Sənə elə gəlmirmi ki, elə ən salamatı budur ki, başqalarından fərqlənməyəsən. Bu dünyadan həmişə axmaqlar və eybəcərlər fayda götürürlər. Onlar rahatca bardaş qurub sakitcə özgələrin mübarizəsinə tamaşa edə bilirlər. Onlar qələbə sevincinin nə demək olduğunu belə bilmirlər; onlar məğlubiyyət kədərindən də azad olunublar. Bu adamlar bizim hamımızın yaşamalı olduğumuz kimi yaşayırlar; həyəcansız-filansız, dinc, hər şeyə laqeyd. Onlar heç kəsi məhv etmir və heç kəs də onlara əl qaldırmır...
●Oscar Wilde - Dorian Qreyin Portreti