Mən yoruldum və bir an xoşbəxt olub vətənə xəyanət elədim.
Sayfa 54·Kitabı okuyor
GENERAL POLAD
Vətən yola salır şəhid Poladı, Üçrəngli bayrağa bürünüb gedir. Onun qazandığı şəhidlik adı, Ən ali rütbədən uca rütbədir, Torpaq qucaqlayır ər şəhidləri, Bu Vətən bölünməz, şəhidlər ölməz. Yurdumun, xalqımın nər igidləri Sınar polad kimi, ancaq əyilməz. Yaşadı ər kimi, öldü ər kimi, İndi də adını el əzizləyir. Şəhid məzarları əsgərlər kimi, Yenə komandirtək onu gözləyir. Şan-şöhrət sevmədi ömrü uzunu, Yalnız Vətən idi şöhrəti-şanı. Çıxarıb çiynindən öz ulduzunu, Taxdı sinəsinə Azərbaycanın. Vətən, ana torpaq - cüt, qoşa qanad, Gedir qələbəyə General Polad. Xalqın tarixinə qanla yazılan, Əbədi qalacaq bu şərəfli ad l!!
Sayfa 129 - Zərdabi Nəşriyyatı·Kitabı okudu
Şiir
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Azərbaycan
Tarixin var milyon ildi, min ildi, Yaşın ulu, bu dünyadan əzəldi. Bayrağında ay-ulduzun gözəldi, Günəş nurlu, ay çöhrəli sonamsan, Azərbaycan - ilk sevgilim, anamsan!.. Şuşa qəlbin, Bakı sənin baş tacın, Türkiyədir doğma, əziz qardaşın. Müqəddəsdir Vətən adlı savaşın, Yenilməyən şanlı zəfər ordumsan. Azərbaycan - elim, günüm, yurdumsan! Tanrı verən bir cənnətdir hər yanın Mil-muğanın, Qarabağın, Şirvanın. Uzaqlardan eşidilir ad-sanın, Telli sazım, ney kamanım, tarımsan Azərbaycan bir vəfalı yarımsan!. Göy Xəzərin, Arazın var, Kürün var. Şəfa verən ocağın var, pirin var. Ən şərəfli sıralarda yerin var, Azərbaycan-bir pozulmaz andımsan, Var-dövlətim, şan-şöhrətim, adımsan! Son mənzilim, ilk ünvanım, beşiyim, İsti yuvam, doğma evim-eşiyim, Gecə-gündüz mən çəkərəm keşiyin, Azərbaycan-bir alınmaz qalamsan, Atam, anam, oğlum, qızım balamsan!.
Sayfa 111 - Zərdabi Nəşriyyatı·Kitabı okudu
Şiir
Vətən -ruhi kateqoriyadı , doğma torpaq onu bircə dəfə yaradır.Vətən həmişə bizimlədi, həmişə insanın qəlbində yaraşır .İnsan yaşadığı müddətdə və harada yaşamasından asılı olmayaraq,Vətənin əsiridi.
Sayfa 275·Kitabı okudu
Tarih ve Siyaset
Nə o bizdən ayrıdır,nə də biz ondan ayrılacağıq.Çünki sevgimiz əbədidir.
Sayfa 119·Kitabı okudu