Demə ey gül,ölərəm,getmə gözümdən o yana,
Gərək aşiq dözüb hər cövrünə yarın,dayana.
Aləmi-eşqdə qanuni-məhəbbət belədir:
Bülbül həsrət gülə,pərvanə gərək odda yana!
Mən də hicran qəmini,qismət ola,çəkdirərəm,
Sənin ol gül üzünə könlümü həsrət qoyana.
Aqibət atəşi-ahimlə rəqib od tutacaq,
Öz cəzasın çəkəcək ,qaçsa əlimdən hayana.
Bir mübariz igidəm,qoymaram əğyarı,gülüm,
Cənnəti-kuyinə yol tapsın o gündən bu yana.
Yar üçün aşiq odur.şövqlə candan keçsin,
Kim vəfa bəsləyəcək dostuna can qıymayana?
Sən də,Vahid,vətən uğrunda çalış mərd kimi.
İncə qəlbində böyük hissü-məhəbbət oyana.
Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman verməyir.
İnanma gözəllərin o şirin, dadlı dilinə,
Vəfa yoxdur, bir gün gedər özgə əlinə.
Sən öz ürəyinə bağla ümidini, ey könül,
Aldanma fələyin bu al rəngli gülünə.