Puan vermedi·300 syf.··
Beğendi
·
2026 45. kitabı
·
31 günde okudu
·
Okunma: 17 Haziran 2026 14:03
"Əgər insan ömrünün sonuna qədər öz uşaqlığını qoruyub saxlayırsa, deməli, o, yaxşı insandır." Mustay Kərim Müsahibələrinin birində Zahid Xəlil deyir ki, uşaq yazıçısı yaşlı uşaqdır. Mən 75 yaşlı uşaq olmağımla fəxr edirəm. Haqqında danışanda adətən adından əvvəl "uşaqların sevimlisi" deyirlər. Amma o, təkcə uşaq ədəbiyyatı yazmayıb. Elə bu kitabında da kifayət qədər böyüklərin də oxuyacağı hekayələr var. Uşaq ədəbiyyatı bəzən böyük əsərlərdə yazıla bilməyən məqamları çatdırmaq, bəzən bunu həm həcmi etibarilə, həm də adı ilə, yəni uşaq ədəbiyyatı adı ilə böyüklər üçün əsər yazmaq baxımdan əvəzsizdir. Zahid Xəlilin son vaxtlarda çap olunan kitablarından nəsr əsərlərinin(91 hekayə) yer aldığı "Kralın kreslosu" kitabındakı hekayələr uşaqların dünyagörüşünün formalaşmasında, əxlaqi və mənəvi tərbiyəsində və onlarda müsbət xarakter formalaşmasında, şübhəsiz, böyük rolu olacaqdır. Bəzi hekayələr də var ki, onları duymaq üçün Zahid Xəlillə şəxsi tanışlığınız olmalı, hekayələrin yaranma hekayəsini onun dilindən dinləməlisiniz. Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə bəyəndiyim bir neçə hekayə var: "Kralın kreslosu", "İki parıltı", "Bağırmaq istəyən adam", "Quyunun dibindəki adam", "Güzgü", "Körpə nəğmənin nağılı", "Boz yalan", "Dünyanı özü ilə aparmaq istəyən Bəşir" və s. Bunlar heç şübhəsiz uşaq hekayələri deyil. Yazıçının yaşadıqları, öz şəxsi duyğuları, dostları haqqında, cəmiyyətdə gördüyü haqsızlıqlar uşaq hekayələrinin cibində gizlənmiş həqiqətlərdir. Bu yazını kitabı özüm oxuduğum vaxt qeyd etmişdim, burada da qalsın istədim. Bu dəfə isə oğluma oxudum bu kitabı, mənim Zahid müəllimim onun Zahid babası oldu.
Kralın KreslosuZahid Xəlil · 3 Alma · 202116 okunma
8/10
·272 syf.··
2026 66. kitabı
·
5 günde okudu
·
Okunma: 13 Haziran 2026 03:21
Elmi kitablarin xestesi olduğum uçun tebiiki bu kitabida sevdim ve maraqla ,zövqle oxudum sizlerede tövsiyye edirem Kitab elmi faktlara esaslanaraq bize men kimem? heqiqeten kim qerar verir? Realliq nedir ? ve bu kimi sullara elmi açiqlamalar getirerek ,insan beyni,sxematik quruluşu ,ister huceyreler,neyronlar haqda,istersede keçirilen elmi tecrübeler haqqindan çox rahat ve başa dúşúlen dille açiqlamalar verir.Müəllif izah edir ki, beynimiz doğulduğumuz andan etibarən daim dəyişir. Yaşadıqlarımız, öyrəndiklərimiz və ətraf mühit beynimizi formalaşdırır.Eagleman deyir ki, gördüyümüz dünya əslində beynimizin yaratdığı modeldir. Gözlərimiz, qulaqlarımız və digər hiss orqanlarımız yalnız məlumat göndərir, həmin məlumatları mənalandıran isə beyindir. Yəni: Hamımız eyni dünyanı görmürük. Beyin boşluqları özü doldurur. Xatirələrimiz belə tam etibarlı deyil göstərir ki, qərarlarımızın böyük hissəsi şüuraltı proseslər tərəfindən verilir. Biz çox vaxt qərarı əvvəl veririk, sonra isə özümüzə məntiqi izah tapırıq. Burda en xosuma gelen hisselerden biride odurki yazici qeyd edirki ,insanlar toplu halda yasamaga uygunlaşmis varliqlardir ,insan cemiyyetden tecrid olunanda onun şüuralti ve psixikasinda yaranan problemleri anlaşila bilen elmi dille çox gozel izah edir mutleq oxuyun
BeyinDavid Eagleman · Domingo Yayınevi · 20167,1bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
6/10
·128 syf.··
2026 65. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Haziran 2026 11:38
Yaziçi bu əsərdə belə bir fikir irəli sürür: İnsanlar hər zaman yalan danışırlar. Əsas məsələ yalanın özü deyil, onun necə və hansı məqsədlə istifadə edilməsidir.Twain istehza ilə deyir ki, insanlar onsuz da yalan danışır, amma bunu çox vaxt pis və bacarıqsız şəkildə edirlər. Sonra da bu fikri zarafat və satira ilə inkişaf etdirir ve insanları mühakimə etməkdən çox, onların zəifliklərini göstərərək güldürür və düşündürür. Eslinde kitabda oxucuya çatdirilan mena boýukdur sadece men nedense oxurken çox sixildim((
Yalan Söyleme SanatıMark Twain · Kopernik Kitap · 2021121 okunma
Şah əsərə yaraşmayan yarımçıq sonluq
10/10
·58 syf.··
Beğendi
·
2026 23. kitabı
·
24 saatte okudu
·
Okunma: 13 Haziran 2026 15:30
Spoiler ola bilər. Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.
Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,3bin okunma
Abdul oğlunun məntiqsiz kitabı.
Puan vermedi
Rövşən Abdul oğlu üzləşmə, mən yeməli deyiləm kitabları yaza bilirsə necə olurki bunun kimi sadə heç bir fəlsəfəsi olmayan kitab yazır mən yaxşı bir tənqid edirəm pis başa düşməyin yəni kitabı oxudum bitirmekde o qədər vaxt almadı amma digər kitablarınızdan əsər əlamət yox idi. Oxuduğuma peşman oldum. Uşaq əsəri idi ya deyildi bilmirəm amma uşaq eseride olsa çox mənasız idi yəni mən relsler üzərində uzanmış adam əsəri kimi hətta mənə görə ən yaxşı eseriniz olan kitabdan çox gözləyirəm sizi sevirəm Rövşən abii Rövşən Rövşen Abdullaoğlu
Baramada Gizlənən OğlanRövşen Abdullaoğlu · Dostum Nəşriyyatı · 202537 okunma
Puan vermedi·328 syf.··
2026 22. kitabı
·
13 günde okudu
·
Okunma: 10 Haziran 2026 17:02
McFadden oxuyanda artıq heç kimə inanmıram. Çünki onun kitablarında görünənlə həqiqət heç vaxt eyni olmur. "İş yoldaşı" İtkin düşən bir iş yoldaşı, tapılan e-poçtlar, şübhəli yazışmalar və hamının ittiham etdiyi tək bir nəfər — Natali. Hər səhifədə fikrinizi dəyişəcək, hər detal sizi başqa istiqamətə aparacaq. Mən sonluğu təxmin etdiyimi düşünürdüm, amma McFadden yenə öz oyununu oynadı. Bu kitab bir daha sübut etdi ki, insanları tanımaq heç də asan deyil...
İş ArkadaşıFreida McFadden · Olimpos Yayınları · 20251,844 okunma