Girdim məscidə gördüm ki camaat ağlaşır..Başını divara vuran kim,zəncir vuran,ağlamaqdan özündən gedən kim...Soruşdum ki nolub ağalar?kütlədən bir molla ayrıldı dedi ey axmaq bu gün 20 yanvar şəhidlərinin haqq dünyasına qovuşduğu gündü,bu gün Azadlıq uğrunda canını qurban verənlərin şəhid olduğu gündür,utandığımdan qaçdım başqa məscidə gördüm insanlar 27 Sentyabr "Vətən müharibəsi" şəhidlərini anıb,dualər edib ağlayırlar.Çox utandım çox...
Mən bir oxucuyam... Şəhriyarla "Heydərbaba" dağına həsrət çəkən, əvvəlki illəri üçün darıxan biriyəm... Cavidin "Səsli qız"ı kimiyəm... Ədalət tərəfdarıyam, haqq səsimi daim ucaldıram... Xurşidbanu kimiyəm...Çarəsiz qalan,lakin xalqı üçün yaşayan, ailəsini xalqa qurban verən biri kimiyəm... Koroğlu kimiyəm...Hər çətinlik qarşısında əyilməz, sonda qalib biri kimiyəm... Nəsimi kimiyəm...Anlaşılmıram...Sonda yenə də unudulmuram, bu cahana sığmayıb, qəlblərə həkk oluram... R.Rzanın "Çinar ömrü" kimiyəm... Bir ömür daha istəyirəm... M.F.Axundzadənin Şahbaz obrazı kimiyəm... Bəxtsiz biriyəm, daim tərəqqi istəyirəm, əməlimdən geri dönmürəm... Mən "Guş qıl" əsəriyəm..Musiqi tərəfdarıyam, qəlblərdə həzin oxunuram... Mikayıl Müşfiq kimiyəm...Daim həyat sevgisi ilə yaşayıram.. Rəssama sevgilimin gözəlliyindən danışıram...Yağış yağanda seyr edən, damlalara aşiq biriyəm.. Səməd Vurğun kimiyəm... Vurğun biriyəm..Analara, vətənə, elinə vurğun biri.. Mən Oqtay Eloğlu kimiyəm... Sevgimi göstərmirəm..O cananı bu cahana yaraşdırmıram.. Sonda qınanılan biriyəm... Mən hər obrazı yaşayan biriyəm... (Azərbaycan ədəbiyyatının özünəməxsus məna çalarlığı...)
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Ramiz Rövşən"Vətən"
Səni sevmək çətindir, Vətən Nə gündəsən ki, Təpədən dırnağacan ... günah içindəsən ki. Bilirsən səni sevmək bu saat nəyə bənzər? Zorlanmış bir qızı sevməyə bənzər. O sevgidən için-için gizlicə yanar adam. Amma açıb deməyə qorxar, utanar adam. Bu nə haldır düşmüsən, bu necə gündür, Vətən? Adam səni sevməyə indi utanır, Vətən. Üstündə neft ləkəsi kim yuyacaq bu ləkəni, Milyonçular ölkəsi, dilənçilər vətəni. Neftlə getdi bərəkətin, bərəkət qaçdı səndən. Neftlə getdi bəkarətin, borular keçdi səndən. Qarış-qarış qazılsanda sevin hələki sağsan Qara neftin qurtaranda ağ günə çıxacaqsan. Ramiz Rövşən
Türk Dövlətləri Təşkilatları nı mövzu edən ilk Kurgu
Bu kitabın yeri məndə bambaşqadı. Hiss edərək yazılmış bu kitabı oxusanız peşman olmarsınız.( Bu mövzuya həqiqətən marağınız varsa) Sevinç Rami yazar Azərbaycan Türküdü. Türk oluşunu elə gözəl bəlli edib ki bu kitabda Tərifləməklə bitməz. Mən tərif yazsam ona və kitabı Aşk-ı Mavera 1 kimi 512 səhifəlik tərif olar😁 Aşk-ı Mavera Serisi 4 kitabdan ibarət olacaq və bu ilk kitabımız. Ən önəmlisi də bilirsiniz nədi? Bu gün çox adam əlinə qələm( kompütür klaviyaturası da ola bilər) alıb ASKER KURGUSU yazır. Bənzərliklər olur və çox olur. Fərqlilər də o hissi vermir. Sevdiklərim də olub ancaq bu kitab ən başda gəlir. Hələ mən bu qrupa aid olub ancaq özünün bu kurguya dəxli olmayan kitablardan bəhs etmirəm. Yazar həm o Vətən eşqini oxucuya çatdıraraq Asker Kurgusu olduğunu hiss etdirir bizə, həm də bu kitab Türk Dövlətləri Təşkilatı haqqında yazılmış ilk kurgudu. Alın oxuyun, oxutdurun.
Müharibənin Şəkli - Mahir
Kitab burada olmadığı üçün etiketliyə bilmirəm, lakin oxuyub bitirdim və oxuyarkən hər səhifədə nələr hiss etdim və sonda isə haqqında düşündüklərimi yazmaq istəyirəm. Mahir - Müharibənin Şəkli kitabını oxuyuram. Dəhşətdir. Sanki orda o səngərdə komandir və digər əsgərlərlə birlikdə məndə vuruşuram elə hiss edirəm! Hər səhifədə həyəcan daha da artır və komandirin fikirləri, döyüş taktikası hər biri o qədər maraqlı gəlir ki mənə. Əvvəllər deyirdim Vətən Müharibəsinə aid nə bir film nə də kitab var. Amma artıq çox yazıçılardan belə kitablar çıxır. Çalışdığım qədər hər birini oxumağa çalışıram. Daha 73 səhifədəyəm. Bu kitabı oxumağımın səbəbkarı yenə müəllimimdir. Sayəsində belə bir kitabın və yazıçının olduğunu öyrəndim. Bizdə, kollecdə yəni kitab yarışları olur. Hər ay bir kitab seçilir və oxunur. Təyin olunmuş gündə isə o kitaba uyğun suallar verilir. Ən çox suala kim cavab versə yer tutur və mükafatlandırılır. Şəxsən mən həyəcanlandım o necə səhnə idi. 30 saniyə? Səhifə 45 in həyəcanını mən belə hiss etdim. Ki bu səhnələr həqiqətən yaşanıb. Səhifə 53 məncə də düzgün olmayan bir şeylər var. Bəlkə gizləniblər və tələ qurublar? Səhifə 57, satqınlar var elədir? Ya da necə xəbər tuturlar? Nəsə ediləcək şeyləri əvvəlcədən bilirlər. Ona görə itki az oldu. Ona görə tez qaçdılar. Və komandirin bunları anlaması heyrətləndiricidir. Vəzifəsini şərəfli yerinə yetirən komandirdi. Əsl Azərbaycan hərbiçisi. Səhifə 63 komandirin səhnələrini sevdiyimi, bu qədər dərin və dəqiq fikirləşməsini xoşladığımı fərq etdim. Və onun əvəzinə mən burada panik atak keçirdim. Özünü ələ ala bilməsi, o stresi idarə edə bilməsi isə başqa məsələdi. Düşün, çıxış yola tapa bilməsə hamısı həlak olacaq. Səhifə 77. Həqiqətən döyüş şəraitini görmüş insanların bəzən niyə bu qədər əsəbi ya da səbirsiz
1000Kitap
Keçdim Culfadakı dəmir körpüdən, orda fars dayanıb, burda rus durur. Qarşıda - ikiyə bölünmüş Vətən, ortada - bir Araz, bir namus durur. Nəriman Həsənzadə
Şiir