Nədənsə hər şeyin hay-küylü, reklam olunan variantına öyrəşmişik bir az... Kiməsə dəyər verməyin də mütləq gözəbatan və gurultulu olması lazımdır, elə bilirik. (aha, gözəldir, amma hər zaman səmimi deyil, bəzən də uyğun deyil, bu versiya)... Amma bəlkə də ən əfsəli heç kimin xəbəri olmadığı o sakitlikdədir..Həm də sağlam xarakter formalaşdırır, məncə, bu duruş. Heç bir tərif ummadan, görünmədən ,heç bir minnət qoymadan, davamlı olaraq bir insanın yaxud insanların yanında olmaq, yəni "mikro qəhrəmanlıq"... Yəni heç bir təşəkkür davası etmədən, daxili bir vəfa ilə dəryada bir damla misalı olmuş olsan belə...
Reklam
Qəmzələrin oxdur, yar sitəmim çoxdur ‎Səndə vəfa yoxdur ‎Rəhmə gəl ey yar open.spotify.com/track/0VXqa810S...
Vəfa...
Bəzmi-Ələstdə verdiyin o sözə hələ də vəfakarmısan? Yoxsa dünya səsinin gurultusunda ruhunun verdiyi sözü unutdun?.. Ey vəfasız sevgili… Ruhuma açdığın yaranı zamanmı sağaldar, yoxsa yalnız Yaradanmı? İndi qorxuram… Bir gün bu can əmanətini sahibinə qaytararkən məndən soruşulmazmı: “Ey bəndəm, sənə saf verdiyim bu qəlbi kim bu hala saldı?” Mən nə deyim onda?.. Sənin adınımı çəkim, yoxsa “özüm yandım” deyim?.. Bilirsənmi, bəzi ayrılıqlar ölüm kimi deyil… ölüm bir dəfə gəlir, amma həsrət hər gecə insanın ruhuna yenidən enir. Sən getdin… amma məndə qalan sənin yoxluğun oldu. İndi hər dua arasında bir inciklik, hər səcdənin içində səssiz bir ah var. Kaş sevmək yalnız qovuşmaq olaydı… Bəzən insan ən çox “Allaha əmanət” dediyi yerdə sınırmış…
Bu gün sizinlə Gülüstan Prospekti kitabının mühüm nöqtələri barədə danışacağıq. Kitabda hadisələri danışan Şəhid Əli Çitsazinin xanımı bu qadındır. Əlini sinəsinə qoyan oğlan isə atasını heç vaxt görməyən həmin uşaqdır. Bu qadın Əliağa ilə cəmi 1 il bir neçə ay evli olub və bir ömürdür ki, onun xatirəsi ilə yaşayır. Kitabı mütaliə etsəniz görərsiniz ki, bu qadın ömrünün 30 ilini nə qədər çalışıb ki, Əli barədə xatirələrini unutmasın. Əliağa evliliyinin çox hissəsini də cəbhədə olub. Nəhayət ki, bu xanıma fürsət yaranıb ki, həmin xatirələri kitab halına salsın. Bu qadın həyat yoldaşına olan sevgisini kitabda necə gözəl qeyd edib; bir gün mərd adamla yaşamaq, bir ömür namərd adamla yaşamaqdan gözəldir. Şərq insanını qərb insanından fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri bax budur deyə düşünürəm: vəfa və qədirbilməklik. Elə buna görə də yer üzünün ən ağır eşq əsərləri Leyli-Məcnun, Fərhad-Şirin şərqdə yazılıb...
Aşk
Əliağa Kürçaylı
Yuxuda gördüm ki, sevmirsən məni, Bütün ümidlərim puçdur, nahaqdır, Taleyim söyləmir könlüm deyəni, Əllərin, gözlərin məndən uzaqdır. Yuxuda gördüm ki, dodaqlarında Mənim adım deyil...başqa bir ad var. Ömrümün sevdalı gənc çağlarında Mənə dönük çıxır vəfa, etibar. Ayıldım yuxudan, qaraldı gözüm. Bürüdü qəlbimi təlaşla qorxu. Düşdü xatırıma sənin bu sözün: "Əzizim, tərsinə yozulur yuxu.
Reklam
Reklam