Əsərin əvvəlində baş qəhrəman qeyri-adi biri.. Bizdən biri olan, amma bir qədər bizdən fərqləniri.. Bu, 8 yaşlı ayaqları inkişafdan qalmış Sara Millerdir. 8illik həyatını evində, ailəsinin əhatəsində keçirən bir qızcığaz indi məktəbə gedəcək, fərqli mühitdə fərqli isanlarla qarşılaşacaqdı.
İlk gün, balaca Sara o qədər sıxılmışdı ki, tez evə getmək üçün sanki vaxtı iplə çəkirdi. Dərs deyən müəlliminin də bu qüsurlu şagirdinə fikri o qədər də xoş deyildi. Və qızcığaz bunu çox gözəl bilirdi. Hətta bəzi məktəb uşaqlaeı onun məktəbə çox tab gətirə bilməyəcəyini və tezliklə məktəbi tərk edəcəyini düşünürdülər. Amma Saranı sevənlər də az deyildi. Ailəsi, nənə-babası, ona növbə ilə yardımçı olan məktəb yoldaşları. Bu dostlar arasında Lili və Con demək olar ki, mükəmməl bir dost idilər. Əgər bir qüsurlu birinə bu qədər güvənə, ondan utanmayaraq onunla zaman keçirə bilirlərsə demək onlara yaxşı dost demək olar. =)
Sara.. Əsərin qəhrəmanı. Güclü və ağıllı bir sima.. Sarı hörüklü, gülərüzlü bir qız. Bəzən çoxunun edə bilməyəcəyi işləri cəsarətlə edən 8 yaşlı bir uşaq. Bu dediklərimi bir yerə cəm edəndə insan mükəmməl birini təsvir edir. Doğurdan da, bu belədir. Sara ətrafındakı insanların onu necə gördüklərini çox yaxşı anlayır. Görür, duyur.. Amma bununla bağlı heçkəsə kin bəsləmir. Hərkəsi bağışlaya bilən bir qızcığaz, onlara həyat dərsi keçir.
Onu sevməyənlərdən biri də qonşusunun qızı Marta idi. Sara bunu bilərək onunla xoş davranır, amma Marta onu incitmək üçün əlindən gələni əsirgəmir. Onu utandıracaq sözlər, kobud davranışlar..
Bunlar Saranı daha da möhkəmləşdirir. Yuxuları onun mükəmməl məkanı olur zamanla. Yuxuda uçduğunu xəyal edən birini düşünün, insana ilkdə gülünc gəlir eləmi? Amma bu zamanla aydınlaşır. Saranın uçmağı hərkəsin düşünə biləcəyi bir bəsit uçuş