Clara

Clara
@unavailable1
Azerbaijan State Pedagogical University
Azerbaijan, Baku, 2006
31 okur puanı
Nisan 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Bir evə xəstəlik girəndə o, təkcə xəstənin bədənini ələ keçirmir, qəlbində də bütün ümidlərin boğulduğu qalın bir hörümçək toru salır.
Sayfa 76·Kitabı okudu
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yay yağışı kimi kitab
9/10
·368 syf.··
2025 4. kitabı
ÖZünü gizlətməyə çalışan qapıçı qadın, intihara meyilli olan bir qız uşağı və Yaponiyadan gələn qonşularının gəlməsi ilə kəsişən həyatları…. İmtahanlar zamanı bu kitab çox sakitləşdirici oldu Çox səmimi görünür bütün qəhrəmanlar Sanki reallıqda varmış kimi hiss elətdirir Çox böyük həvəslə oxumağa başladım və özünü doğrultdu Kitabda fəlsəfə, filmlər, sənət əsərləri hamısı var Oxuyarkən həm güldüm, həm duyğulandım, həm də sorğuladım və bəyəndimm
Duygu ve Düşünce
Kirpinin ZərifliyiMuriel Barbery · Qanun Nəşriyyatı · 20229,8bin okunma

Clara

, bir kitap okudu
9/10
·368 syf.··
2025 4. kitabı
Muriel Barbery
7.9/10 · 9,8bin okunma
Yüksəliş və Yalnızlıq
8/10
·517 syf.··
2025 3. kitabı
·
17 günde okudu
·
Okunma: 13 Mart 2025 23:55
Kiçik Spoiler var Martin Eden – Fərdin Yüksəlişi və Yalnızlıq Uzun zamandır oxumaq istədiyim, amma hər dəfə yarımçıq qoyduğum Martin Eden kitabını nəhayət bitirdim. Reading slump dövründə oxumaq biraz çətin oldu. Kitabın sonuna çatanda ağlıma bir sual gəldi: “Niyə daha əvvəl oxumadım?” Çünki bu kitab sadə bir oxu təcrübəsi deyil; o, bir insanın içindəki mübarizəni və cəmiyyətin onu necə formalaşdırmağa çalışdığını gözlər önünə sərir. Martin Eden – Özünü Yaradan Bir İnsandır Martin, işçi sinfindən gələn, təhsilsiz, amma böyük bir iradə və əzimlə özünü yetişdirməyə çalışan bir gəncdir. Ruth Morse-a aşiq olur və onun dünyasına daxil olmaq üçün özünü dəyişdirmək qərarına gəlir. Gecə-gündüz oxuyur, yazır, hər şeydən xəbərdar olmaq istəyir. Amma əsas sual budur: İnsan başqalarının gözündə qəbul edilən biri olmaq üçünmü çalışmalı, yoxsa öz içindəki boşluğu doldurmaq üçünmü? Martin, burjuaziyanın soyuq və riyakar dünyasını tanıdıqca, bu dünyaya aid olmadığını anlayır. Müvəffəqiyyət qazandıqca, bir vaxtlar ona əhəmiyyət verməyənlər(bacısı belə) ona heyranlıqla yanaşmağa başlayırlar. Lakin gecdir, artıq Martin üçün bu uğurların heç bir dəyəri qalmır. Onun içindəki boşluq daha da böyüyür. Martin və Ruth- Eşq, İnanc və Məyusluq Martin ilə Ruth arasındakı əlaqə kitabın ən maraqlı tərəflərindən biridir.(Məncə) Ruth, Martinin ilham qaynağıdır, amma eyni zamanda ona qarşı etinasızdır. Martin ən çox ehtiyac duyduğu anlarda Ruth ona dəstək vermir. Amma Martin tanınmış bir yazıçı olduqda, Ruthun ürəyi birdən-birə dəyişir. Burada, London sevginin sınaqdan keçdiyi anlarda, gerçək olub-olmadığını aydın şəkildə göstərir. Kitabın sonunda isə biz Martinin artıq Ruthu sevmədiyini və heç vaxt sevmədiyini anlayırıq. Bəlkə də onun sevgisi yalnız bir məqsədin əsiri olmuşdu. Bəlkə də Martin heç
Edebiyat-Düşünce
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma

Clara

, bir kitap okudu
8/10
·517 syf.··
17 günde okudu
·
2025 3. kitabı
Jack London
8.9/10 · 135,3bin okunma