"İnsan yalnız ürəyi ilə baxanda həqiqəti görə bilər. Əslində vacib olan şeylər gözlə görünməz." — Balaca Şahzadə Bu gün üç fərqli taleyi, üç fərqli ağrını qucaqladım. Baxımsızlıqdan xilas edib müəssisəyə yerləşdirdiyimiz o uşaqların baxışlarındakı qorxu və bilinməzlik hələ də ağlımdadır. Onların gələcəyi üçün atılan bu addım, mənim mənəvi dünyamda ağır iz buraxdı. Düşünürəm ki, bəlkə də illər sonra bu günü belə xatırlayacaqlar: "Qara bir maşında iki nəfər gəldi və bizi dünyamızdan qoparıb apardı..." Onlar üçün həmin an xilaskar deyil, qorxulu bir naməlumluq idik. Çarəsizliyin dili yoxdur; o, yalnız uşaqların yaşlı gözlərində görünür. Bir uşağın sabahını qurmaq üçün bu gününü ağlatmaq məcburiyyətində qalmaq çox ağırmış...
youtu.be/Hb_trp7yqSU?si=... Hardasan xilaskar bozqurdum çıx yoluma! Hardasan Teymur'un qudreti gel qoluma!
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
“Master və Marqarita qədər məni əsəb edən 2-ci əsər olmayıb. Əsərdə qum dənəsi qədər obraz, hələlik yersiz hesab etdiyim çox hissələr var. İki saat oxuyuram və görürəm ki, hələ 5 səhifəsini bitirmişəm) Əsərin mənfi qəhrəmanı var, amma xilaskar protagonist hələ də bilinmir. Necə bitəcəyini hələ də təxmin edə bilmirəm. (Bu hissələr, açığı, yaxşı tərəfidir) Çoxbölümlü serial kimidir əsər. Hər başlıqda fərqli obraz və hadisələr var + antik dövrlər yeni dövr arasında get-gəldə olursan. Bircə onu deyə bilərəm ki, son səhifədə 10/10 deyəcəm, ya da kaş vaxtımı buna hədər etməyərdim deyəcəm bu əsər barədə. Master və Marqarita
1000Kitap
Niyə mən bir xilaskar axtarışındayam?!
Keçən gün üzərimdə sanki dünyanın yükünü deyil, elə dünyanın özünü daşıyırdım. Düşüncələr beynimdə bir-birinə qarışmışdı.Keçmişin ağır izləri ilə mübarizə aparırdım. Beynimdə bir neçə sual məni həmişə narahat edir və demək olar ki, həyatımın bütün zaman dilimlərində kədərimə hakim kəsilirdi. Niyə bizim üçün ən yaxşısını düşünən, qəlbimizə sevgi ilə ən böyük yolu inşa edən şəxslər bizim üçün ən doğma kəslər deyildi? Niyə mən məhz ən doğmalarımın onlara bənzəməsini xəyal edirdim? Niyə başqalarının ailəsi daha örnək olduğu halda, mən öz ailəmin əksik puzzle parçalarının yoxluğu ilə barışmalı idim? Niyə bir çoxları üçün sadəcə kədərli bir həyat nəticəsində çiçəklənən kədər toxumu idim? Niyə mən əlimdə olanların kəsikləri ilə barışmalı idim? Niyə özüm üçün bir xilaskar arzulamaq bu qədər çətin bir hal alırdı? Niyə telefonumu əlimə alanda o xilaskarın kim olduğunu müəyyən etməkdə bu qədər çətinlik çəkirəm? Niyə mən....?
“-Hindular 3700 ildir Kalkini gözləyirlər. - Buddistlər 2600 ildir ki, Maitreyanı gözləyirlər. -Yəhudilər 2500 ildir ki, Məsihi gözləyirlər. -Xristianlar İsanı 2000 ildir gözləyirlər. - Sünnə 1400 ildir ki, İsa (ə) peyğəmbəri gözləyir. -Müsəlmanlar 1300 ildir ki, Məhəmmədin ailəsindən Mehdini (ə) gözləyirlər. - Şiələr 1080 ildir ki, Mehdini (ə) gözləyirlər. - Druzilər 1000 ildir Həmzə ibn Əlini gözləyirlər. Əksər dinlər “xilaskar” ideyasını qəbul edir və deyirlər ki, o xilaskar gəlib onu yaxşılıq və ədalətlə doldurana qədər dünya şərlə dolu olacaq. Bəlkə də bu planetdəki problemimiz odur ki, insanlar özləri bunu etmək əvəzinə, başqasının gəlib problemlərini həll etməsini gözləyirlər!" Rikkardo Dablo
“Cümə günü Əbülfətqızının 10 sualı”nda qonaq Habil Yaşardır
Bu dəfə " Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının qonağı gənclər tərəfindən çox sevilən yaradıcımız Habil Yaşardır. Xoş gördük, Habil bəy. Əminəm ki, suallarımıza verdiyiniz cavablar maraqlı və mənalı kitab kimi xoş təəssürat yaradacaq. Beləliklə, birinci sualımız özünü çatdırdı. 1)Habil bəyin fikrincə, insan təbiətinin ən faciəvi məqamı nədir? Nadanlıq... 2)Habil Yaşarın Xəzərə üz tutub: " Bəlkə, mən özüm anlaşılmazam" - dediyi məqamlar çoxmu olur? Şübhəsiz... Hər kəs kimi, mən də öz daxilimi daha yaxşı bildiyimdən ziddiyyətlərlə dolu olduğumu düşünürəm. Bir sıra ziddiyətli fikirlərim yaradıcılığımda da öz əksini tapmışdır. Məsələn: Hər kəsin özünün öz düşüncəsi, Heç kəsin qəlbini oxumaq olmur. Mənim ürəyimdə hər kəsə yer var, Bəlkə də, içində yaşamaq olmur. Hətta həyatda nikbin insan olsam belə adımın mənası “kədər, qəm” mənasını ifadə edir. Amma bu uyğunsuzluqlar məndə heç bir mənfi aura yaratmır. Əksinə, daha çox öyrənməyə, daha dərindən araşdırmağa sövq edir. Burada da bir hikmət olduğu qənaətindəyəm. Unutmayaq ki, kainatın sirrini anlamağa çalışan insan hələ özünün kim olduğunu, nə üçün yaradıldığını dərk eləmək iqtidarında deyil. Ali məqsədlərdən danışırıq, ancaq bəşəriyyətin arzuolunan məqama çatmasına hələ çox var və bəlkə də, bu arzular hər zaman arzu olaraq da qalacaqdır... 3)Franklin söyləyib ki: " Ağıllı kimdir? - Başqalarından öyrənə bilən. - Güclü kimdir?
Edebiyat