Namaz—Qəlbimdəki Utanc Və Həqiqi Eşqə Çağırış!
10/10
·131 syf.··
2025 3. kitabı
·
13 günde okudu
·
Okunma: 07 Aralık 2025 05:13
Bu kitabı bitirdikdən sonra mənəvi bir sarsıntı yaşadım. Ustad Elirza PenahiyanElirza Penahiyan namazın sadəcə gündəlik bir borc yox, insanın bütün mənəvi və həyati problemlərinin kökündə duran əsas məsələ olduğunu o qədər aydın şəkildə izah etdi ki, namazlarıma indiyə qədər necə səhlənkar yanaşdığımı dərk etdim. Əslində hər bir azan fərdi olaraq məhz mənim üçün edilən bir çağırışdır. Sanki Allah: "Ey bəndəm, bu dünya işlərini burax, yanıma gəl!" deyə səslənir. Bu qədər mehriban və Qüdrətli olan Varlığın çağırışına səssiz qalmaq, dünya işlərini Onun çağırışından üstün tutmaq nə qədər utandırıcı bir hal imiş. Axı Allah Qiyamətdə belə günahlarımızı pərdələyəcəyini vəd edir: "Mən bəndələrimə səndən də mehribanam!" Bu qədər sevilən bir bəndənin biganəliyi ağrı verir. Məhəbbət Hardadır? Kitabda öyrəndiyim ən böyük həqiqət isə budur: Namaz bizim nəfsi istəklərimizin tərbiyəsində əsasdır. Namazın ən mühüm xeyri, insanın təkəbbürünü aradan aparmasıdır. Çünki namazın təkrar olunan hər bir hərəkəti bizə daim Allahın əzəmətini və insanın kiçikliyini xatırladır. Problem odur ki, biz namazda heç bir dəyişiklik olmadan eyni şeyləri edirik, nəticədə düşüncəmiz formalaşmır və namaz bizə adiləşir. Bax, bütün problem də məhz buradan başlayır. Həyatımızın ən önəmli olanına önəmsiz davranırmışıq. "Məhəbbət yalnız öz nəfsinə qarşı qiyam edən ürəkdə tapılır." Həqiqi eşq, həqiqi vəfa və səmimiyyət yalnız nəfsinin istəklərinə qarşı çıxan qəlbdə tapılır. İnsanın öz nəfsinin əleyhinə atdığı ən kiçik addım isə namazdan heç bir şey əskiltmədən, əvvəl vaxtda və ədəblə qılınan namazdır. Həzrəti Əli (ə) buyurur: "Namaz şeytanın üzünü qaraldır." Namaz bu səbəbdən böyük cihadın təməlidir. Namazımızı düzəltsək, inşallah, həyatımızdakı bütün çətinliklər də aradan qalxacaq. Ustad Pənahyanın bu kitabı hər bir namaz qılanın
Din
Necə Kamil Namaz Qılaq?Elirza Penahiyan · İbrət Nəşriyyat · 202035 okunma
insanı mənəvi kamilliyə aparmaqdır.
9/10
·288 syf.··
2025 18. kitabı
Ədəbiyyatın bağçasında bir gül var ki, əsrlər keçsə də solmur — o, Sədi Şirazinin “Bostan”ıdır. Bu əsər təkcə bir kitab deyil, insanlığın vicdanına yazılmış hikmətlər xəzinəsidir.Sədi “Bostan”ı yazarkən sanki söz toxumlarını torpağa səpdi, hər toxumdan bir hikmət, bir dərs, bir ibrət bitdi. O, insan ruhunun dərinliklərinə enərək bizə ədalətin, səxavətin, mərhəmətin və sevginin əsl mənasını göstərdi.Əsərdəki hər fəsil bir bağçadır biri ədalət bağçası, biri sevgi bağı, biri səxavət güllüyü... Sədi deyir ki, insanın gözəlliyi zahirində deyil, əməlində və niyyətindədir. O, padşaha da, kasıba da eyni dərəcədə öyüd verir: “Ədalət etsən, səltənətin əbədi olar; zülm etsən, sarayın da xarab olur.” “Bostan”da sözlər qızıl kimi çəkilidir, hər beyt bir aynadır kim baxsa, özünü görər. Sədi bu əsərdə insanı Allaha yaxınlaşdıran mənəvi yola çağırır. Onun fikrincə, insanı ucaldan nə mal-dövlət, nə də şöhrətdir — onu ucaldan yaxşılıqdır, səmimiyyətdir, vəfa və mərhəmətdir.Sədi Şirazinin dili sadə, amma hikmətlidir. O, ağır fəlsəfi fikirləri xalqın anlayacağı dillə söyləyir, elə bil bir ata övladına öyüd verir. “Bostan” oxuyan hər kəs bir anlıq dayanıb düşünür: “Mən nə qədər ədalətli, nə qədər mərhəmətli, nə qədər insaniyəm?”Bu əsərin dəyəri ondadır ki, o, zamanla köhnəlmir. XIII əsrdə yazılsa da, XXI əsrin insanına da eyni güclə təsir edir. Çünki insanın mənəvi ehtiyacı yaxşılıq, sevgi, vicdan heç vaxt dəyişmir.“Bostan” bizə öyrədir ki, həyat bir bağçadır, biz isə orada ya tikan əkərik, ya gül. Hansını seçəcəyimiz isə öz əlimizdədir.Sədi Şirazinin “Bostan”ı sözün, hikmətin və mənəviyyatın təntənəsidir. O, bizə insan olmağın gözəlliyini xatırladır. Hər sətiri bir dua, hər beyti bir güldür — ədəbiyyat bağçasında əbədi ətir saçan bir “Bostan”.
Düşünce
BostanŞeyh Sadi Şirazi · Antik Yayınları · 20103,345 okunma
Reklam
10/10
·154 syf.··
Beğendi
·
2025 166. kitabı
- Bu geyim-kecimnən hara belə, Cəbrayıl? -... İnstitut yoldaşlarımla görüşə gedirəm. Hər il oktyabr ayının üçüncü həftəsi, bazar günü səhər saat onda "Pionerlər" bağına yığışıb, ordan da gedirik köhnə "İnturist"ə. Yeyib-içirik, dərdləşirik, cavanlığımızı yadımıza salırıq. Axşama qədər gəzişib sonra ayrılırıq. Hər il... - Nə gözəl işdi, nə gözəl işdi. Bəh-bəh!.. Çox adam gəlir bu görüşə? - Doqquz nəfər idik. İndi səkkizi bu dünyada yoxdur. - Demək, təkbaşına gedirsən görüşə? - Hə. Doqquz nəfərlik boş bir masa, doqquz dolu qədəh və dostlarının şərəfinə qədəh qaldıran Cəbrayıl... Doqquz gənc, doqquz fərqli həyat hekayəsi: Cəbrayıl, Cəfər, Hümbət, Abdulla, Sərxan, Hacı, Miri, Qasım, Məlik. Onlar gənclikdə sözləşmişdilər ki, hər il oktyabr ayının üçüncü həftəsi, bazar günü səhər saat onda görüşəcəklər. Ömürləri boyunca bu vədə sadiq qaldılar. Ancaq illər keçdikcə masadan dostlar bir-bir əskilməyə başladı... Sonuncu il də görüş vaxtı çatdı. Dostlarının yoxluğunun ağır yükü altında iztirab çəkən, amma vədlərinə sadiq qalaraq görüşə tələsən Cəbrayıl həmişəki vaxtda, həmişəki yerdə idi... İsi Məlikzadədən qəlbə toxunan, insan münasibətlərini, daxili aləmini, keçmişin izlərini və zamanın gətirdiyi nisgilləri üzə çıxaran möhtəşəm povest, bir vəfa hekayəsi...
Edebiyat
Günəşli Payızİsi Məlikzadə · Yazıçı nəşriyyatı · 198210 okunma
10/10
·1526 syf.··
Beğendi
·
2025 8. kitabı
·
29 günde okudu
·
Okunma: 12 Nisan 2025 22:39
Haradan necə başlayım, nə deyim bilmirəm. Ürəyim çox doludu, üzərinə saatlarca danışa bilərəm. Bəlkə də günlərcə.. İlk əvvəl hisslərimdən danışmaq istəyirəm. Kitab boyu yazıçıya heyranlıq hissi keçirdim. Axı sən nə etdin belə Alexandre DumasAlexandre Dumas ? Bu necə gözəl düzənlənmiş əsərdir, heçmi bir qüsur olmaz? Yazıçı o qədər gözəl hadisələri bir-birinə bağlayır ki. O qədər səhnələr oldu ki, bu qədər də incə, detallı düşünməzsən də, dedim. Əsəri oxuyanda xoşbəxtlik, kədər, ağrı, sevgi, dostluq, sədaqətsizlik, güvən, vəfa, qorxu, eşq, təşviş, yetərlilik və bunun kimi o qədər fərqli hisslər keçirtdim ki, hər hissi antonimi ilə birgə yaşayırdım. Mövzu.. Edmond Dantes.. Edmond Dantesin Monte Cristo`ya çevrilməsi.. 19 yaşlı dənizci olan Edmond, Kapitan köməkçisidir. Sonuncu səfərlərində Kapitan ölür və limana qayıdan gəmi Edmond tərəfindən idarə edilir. Gəminin sahibi Morrel, Edmond’u Kapitan edir. Bir də bizim Edmond’umuzun çox sevdiyi nişanlısı var, qəsəbədə gözəlliyi dillərə dastan olan Mercedes. Gəmidən düşən kimi gəncimiz cananının yanına qaçır və qucaqlaşırlar, sevgilərini yaşayırlar, toy hazırlıqları ilə əlaqəli danışırlar. Düşünün, 19 yaşınız var, möhtəşəm işiniz və gözəl eşqiniz var. Necə gözəl nemətlər.. Və bu nemətlərin varlığı düşmənlərini də var edəcəkdir. Ax Edmond.. Toy günü Edmond səbəbini bilmədən prokuror tərəfindən göz altına alınır. Günahsız Edmond 14 il Fransanın ən pis zindanında qalır. 14 il. Yaşlı atasından və çox sevdiyi Mercedes’indən uzaq. Orada bilikli Faria ilə tanış olur və o Edmond’u möhtəşəm şəkildə yetişdirir. Və Edmondun artıq tək qayəsi olur, intiqam. Edmond, o qədər gözəl, qəlbi təmiz, dürüst və doğru insan idi ki, onunla tanış olanda çox təəccüblənmişdim. Necə belə birisi ola bilərdi axı. Sonra Monte Cristo`nu tanıdım.. Siz Edmond`un yerində olsa
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202537,1bin okunma
"Solğun çiçəklər"
7/10
·104 syf.··
2025 17. kitabı
·
11 saatte okudu
·
Okunma: 28 Şubat 2025 20:32
Azərbaycan müasir realist dramaturgiyasının banisi Cəfər Cabbarlı yeni dövrün ziddiyyətlərini öz əsərlərində peşəkarlıqla təsvir edib. Müəllif ailə-məişət mövzusunda yazdığı “Solğun çiçəklər” dramında insanlar arasındakı münasibətləri özünəməxsus şəkildə oxucuya çatdırıb. Sevgi, vəfa, xəyanət, yalan, intriqa… Pyesi oxuduqca insan həyatının təməlini təşkil edən bütün hisslərə şahid olacaqsınız.
1000Kitap
Solğun ÇiçəklərCafer Cabbarlı · Xan Nəşriyyatı · 2024113 okunma
Böyük bədənlərdə həssas qəlbləri daşıyanlar
9/10
·110 syf.··
2025 108. kitabı
·
1 saatte okudu
·
Okunma: 14 Şubat 2025 05:57
Kiçik həcmli, ancaq böyük təsirə malik bir hekayə. .. Oxumağa başladığım anda ilk diqqətimi çəkən Lenni obrazının “ Yaşıl mil” dəki Con Koffiyə oxşarlığı oldu. Odur ki, sonları bənzəməsin deyə dua edərək irəriləyirdim hər səhifədə( Dostluq, sədaqət, vəfa, işçi sinfinin zəhmətkeşliyi, gələcəyə ümid, irqçilik kimi mövzuları birləşdirən bu əsər oxuyan hərkəsin qəlbində dərin bir iz buraxacaq.
Fareler ve İnsanlarJohn Steinbeck · Pan Kitabevi · 2005211,4bin okunma
Reklam
Reklam