Travma Wulf Dorn təhlil
Puan vermedi·328 syf.··
2026 5. kitabı
·
23 günde okudu
·
Okunma: 12 Haziran 2026 01:31
Travma Məzmun: Travma, insan zehninin nə qədər mürəkkəb və qaranlıq ola biləcəyini göstərən psixoloji triller janrında yazılmış əsərdir. Hadisələr psixiatriya klinikasında çalışan bir həkimin qarşısına çıxan müəmmalı pasiyentlə başlayır. Pasiyentin söylədikləri əvvəlcə qarışıq və inandırıcı görünməsə də, zaman keçdikcə deyilənlərin arxasında gizlənən dəhşətli həqiqətlərin ola biləcəyi hiss edilir. Bundan sonra əsas qəhrəman keçmişlə bağlı sirrləri araşdırmağa başlayır və hadisələr getdikcə daha təhlükəli və qarışıq hala gəlir. Kitab boyunca oxucu davamlı olaraq şübhə içində qalır. Kim doğru danışır, kim yalan deyir, hansı xatirələr həqiqətdir, hansı qorxu və travmaların nəticəsidir – bunları ayırd etmək çətinləşir. Hekayə irəlilədikcə keçmişdə yaşanan hadisələrin insan psixologiyasına təsiri, travmaların illərlə insanı izləməsi və zehnin özünü qorumaq üçün qurduğu mexanizmlər ön plana çıxır. Təhlil: Wulf Dorn bu əsərdə sadəcə qorxu və gərginlik yaratmır, eyni zamanda travmanın insan həyatına təsirini göstərir. Kitabın ən güclü tərəfi odur ki, oxucuya hər şeyi açıq şəkildə təqdim etmir; əksinə, davamlı suallar yaradır və cavabları yavaş-yavaş ortaya çıxarır. Bu isə kitabı son səhifəyə qədər maraqlı saxlayır. Əsərdə travma anlayışı yalnız keçmişdə yaşanmış ağır hadisə kimi göstərilmir, həm də həmin hadisələrin insanın düşüncələrinə, qərarlarına və reallığı qəbul etməsinə necə təsir etdiyi göstərilir. Bəzən insan öz xatirələrinin içində itib qalır və gerçəklə qorxular arasındakı sərhəd itir. Kitab məhz bu mövzunu güclü şəkildə çatdırır. Məncə, Travma oxucunu qorxudan çox düşündürən kitabdır. Oxuduqca anlayırsan ki, insanın ən böyük qorxuları bəzən xaricdə deyil, öz zehninin dərinliklərində gizlənir. Psixoloji gərginlik sevənlər üçün təsirli və uzun müddət yadda
Psikoloji
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,830 okunma
Puan vermedi·232 syf.··
2026 12. kitabı
Mirhicab Abdullayev - "Kənan və Aylin" Kitab çox sürətli oxunurdu, sanki yazıçı böyük bir hekayəni qısaldıb təqdim etmişdi bizə. Amma bu qədər qısa bir kitabda niyə bu qədər təkrar fikir var? Dəfələrlə eyni cümlələrin təkrarlanması süni şəkildə kitabın uzadılması deyil, bəs nədir? Tamam, kitab çox axıcı idi, amma niyə? Çünki hadisələr çox sürətli şəkildə baş verirdi. Yazıçı heç nəyi uzatmır, sanki kitab qısametrajlı film kimi kiçik-kiçik səhnələrdən ibarətdir. Hər səhnə bir-biri ilə bağlıdır, birini qaçırsan, hekayəni itirəcəksən. Obrazlara gah adları ilə, gah da "müəllim" deyə xitab edilməsi qəribə idi. Standart bir xitab tərzi seçilməli idi məncə. Bir obraz digər obraza bir səhifədə Kənan deyir, digər səhifədə Kənan müəllim deyir. Niyə? Əsas problemlərdən biri - təkrarçılıq. Birinci səhifədə oxuduğumuz bir şeyi növbəti səhifədə yenə oxuyuruq. Sizcə də bu yorucu deyil? Cümlələrin quruluşunda peşəkarlıq yoxdur, həvəskarcasına yazılmışdı sanki. Bədiilikdən söhbət belə gedə bilməzdi. Ard-arda gələn cümlələrin eyni sözlərlə bitməsi - vurulmuşdu, olmuşdu, yorulmuşdu, durmuşdu və s. hekayəni çox zəif göstərir. Kitabda çox gözəl fikirlər var idi, məntiqli və kamil düşüncələr. Və demək olar ki, bəzilərində yazıçı ilə həmfikir idim. Lakin üslub və tərz ədəbiyyatdan uzaq idi. Çünki yazıçı məişət, loru və ara söhbətləri ilə çatdırırdı bunları bizə. Deyilənlər ağıllı və mənalı olsa da belə, oxuduqca görürsən ki, cümlələrdə təbiilik əvəzinə sünilik üstünlük təşkil edir və bu da kitabın ciddiyyətini azaldır, səmimiyyətini itirir. O qədər loru dildə danışılır ki, sanki kitab oxumursan, məhəllədə kiminləsə qeybət edirsən. Amma yazıçının bir çox fikrini, təbliğ etmək istədiyini bəyəndim, fikirləri ilə həmfikirəm. Hər şeydən əlavə, mütaliə etmək mütləqdir ki, yazıçı da gəncləri
Kənan və AylinMirhicab Abdullayev · İmza Nəşrlər Evi · 20267 okunma
Reklam
7/10
·142 syf.··
2026 118. kitabı
Edqar Allan Poe əslində bizə dedektiv hekayəsinin necə yazılmasının dərsini verib, amma bunu o qədər ağıllı edib ki, biz hələ də onun tələsi içindəyik. Nədən danışıram? Gəlin başdan. Paris, səhər tezdən anasını öldürmüş kimi qışqırıqlar... İki qadın parçalanmış vəziyyətdə tapılır. Otaq bağlıdır, şübhəli yoxdur, heç bir məntiqi izahat uyğun gəlmir. Polis çaş-baş qalıb. Və sonra səhnəyə Dupin çıxır – yorğanının altında oturan, gecələr düşünən, başqalarının qaçırdığı təfərrüatları görən bu qəribə adam. Mənim baxış bucağımdan bu hekayə üç şeyi mükəmməl göstərir: Birincisi, deduksiya bir idman növüdür. Poe Dupin vasitəsilə deyir ki, ağıllı olmaq kifayət deyil – sən rəqibinin (yaxud cinayətkarın) fikirləşdiyi kimi fikirləşməyi bacarmalısan. Məhz buna görə Dupin polis prefektini “dar düşüncəli” adlandırır. Prefekt o qədər “qapalı otaq” stereotipinə öyrəşib ki, ağlına da gətirmir – bəlkə cinayətkar otağa heç girməyib? Bəlkə o, divar, pəncərə, qapı kimi anlayışları alt-üst edən bir varlıqdır? İkincisi, həll yolu demək olar ki, komikdir – oranqutan. Bəli, meymun. İlk oxuyanda mən də düşündüm: “Nə? Bütün bu atmosfer, bu qan, bu qorxu – bir heyvan üzündən?” Amma Poenun dəhşəti məhz burdadır: insan ağlı ən qeyri-insani şiddəti belə izah etməyə çalışanda, bəzən ən sadə, ən heyvani həqiqəti görmür. Qatil meymun olduğu üçün hekayə zəifləmir, əksinə, güclənir – çünki Poe bizə göstərir ki, cinayət o qədər dərin sirr deyil, sadəcə biz mürəkkəb düşünməyə öyrəşmişik. Üçüncüsü, məncə hekayənin əsl qəhrəmanı Dupin deyil, oxucudur. Poe bizi hər addımda yanıldır. Biz də polis kimi düşünürük: “Bunu ancaq dəli edə bilər”, “Bunu ancaq qaçaq məhbus edə bilər”. Dupin isə sakitcə jurnalda bir sətri oxuyur – “çox qəribə səs, qətiyyən insan səsi deyil” – və bunu təhlil edir. Məni ən çox heyran
Polisiye
Morgue Sokağı CinayetiEdgar Allan Poe · Notos Kitap · 201919,3bin okunma
Puan vermedi·224 syf.··
2025 49. kitabı
Pərviz Seyidli - ‘Məktublar arxasında’ Bu kitabı mənə 2025-ci ildə əziz dostum Tural hədiyyə etmişdi. Elə o vaxt oxuyub çox bəyənmişdim, hətta keçən il oxuduğum ən möhtəşəm 10 kitab arasında idi. Bu gözəl kitaba görə həm dostuma, həm də yazıçıya təşəkkür edib keçirəm təhlilə. Sakit həyat tərzi sürən və insanları sanki bir kitab kimi oxumağı bacardığını düşünən bir yazıçı təsəvvür edin. Günlərin bir günü qadın həbsxanasından bir məktub alır. Məktubu yazan qadın müəllifin sadiq bir oxuyucusu olduğunu, kitablarının ora qədər gedib çıxdığını və çox sevildiyini deyir. Bu sirli qadının kimliyi yazıçımıza o qədər maraqlı gəlir ki, onların məktublaşması aylarla davam edir. Nəhayət, həmin qadın əfvə düşüb azadlığa çıxır və birbaşa yazıçının ünvanına gəlir. Ondan çox ciddi bir məsələdə kömək istəyir. Bax, əsl hadisələr də məhz bu xahişdən sonra başlayır. Bundan sonrasını danışıb spoiler vermək istəmirəm, sadəcə oxuyun - deyirəm. İlk səhifələrdən kitab oxucunu ələ almağı bacarır. Yazıçının yerli ədəbiyyatımızda bəlkə də çox az rast gəldiyimiz o çox şirin və səmimi cümlə qurmaq bacarığını dərhal hiss etmək olur. Qurulan cümlələr oxucunu mövzuya daha çox bağlayır. Mən deyərdim ki, bu cür əsərlər oxucuda yerli ədəbiyyata qarşı böyük bir həvəs və maraq oyadır. Kaş ki, bu tərz kitablarımızın sayı çox olsun. Yazıçının söz bazasının genişliyi hər sətirdə özünü büruzə verir. Bəzi məqamlarda dayanıb öz-özümə deyirdim ki, "doğrudan da, bir fikir necə bu qədər səlis və gözəl ifadə oluna bilər?". İnsanı "bu cümləni necə düşünüb, necə qurub?" deyə düşündürən bir peşəkarlıq var ortada. Bu mədəni və səliqəli fikirləri oxuduqca adamın içindən "vau, yazıçı nə gözəl deyib" demək keçir. Hələ o möhtəşəm alıntılar, bənzətmələr, metaforalar - zövq ala-ala oxuyurdum. Bəzi cümlələri oxuyanda dayanıb
1000Kitap
Məktublar arxasındaPərviz Seyidli · Parlaq imzalar · 202288 okunma
Təhlil
10/10
·80 syf.··
Beğendi
·
2026 3. kitabı
Rəşid Nəsirzadənin “Və İstanbul kimisən…” adlı şeirlər kitabını oxuyarkən müəllifin əsasən sevgi, ayrılıq və sənsizlik mövzularına üstünlük verdiyini gördüm. Kitabdakı şeirlər bir-biri ilə emosional baxımdan bağlıdır və ümumi bir kədərli ruh daşıyır. Mənə görə, müəllifin dili sadə və anlaşıqlıdır. Bu da şeirləri oxumağı asanlaşdırır və oxucu ilə daha tez emosional əlaqə yaradır. Məsələn, “Məni məndə burax, get…” kimi misralar çox sadə olsa da, dərin məna daşıyır. Kitabda ən çox diqqətimi çəkən mövzu sənsizlik və darıxmaq hissidir. Demək olar ki, bir çox şeirdə müəllif ayrılığın yaratdığı boşluğu və ağrını təsvir edir. “Bu ömrümə sənsizlik, gör necə də yaraşır” misrası da bunu açıq şəkildə göstərir. Müəllif bu hissləri müxtəlif obrazlarla -yağış, küçə, qəhvə, xatirələr vasitəsilə ifadə edir. Şeirlərdə tez-tez təkrarlar və sual cümlələri işlədilir. Bu da müəllifin daxili narahatlığını və çıxış yolu tapa bilmədiyini göstərir. Eyni zamanda, şeirlər daha çox daxili monoloq formasındadır, yəni müəllif sanki özü ilə danışır. Mənim fikrimcə, kitabın güclü tərəfi onun səmimiyyətidir. Müəllif hisslərini olduğu kimi çatdırır və bu da oxucuya təsir edir. Amma bəzi şeirlərdə eyni mövzuların təkrarlandığını da görmək mümkündür. Bu səbəbdən müəyyən yerlərdə oxucu üçün oxşarlıq hissi yarana bilər.Ümumilikdə isə bu kitab sevgi və ayrılıq mövzusunu sevən oxucular üçün maraqlı və təsirli bir şeir toplusudur. Gənc yazarımıza uğurlar arzu edirəm
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
5/10
·256 syf.··
2026 100. kitabı
Sabahattin Alinin "İçimizdəki Şeytan" (1940) əsəri, fərdin daxili aləmi ilə cəmiyyət təzyiqləri arasındakı qarşıdurmanı ustalıqla işləyən psixoloji romandır. Əsər adını “şeytan” metaforundan alır: Yazar şərri xarici bir qüvvədən çox, insanın öz zəiflikləri, qorxuları və bəhanələri kimi təyin edir. Roman eyni zamanda dövrün ziyalılarının riyakarlığını, müharibə illərinin bədbin havasını və fərdin özünə yadlaşmasını tənqid edir. Romanın Əsas Temaları : · Özünü Aldatma və Məsuliyyətdən Qaçış: Ömər uğursuzluqlarını daim “içimdəki şeytana” yıxır. Halbuki Sabahattin Ali şeytanın əslində insanın öz vicdanı və iradəsizliyi olduğunu göstərir. · Cəmiyyət Tənqidi: Cümhuriyyət dövrü ziyalılarının Qərb təqlidçiliyi, samimiyyətsizliyi və xalqdan qopması tənqid edilir. Ömər kimi ziyalılar yaşadıqları cəmiyyətə yadlaşmışdır. · Məhəbbət və Xəyal Qırıqlığı: Ömər ilə Macidənin münasibəti ehtirasla reallıq arasında gedib-gəlir. Macidənin romantik gözləntiləri Ömərin məsuliyyətsizliyi qarşısında yıkılır. Personaj Təhlilləri : Ömər – Romanın anti-qəhrəmanı. Hüquq fakültəsini yarımçıq qoymuş, nizamsız işlərdə çalışan, ziyalılıqla öyünən bir gəncdir. Daxili çatışmalarla boğuşur: Bir tərəfdən cəmiyyətə uyum sağlama istəyi, digər tərəfdən asi və məsuliyyətsiz olmaq. Özünü daim haqlı çıxartma cəhdi onu tipik “özünə yadlaşmış ziyalı” halına gətirir. Ömərin ən böyük qüsuru, hərəkətlərinin nəticələrini üstlənmək yerinə bir “şeytan” uydurmasıdır. Macidə – Ömərin sevgilisi, idealist və duyğusal bir gənc qadın. Müəllim işləyir, dürüst və ciddi bir xarakterdir. Lakin Ömərin qeyri-sabitliyi qarşısında sadəlövh qalır; onu dəyişdirə biləcəyinə inanır. Macidə romanın əxlaqi kompası kimidir, lakin sevgisindəki israr onu xəyal qırıqlığına sürükləyir. Sabahattin Ali onun vasitəsilə qadınların
Edebiyat & Roman
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019208,8bin okunma
Reklam
Reklam