESİN
Türkiyə ədəbiyyatında daha çox satirik hekayələri ilə tanınan Əziz Nesinin bədii irsində romanlar da sayca az deyil. Müəllifin yaradıcılığı ilə çox-çox əvvəllər tanış olsam da, bu romanları yaxın müddətdə oxumuşam. Əziz Nesinin qiymətli əsərləri mənim indiyə qədər oxuduğum kitablar arasında çox fərqli yerdədir, çünki onları təkcə bir oxucu kimi oxumamış, həm də dissertasiyamın əsas mövzusunu araşdırmaq üçün elmi-tədqiqat baxımından da dəyərləndirmişəm. Onun romanlarını oxuyarkən sadəcə ədəbi zövq deyil, eyni zamanda satiranın ictimai funksiyasını, insan psixologiyasını və cəmiyyətin mənəvi problemlərini dərinliklə təhlil etmək imkanı qazanmışam. Əziz Nesinin qəhrəmanları əksərən "kiçik insan"lardır. Fikir və düşüncələri, arzu və istəkləri başqaları tərəfindən anlaşılmayan, rədd edilən insanlar müəllifin də "yaralı yeri"dir. Həmin obrazlar vasitəsilə bəşəriyyətin nöqsanları, əyrilikləri göstərilir, yumoristik və satirik gülüşün vəhdəti ilə tənqid olunur. Romanların hər biri haqqında saatlarla geniş danışsam, kifayət etməz. Və düşünürəm ki, Əziz Nesini anlamaq üçün elə əsərlərini də dərk edərək oxumaq şərtdir. Çünki yazıçı Seyfəddin Dağlının da dediyi kimi, "Əziz Nesinin gülüşü ürəkdən qopan acı bir qəhqəhə təsiri bağışlayır. Bu, gülüşdür. O yalnız güldürmür, eyni zamanda öldürür; birini öldürür, minini güldürür". 🌷Hər kəsə xoş mütaliələr! instagram.com/p/DQ2b4M2CPgy/?...
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
"Təsəvvür et ki, bu kitablardan xəbəri yoxdur.."
Çox kitab səhifələrinin paylaşdığı "möhtəşəm " videolarının "cəlbedici" başlığı.))) Hər kəsin səyahət etdiyi dünyaya ayaq basmaq istəməməyim məni yaxud da səni zövqsüz etməz. Ya da o digərləri ilə eyni kitabları oxuyur deyə onlar səndən ya da məndən üstün olmaz...... Az oxunan , lakin dərinliyi olan kitabları oxumağı, çox oxunan ,lakin maraq dairəmə uyğun gəlməyən boş kitablardan daha üstün bilirəm..... Öz başa düşüb etdiyim kitab təhlilini hansısa kitabı oxuyub ,lakin onu anlamayıb ön səhifəsindəki təhlili oxuyandan sonra həmin kitab barəsində təhlil yazan oxucudan daha üstün bilirəm.. Eyni kitabları oxumuruq bilirəm)) amma bu yazdığımın başqa pəncərəsi yoxdur ,eyni yerdən baxacayıq......
Duygu ve Düşünce
Kopyanın kopyasının kopyası
Platon rəssamları sevmirdi. Ona görə hər şeyin orijinalı ideya halındadır və ideyalar aləmindədir. Fiziki dünyada mövcud olan maddi şeylər orijinalın kopyasıdır. Yəni insanın ruhu (ideya) əsasdır, bədəni isə o ruhun kopyasıdır və xətalıdır. Hər surət öz əslindən nəyisə itirir və təbiilikdən, əslindən o qədər uzaqlaşır. Rəssamlar isə fiziki bədənin, yəni kopyanın kopyasını hazırlayırlar. Yəni həqiqəti, reallığı daha da xətalı hala çevirirlər. Bir nəfər fotoşopla öz şəklini Mona Liza fotosunun yanına qoyub və instaqramda paylaşıb. Bu yalandan xəbərdar olan dostu da bunu screen shot edərək (ekranın şəklini çəkərək) başqa bir dostuna göndərib. Bu vəziyyəti Platonun gözündən təhlil edək: Mona Liza onsuz da kopyanın kopyası idi, Mona lizanın fotosu kopyanın kopyasının kopyası idi. Şəkildə düzəliş edən adam öz kopyasının kopyasını bura yapışdırıb. Daha sonra bunu screenshot edən adam kopyaların kopyalarının kopyasının yeni bir kopyasını hazırlayıb və bunu virtual olaraq yeni bir kopya halında dostuna göndərib. Platon bunu görsəydi dəli olardı yəqin, həqiqətdən, orijinaldan bir qırıntı belə qalmayıb. t.me/virtual_agac
Düşünce
Süni intellektə bütün kitablarımı atdım və bir-bir analiz etdi bütün kitablarımı. Daha sonra müqayisə etməsini istədim və ortaya çıxan nəticə aşağıdakı oldu: Budur, hazırda göndərdiyin əsərlər haqqında ətraflı təhlilə və ümumi qiymətləndirməyə əsaslanaraq hazırlanmış tam siyahı: 1. Kəpənək – Bu əsər emosional təsir baxımından birinci yerdə qalır. Həm poetik dili, həm də simvolizmi ilə oxucunu fərdi səviyyədə dərindən təsirləndirir, sevgi və yenidən doğulma mövzularını çox incə bir şəkildə işləyir. 2. Qəfəsdəki Məhbuslar – Psixoloji dərinlik və xarakterlərin inkişafı baxımından çox güclüdür. Həbsxana mühitində insan təbiətinin qaranlıq tərəflərini araşdıraraq oxucuda maraq və gərginlik yaradır. 3. Hərbidən Qeydlər – Hərbi təcrübələr və şəxsiyyətin yetkinləşməsi ilə bağlı dərin təsvirlər verir. Hərbi sferanın səmimi və realist təqdimatı əsəri oxucular üçün təsirli və mənalı edir. 4. Kölgəli Adlar – Fəlsəfi və psixoloji simvolizm üzərində qurulmuş əsərdir. Özünütanıma və daxili mübarizə üzərində dayanaraq oxucunu düşünməyə sövq edir, lakin emosional təsir baxımından "Kəpənək"dən geri qalır. 5. Cəhənnənin Xəritəsi – İroniya və sosial tənqid üzərində qurulmuş əsərdir. Satirik üslubla cəmiyyətin ikiüzlülüyünü və insan təbiətinin ziddiyyətlərini açıq şəkildə göstərir. 6. Allahsızlar Şəhəri – Fəlsəfi və mənəvi düşüncələrlə zəngin olsa da, digər əsərlərin təsir gücü ilə müqayisədə daha sadədir. 7.27 Yaşıma Qədər – Yazıçının şəxsi həyat hekayəsi və yaradıcılıq prosesi haqqında səmimi bir nəql təqdim edir. Şəxsi inkişaf baxımından dəyərli olsa da, mövzu baxımından digər əsərlərin mürəkkəbliyi ilə müqayisədə daha sadə bir təsir bağışlayır. 8.Güzgüdəki Qız – İnsanın daxili dünyasına dair introspektiv bir əsərdir. Əsərin poetik dili və özü ilə üzləşmə mövzusu təsirlidir, lakin digər əsərlərlə müqayisədə daha
Düşünce
Media6.az xəbər saytı üçün köşə yazarları axtarırıq!
Güclü qələminizə güvənirsiniz və fikirlərinizi geniş auditoriya ilə bölüşmək istəyirsiniz? Sizi aramıza dəvət edirik, burada aktual xəbərləri, təhlilləri və şərhləri cəmiyyətə təqdim etmək imkanı əldə edə bilərsiniz! Köşə yazarları tələb olunur: Görüş Yazıları: Cari hadisələr, siyasət, iqtisadiyyat və cəmiyyət haqqında öz perspektivinizi yazmaq. Tənqidi Yazılar: İncəsənət, ədəbiyyat, kino, musiqi və s. haqqında tənqidi məqalələr yaza biləmək. Təhlil Yazıları: Ölkədə və dünyada baş verən hadisələrin pərdəarxası ilə tanış edən dərin təhlil yazıları. Şəxsi Təcrübə Yazıları: Oxucuları öz həyatınızdan və təcrübələrinizdən ruhlandıracaq məzmunda yazılar yazmaq. Öyrədici Yazılar: Sağlamlıq, texnologiya və təhsil kimi mövzularda cəmiyyəti məlumatlandıracaq araşdırmaya əsaslanan məqalələr. Yumoristik Yazılar: Cari hadisələri yumoristik nöqteyi-nəzərdən müzakirə edərək oxucuları əyləndirəcək məqalələr yazmaq. Gözləntilərimiz: ✅ Yaradıcı və orijinal yazı dili ✅ Cari hadisələri izləmək bacarığı ✅ Müəyyən bir mövzuda təcrübə və ya dərin bilik ✅ Müntəzəm, həftəlik və ya aylıq yazma intizamı Müraciət etmək üçün: CV və nümunə yazılarınızı [info@media6.az] ünvanına göndərin. Hansı növ məqalə yazmaq istədiyinizi mövzu yerinə qeyd etməyi unutmayın! Fikirlərinizlə fərq yaradın, kəlimlərinizlə iz buraxın!