Clara

Clara
@unavailable1
Azerbaijan State Pedagogical University
Azerbaijan, Baku, 2006
31 okur puanı
Nisan 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Qorxu
Əgər qorxurlarsa, bunu necə gizlədirlər? Axı şaftalı, gilas deyilik ki, çürüyək. Qorxu insana nə edir bəs? Bəlkə, biz də çürüyürük, amma xəbərimiz yoxdur. Bəlkə, bu, qorxu deyil, qayğıdır?
Sayfa 108·Kitabı okudu
Düşünce
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ölüm
"Dedəmə nə olub, Qaraşöz? Ha, nə olub?" – tez pıçıldadım. Qaraşöz başını qaldırıb mənə baxdı və yaşarmış gözlərini tez-tez qırpdı: – Şini deyir ki... – Ha, nə deyir? – Səbrim daha da tükəndi. – Deyir ki, onu öldürüblər. ÖLÜM sözü pıçıldadım. "Ö" hərfini içimə çəkib, "M" hərfi ilə ağzımı yumdum. Sözü nəfəs kimi içimdə saxlamaq istədim. Mənə elə gəldi ki, sinəm yanır, qabırğalarımın altı şişirdi. Bu artıq üçüncü söz idi: qolçomaq, Sibir və ölüm. Bəlkə, üçü də bir-biri ilə əlaqəlidir? Amma görəsən, hansı daha ağırdır? Sözlərin boyu-buxunu, eni-uzunu, ağırlığı, yüngüllüyü varmı, görəsən? Ayağa qalxıb key kimi otağıma yollandım. ÖLÜM – "qolçomaq" sözü məni küncə sıxırdısa, "Sibir" sözü nəsə uzaqlarda müəmmalı bir aləm kimi görünürdü. Amma ölüm... Bu söz başına zərbə endirilmiş balta kimi idi. Hə, sözlər, gücüm çatan sözlər var, bir də gücüm çatmayan sözlər. Yavaş-yavaş başa düşməyə başlayırdım. Elə sözlər var ki, nə qədər şəllənsəm də, heç vaxt onlara gücüm çatmayacaq.
Sayfa 57·Kitabı okudu
Düşünce
Deyəsən, sükut adamların danışmağa gücü çatmayanda olurmuş. Bunu bilmək məni də ağrıtdı ki.... Bəs, görəsən, bilmədiyim daha nələr var idi?
Sayfa 52·Kitabı okudu
Düşünce
Məndən dünyada ən acığım gedən şeyin nə olduğunu soruşsaydılar, "sükut" deyərdim.
Sayfa 49·Kitabı okudu
Düşünce
Taxta məktub və Taxta əlfəcin...
9/10
·180 syf.··
2025 2. kitabı
·
23 saatte okudu
·
Okunma: 31 Ocak 2025 00:10
Ülviyyə Tahirin Ülviyyə Tahir "Taxta Məktub" Taxta Məktub əsəri tarixi roman janrında yazılmış, repressiya illərinin acı həqiqətlərini bir uşaq dünyagörüşü ilə əks etdirən təsirli bir əsərdir. Müəllif oxucunu ədalətsiz repressiya dövrünə apararaq, cəmiyyətin məruz qaldığı haqsızlıqları və fərdi insan talelərini kiçik bir qızın gözündən göstərir. Kitabın dili olduqca sadə və axıcıdır. Bu, əsərin əsas qəhrəmanı olan balaca Qəmərin dünyagörüşünə uyğunlaşdırılıb. Müəllif uşağın həyatla bağlı verdiyi suallar və onun hissləri vasitəsilə böyük tarixi hadisələrin içində bizi kiçik bir dünyaya daxil edir. Qəmərin baxış bucağı romanın emosional təsir gücünü daha da artırır. Oxucu onun düşüncələri ilə tanış olduqca, repressiyaların fərdi insanlara necə təsir etdiyini dərindən hiss edir. "Taxta Məktub" təkcə bir ailənin yox, bütöv bir xalqın yaşadığı zülmü əks etdirən bir əsərdir. Qəmərin atasız qalması, onun bu hadisələrə uşaqlıq saf düşüncəsi ilə yanaşması oxucunu dərindən təsirləndirir. Müəllif burada tarixlə insan taleyi arasında gözəl bir balans yaradır. Məncə tarixi romanlara marağı olmayan oxucular üçün belə bu əsər uyğundur, çünki burada hadisələr akademik və quru tarix dili ilə yox, canlı insan taleləri ilə təsvir olunub. "Taxta Məktub" sadə dili, dərin mövzusu və təsirli süjeti ilə yadda qalan bir əsərdir. Kitab təkcə tarixi hadisələri anlamaq üçün deyil, həm də insan duyğularını hiss etmək üçün oxunmalıdır. Qəmərin gözlərindən baxaraq, unudulmaz bir tarix səhifəsinə şahidlik edirik. Unutmamaq və unutdurmamaq üçün oxumağa dəyər.
Düşünce
Taxta MəktubÜlviyyə Tahir · Səbat Nəşriyyatı · 202441 okunma