9/10
··
1 saatte okudu
·
Okunma: 23 Haziran 2026 22:26
Svayqin eserlerində heçbir yaziçida olmayan xsusi bir ruh var ve hikmetli sozlerle doludur Bu Əsərdə insanın öz iradəsi ilə cəmiyyətin ondan gözlədikləri arasındakı qarşıdurma təsvir olunur. Kitab Birinci Dünya Müharibəsi dövründə yaşayan gənc rəssam Ferdinandın daxili mübarizəsindən bəhs edir. O, müharibəyə getmək istəmir, lakin vətən, vicdan, qorxu və şəxsi azadlıq arasında seçim etmək məcburiyyətində qalır.Kitabda müharibənin insan psixologiyasına təsiri ön plandadir.
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175,1bin okunma
#Qorxular
Puan vermedi
Həqiqətən’də qorxular insan həyatın’da mühüm önəm daşıyan bir hiss’dir. Və Qorxusu olmayan insan təsəvvür olunmazdır. Ancaq Rövşən Abdullaoğlu’nun Emosialar və Psixologiyalar silsiləsin’dən olan, “Qorxular” Kitabı özümü inkişaf etdirmək’də və irəli addım atmaq’da hansı qorxuların maneə yarat’dığını və bunlarla necə mübarizə aparacağımı çox açıq və aydın şəkildə izah etdi. Məncə Qorxularımız’dan Qaçmaqı Yox Onlarla Üzləşib Mübarizə Aparmaqı Öyrənməliyik. Mən Bunu Öyrəndim. #k:172516 #y:28076
Psikoloji
QorxularRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2022174 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·383 syf.··
2026 67. kitabı
İlk öncə filmini izləmişdim sonra isə elə imkan yarandı ki oxudum. Film çox yaxşı olsa da təqdir edərsiniz ki, dönəm filmləri çox ağır keçir. Lakin qəribə olan odur ki, kitabı daha rahat oxudum. İngilis ədəbiyyatından çox əsər oxumamışam və mənə həmişə elə gəlirdi ki, onlar tamamilə ayrı dünyaların insanlarıdır və heç cür empatiya qura bilmirdim. Şeyhpirdən sonra ceyn xanım birazda olsa bu hissi qıra bildi. “I have been a selfish being all my life, in practice, though not in principle.”
Aşk ve GururJane Austen · Armada Yayınları · 202098bin okunma
10/10
·367 syf.··
Beğendi
·
2024 11. kitabı
·
8 günde okudu
·
Okunma: 03 Mayıs 2024 00:00
"Cəhənnəmdən gələn səs" əsəri mənim üçün ən dəyərli kitablardan biridir. Ümumiyyətlə, müəllifin yaradıcılığını hər zaman yüksək qiymətləndirmişəm, lakin bu əsər mövzusu və yaratdığı emosional təsir baxımından mənim üçün xüsusi yer tutur. Vətənpərvərlik mövzusu mənim üçün çox önəmlidir və bu kitab həmin hissləri dərin şəkildə yaşatmağı bacarır. Əsərdə doğma torpaqlarımızın taleyi, xalqımızın yaşadığı ağrılı hadisələr və qanlı tariximizin müəyyən səhifələri elə təsvir olunur ki, oxucu hadisələri sadəcə oxumur, sanki onları hiss edir və yaşayır. Kitabda təkcə tarixi hadisələr deyil, həm də insanlıq, fədakarlıq, ailə dəyərləri, ana-oğul münasibətləri və vətəndaşlıq məsuliyyəti kimi mövzular da təsirli şəkildə işlənib. Məhz buna görə əsər məndə güclü emosional iz buraxdı. Bu kitabı gələcəkdə yenidən oxumağı düşünürəm. Çünki mənim üçün sadəcə maraqlı bir əsər deyil, həm də duyğusal və mənəvi baxımdan dəyərli bir kitabdır.
Cəhənnəmdən Gələn SəsElhan Elatlı · Elgün · 20091,203 okunma
6/10
·80 syf.··
2026 133. kitabı
Alvaro obrazı heç də sadəcə bir yazıçı deyil. O, ədəbiyyatın qaranlıq üzüdür. Bəs niyə mən ondan nifrət etmək əvəzinə, az qala ona acıdım? Çünki Cercas bu qəhrəmanı elə bir nöqtəyə qoyub ki, o, artıq reallıqla kitab səhifələri arasındakı o nazik pərdəni qırır. Alvaro qonşularını personaj kimi görməyə başlayanda mən düşündüm: "Bəs görəsən, mən də kiminsə romanında personajam?" Bu sual məni bir müddət universitet vaxtlarımda oxuduğum Borgesin labirintlərinə apardı. Amma etiraf edim ki, Cercas hələ bu meta-ədəbi oyunu tam cilalaya bilməyib. Bəzən hiss olunur ki, müəllif özü də Alvaronun dəliliyi ilə yazıçı sənəti arasında qalıb və bu qarışıqlığı o qədər də ustalıqla həll etmir. Kitabın ən güclü tərəfi, şübhəsiz ki, onun qısalığıdır. Bu saplantı uzansaydı, mən yəqin ki, boğulardım. Amma 60-80 səhifəlik bu novella məni sıxıcı bir fəlsəfi traktat kimi deyil, daha çox psixoloji triller kimi saxladı. Səhifələr çevrildikcə hiss edirsən ki, Alvaro əslində öz romanını yazmır, əksinə, həmin roman Alvaronu yazır. Bu, mənə obrazların müəllifə qarşı üsyanı kimi gəldi və bu fikir məni çox heyran etdi. Bəs zəif cəhətləri? Qonşu obrazları mənim üçün çox yastı qaldı. Onlar sadəcə Alvaronun güzgüsünə çevriliblər. Kölgə kimidirlər. Cercas onlara nəfəs verməyə, ya da heç olmasa bir az daxili aləm bağışlamağa tələsmir. Bu da kitabı bir qədər "laboratoriya təcrübəsi" səviyyəsində saxlayır. İkincisi, Alvaronun əxlaqi süqutu məni heyrətləndirsə də, bu süqutun psixoloji dərinliyi məni tam qane etmədi. O, niyə bu qədər asanlıqla manipulyator oldu? Cavabı "ədəbiyyat eşqi" ilə ötüşmək mənə bir az bəsit gəldi. Bu kitabı oxumaq mənə bir gənc rəssamın ilk kətanına baxmaq kim idi – fırça vuruşları qeyri-bərabərdir, rənglər hələ tam qarışmayıb, amma orada artıq böyük bir rəssamın gələcək qoxusu var.
SaplantıJavier Cercas · Everest Yayınları · 2016701 okunma
10/10
·144 syf.··
Beğendi
·
2026 18. kitabı
·
33 günde okudu
·
Okunma: 02 Haziran 2026 12:18
Normalda klassik ədəbiyyat üstünlük verdiyim janr deyil. Bəzən bəzi klassik əsərlərin həddindən artıq şişirdildiyini, lazımsız dərəcədə uzun olduğunu düşünürəm. Lakin "Səfillər" romanı bu fikrimin ən böyük istisnalarından biridir. Bu əsər məndə dərin iz buraxan kitablardan oldu və gələcəkdə yenidən oxumaq istədiyim əsərlər sırasındadır. Roman təkcə fərdi taleləri deyil, həm də dövrün sosial ədalətsizliyini, yoxsulluğu, insanların yaşam mübarizəsini və cəmiyyətin müxtəlif təbəqələrini təsirli şəkildə əks etdirir. Oxuyarkən bəzi hadisələr insanı kədərləndirir və narahat edir, lakin məhz bu güclü emosional təsir əsərin ən böyük üstünlüklərindən biridir. Müəllifin bütün əsərlərini eyni dərəcədə sevməsəm də, "Səfillər" mənim üçün əsl şah əsərdir. Şəxsi kitab siyahımda ilk onluqda yer alan bu romanı klassik ədəbiyyata marağı olan hər kəsə tövsiyə edərdim.
SəfillərVictor Hugo · Bakı, Altun Kitab Nəşriyyatı · 2024105,4bin okunma