Ulvi İsayev

10/10
·185 syf.··
2023 4. kitabı
·
4 saatte okudu
·
Okunma: 18 Ocak 2023 17:14
Salam. Söyüdlü axr kitabını iki gündür ki oxumuşam. Əsərlə bağlı fikirlərimi yazmadan əvvəl iki gün həzm etməyim üçün özümə möhlət verdim. İki gün sonra belə Nuriyyə mənə doğma gəlir. Çox canayaxın personaj idi. İndiyə qədər oxuduğum kitablar arasındakı ən yaxşı qadın obrazı məzh özüdür. Ümumən kitab çox ləzzət verdi. Bəzən ədəbiyyat oxumalarını axsadırıq, ya da bir şey öyrətmir deyib ümumiyyətlə oxumuruq, ancaq bu yaxınlarda bir video gördüm, orada deyirdi ki – Ədəbiyyat bilgi verərək insanları öyrətmir, ədəbiyyat sənə hiss elətdirir və sən sonda əlində sıfır informasiya kitabı bağlasan belə mənəvi olaraq güclü bir dərs almış olursan kitabdakı hər duyğu vəziyyətinə girib çıxaraq. İndi mən də yüz faiz çox şey öyrənmişəm bu kitabı oxuyub. Çünki mən də çox duyğu seli yaşadım kitabda. İki yerdə güldüm, biri yadımdadır ki, Murad gələndə Nuriyyəni yatarkən izlədiyini deyir, Nuriyyə də utanır, deyir bəs, “ deyirlər mən yatanda ağzıaçıq yatıram” hahahaha. Qalan yerlərdə isə çoxca kövrəldim. Son 30 səhifəsini iki saatdan çox zamanda oxumuşam. Cümlələri ağır həzm olunurdu. İndi isə daha ətraflı. Yazarın tərzini çox bəyəndim. Özü, öz yazdıqlarına şərh verirdi sanki. Dialoqlar, hadisələr bir-birinin ardı ilə axır və bir yerdə Nuriyyə özü ilə tək qalıb olub bitənləri qiymətləndirirdi. Məsələn elə anların birində İmi və Cimi qardaşlarından İmi olanına Hümmət “sənin kimi yazarı buralarda tapmaq mümkün deyil” minvalında şeylər deyir, İmi, Hümmətini istehzasını başa düşür, ancaq “ tapmaq olar” deyə cavab verir. Bu barədə Nuriyyə təqribi – “İmi və Cimi kimi adamların həyatda heç vaxt nəinki hücum, heç müdafiə pozisyası tutmayacaq qədər cəsarətsiz olduqlarını fikirləşir. Çünki onlar nə qalib gəlmək nə də məğlub olmaq iqtidarında deyillər. Onlar nə ağ olacaqlar nə qara. Onlar üçün
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,308 okunma
Reklam
Puan vermedi·218 syf.··
2022 42. kitabı
·
143 günde okudu
·
Okunma: 31 Ekim 2022 12:47
instagram.com/tv/CkoMhONjJdg/... Al sənə incələmə. Aa 1k 150 karakterdən aşağı incələmə qəbul eləmirmiş. Həmişə dədə qorqud boyu boyda yazdığım üçün bilmirdim təbii
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2024102,2bin okunma
malas
Puan vermedi·460 syf.··
2022 34. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Temmuz 2022 23:43
Kitab, real hadisələr əsasında yazılmışdır. Hadisənin üstündən 25 il keçdikdən sonra hərbiçi Anton Hofmiller özü hekayəni Zweig’a danışır. Uzun nə isə yazmağa ehtiyac yoxdur, Hofmiller, sən, duyğularını idarə edə bilməyən, verdiyi qərarın arxasında dura bilməyən, mərhəmət etdikdə belə bunu bildirərək edən, düşdüyü vəziyyətin necəliyindən xəbərsiz, ancaq özünü düşünən ( o qıza yaxşılıq eləmək istəyəndə belə özün özünü yaxşı adam bilməyin üçün əlləşirdin), hər şey pis günə düşəndə də duxu çatıb səbəb olduğun fəlakətin axrasında dura bilməyəcək qədər zəifsən. Yol ilə gedirsən, bir qəşəng gül görürsən düzdü mü, səndə onu iyləyəcək burun yoxdursa, niyə qırırsan axı o gülü. Mərifətin qanacağın olsun, adam kişi olar.
Edebiyat
Sabırsız YürekStefan Zweig · Can Yayınları · 20167,5bin okunma
Puan vermedi·95 syf.··
2022 25. kitabı
·
8 saatte okudu
·
Okunma: 13 Nisan 2022 21:50
Qılqamış. Adına bax da. Bunu ilk dəfə 1k da mifologiya kitablarına baxanda görmüşdüm. İki dənə də dostumuz var, bir-biriylə zarafatca atışanda "qılqamış" deyirlər. Mən də dedim ki, bir kitabı oxumaq üçün bundan yaxşı səbəb olmaz, başla oxu, Ülvi. Sözümdən çıxmadım, oxudum. Dastan, Şumer mifologiyasına aiddir. Qılqamış, tarixə ilk qəhrəman kral olaraq keçib. Ona ölümsüzlüyü axtaran kral da deyirlər. Şumer krallıq arxivində 126 il kral olduğu deyilir Qılqamışın. Çox imiş. Zatən o da insan olmayıb. Üçdə biri insan, üçdə ikisi tanrı olub. Dünyanın ən köhnə kitabı olaraq adı keçən Qılqamışın izinə ilk dəfə 1849da Austin Hery Layard`ın İncildəki şeylərin reallığını yoxlamaq üçün Mesapatomiya ərazisində apardıqları araşdırma zamanı rast gəliblər. Demək, qısaca sujet xətti belədir ki, Qılqamışın Enkidu adlı özünə oxşayan bir dostu olur. Dostu öləndən sonra Qılqamış onu heç olmasa bircə dəfə görmək üçün tanrılardan icazə alır. İcazə verirlər. Enkiduyla danışanda, dostu ona yerinaltının çox pis olduğunu, işgəncə gördüyünü, yeməklərinin toz-torpaq olduğunu deyir. Bunu üstünə Qılqamış, dostunun halına pis olmaqdan çox öz canının dərdinə düşür. Ölmək istəmir, ölümsüzlüyü axtarır. Əvvəl ölümsüzlüyü tapan bir nəfərin yanına gedir. Utnapiştimin ölümsüzlüyü necə qazandığını soruşur. Utnapiştim ona necə qazandığını danışır. Bizim Nuh köçü deyə bildiyimiz hekayənin də başına gəldiyini zad deyir. Bilmirəm burada bir gönderme mi var, amma maraqlıydı. Əl-qərəz, Utnapiştimin danışdığı hekayə Qılqamışın edə bilməyəcəyi cinsdən idi. Buna baxmayaraq ( ayda mən deyəsən bütün kitabı yazıram bura, niyə eləyirəm) yoldaşı deyir, Qılqamışı boş yola salmayaq, bura qədər əziyyət çəkib gəlib. Utnapiştim də ona cavanlıq otu verir. Qılqamış ev yolunda bir göldə çiməndə həmən otu bir ilan yeyir, qabıq
GilgameşMuazzez İlmiye Çığ · Kaynak Yayınları · 20131,798 okunma
6/10
·107 syf.··
2022 22. kitabı
Bazı kitaplar vardır.... Okumasam da olurmuş dediğiniz, bu kitap o kitap.. :d Kitabı Söhbətgah verilişində gördüm, videonu bağladım dedim oxuyum. Kitabın adı Mifin qısa tarixidir, əcaba çox mu qısa olub? Ancaq umumi şeylər. Umumi şeyləri mən də bilirdim zatən. Təzə iki - üç şey öyrəndim. Onun da birini bura yazmayacam. Psixologiyanın ilk forması miflər olub. Bu, maraqlı fikir idi. Yazar kitabda logosdan da bir az narahatdır. Mən də narahatam. Hakan Gündayın da dediyi kimi, hər şeyi anlamaq məcburiyyətində deyilik, mümkün də deyil zatən.Logos, mifosun üstünə o yaranan kimi hunharca cumur və çox keçmir ki onu öldürür. Yazar da deyir ki, bəzi şeyləri elm sizə çatdıra bilməz, bəzi şeylərlə sizi təmin edə bilməz. O mənəvi şeyləri də qoyun miflər təmin eləsin, bildik alimsiniz hamınız, çox bilirsiniz. Başka da bir numarası yok.
Mitlerin Kısa TarihiKaren Armstrong · Merkez Kitaplar · 2006594 okunma
Reklam